“Mərtəbə” –
geologiyada ümumi stratiqrafik şkala vahidi;
geoloji əsr müddətində toplanan, müəyyən qazıntı, fauna və flo-
ra kompleksinə malik olan süxurların məcmusu;
riyaziyyatda ədədin yazılışında rəqəmin tutduğu yer. (Onluq say sistemində
təklik – 1-ci, onluq – 2-ci, yüzlük – 3-cü mərtəbədir); /ASE, VI
c.B.1982/.
“Reduksiya” -
kimyada “bir maddədən oksigenin çıxarıl-
ması və oksigenin hidrogenlə əvəz edilməsi, texnikada - mühər-
riklər və başqa qurğu sistemlərində mayelərin və ya qazların təz-
yiqinin xüsusi cihazlar vasitəsi ilə azaldılması”;
biologiyada –
“bədən üzvünün öz funksiyasını itirməsi ilə əlaqədar olaraq ki-
çilməsi”,
fizikada- “mürəkkəb bir prosesin sadə prosesə keçməsi
və ya keçirilməsi”;
dilçilikdə – “müəyyən fonetik vəziyyətdə sə-
sin zəifləşməsi”;
tibbdə – “bədəndən kəsilib götürülmüş sümük
hissəsinin əvəzinə başqa sümük parçası qoyulması” mənalarında
işlədilir. /ASE. B.,1984. VIII c. səh.97/.
Deməli, semantik yolla yaranan terminlər elmin, texnikanın
beş-altı sahəsində də müxtəlif anlayışları ifadə edə bilər.
Elə terminlər də var ki, aid olduğu sahədə bir neçə məna
ifadə edir. Məsələn,
“Avanport” termini gəmiçilikdə həm gəmi-
lərin lövbər saldığı limanın xarici ön hissəsi”, həm də “qoşa
portlardan biri (əsas port çağın mənsəbinə yaxın, avanport isə
dənizə yaxın yerləşir.) mənasını daşıyır.
“Meridian” termini
ri- yaziyyatda həm “üçbucağın təpə nöqtəsini qarşıdakı tərəfin orta-
sı ilə birləşdirən düz xətt parçası” mənasını, həm də “təsadüfi
260
kəmiyyətin qiymətinin paylanma xarakteristikalarından biri”
mənasını /ASE.B.1983,V c./;