256
Və ya,
“qüvvə”
. Adi söz kimi: Əlavə qüvvənin gəlməsini
xəbər verən Əbih Sultan Rüstəm Mirzənin başının altına yastıq
qoymuşdu
1
.
Fizikada
isə “qüvvə - bir cismin başqa cismə təsirini xarak-
terizə edən kəmiyyətdir.” Deməli, bu sözlər heç bir fonetik, mor-
foloji dəyişməyə məruz qalmadan, ilkin mənasını saxlamaqla
bərabər yeni məfhum ifadə edir və terminləşir.
Məişət dilində “qayışlarla atın belinə bağlanan oturacağın
adı” olan
“yəhər” ,
geologiyada
“bir-birinin davamında yerləşən
antiklinalların birləşdiyi yer
2
” anlayışını ifadə edərək, ümumiş-
lək mənasından tamamilə fərqli yeni anlam qazanmışdır. Yaxud,
“hərəkət”
sözü xalq içərisində işləmək, daim fəaliyyətdə olmaq
mənasında “Səndən hərəkət, məndən bərəkət” işlənirsə,
fizikada
"hərəkət" maddi varlığın zamana görə ixtiyari yerdəyişməsidir.
Göründüyü kimi, dildəki adi ümumişlək sözlərin bir çoxu
öz strukturunu, səs tərkibini saxlamaqla bərabər terminologiyada
da yeni elmi məna kəsb edir. Belə terminlərin ümumişlək məna-
sı ilə yeni elmi mənası arasında bəzən heç bir əlaqə olmur. Bə-
zən isə sözün semantik yükü müəyyən məna axtarışlarına görə
artır. Bu baxımdan məna köçürülməsinin üç növünü göstərmək
olar: 1. zahiri oxşarlığa görə; 2. texniki oxşarlığa görə; 3. funk-
sional oxşarlığa görə; Hər üç növdə ədəbi dildə işlənən söz ilkin
mənasını qorumaqla elm və texnikanın müəyyən sahəsində xü-
susi termin kimi işlənir.
Dostları ilə paylaş: