Sayali sadiqova


vərə -bir qrup biçinçinin biçmək üçün götürdükləri sahə,  çeşə



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə134/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   130   131   132   133   134   135   136   137   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

vərə
-bir qrup biçinçinin biçmək üçün götürdükləri sahə, 
çeşə
-xırmanda xəlbirdə qalan dən, 
lağırsaq
- xırmanda qalan 
sovrulmamış taxıl,
 məzrə
-taxıl sahəsinin sərhəddi və s. Bu söz-
lərin hər biri dilimizin öz daxili imkanları əsasında formalaşmış-
dır. Dialekt və şivələr termin yaradıcılığı üçün zəngin mənbədir. 
Bu baxımdan dialekt və şivələrdəki termin səciyyəli leksik va-
hidlərin toplanması və qeydə alınması, ədəbi dilə gətirilməsi ter-
minologiyamızın zənginləşməsini stimullaşdırır.
Deməli, müasir Azərbaycan dilində kənd təsərrüfatı, coğra-
fiya, geologiya, həmçinin başqa sahələrə aid terminologiyanın 
təkmilləşməsi və zənginləşməsi üçün əsas mənbələrdən biri dia-
lekt və şivələrdir. Azərbaycanda qədim zamanlardan əkinçilik, 
heyvandarlıq, bağçılıq, ipəkçilik, toxuculuq, sənətkarlıq kimi sa-
hələr geniş inkişaf etdiyindən Azərbaycan dilinin dialektlərində 
müxtəlif peşə və sənətlərə aid, texniki alət və vasitələrlə bağlı 
çoxlu sözlər işlədilmiş və indi də işlədilməkdədir. Ona görə də 
bu sahələrə aid anlayışların adlandırılmasında dialektlərdə işlə-
dilən söz və ifadələrdən istifadə olunmuşdur. Məsələn, 
torpaq-
şünaslıqla
 
bağlı terminoloji lüğətlərdə dialekt leksikasından alı-
nan şırım, lağım, bozqır, çayır, kəltən; 
coğrafiyaya
aid termino-
loji lüğətlərdə yal, tirə, qijov, sırsıra, giləvar, xəzri, salbuz; 
bota-
nika
lüğətlərində şax, baldırğan, nargilə, qoyungözü;
heyvan-
darlıqla
bağlı terminoloji lüğətlərdə ağıl, yataq, arqac, küz, bərə; 
texniki 
lüğətlərdə şadara, qırma, tiyə, məngənə, 
tibbdə
inax, 
məxmərəx, döyənək, qulaqdibi kimi bir sıra sözlər terminləşmiş-
dir. Belə dialekt sözləri, dialektizmlər terminoloji sistemlərdə 
termin kimi işlənərək həmin sahələrdə olan mövcud anlayışları 
ifadə edir. Xalq dilində, dialekt və şivələrimizdə işlənən nəfəs-


245 
lik, tutma, yelçəkər, lağım, qanov, suluq, ciyə, qulunç, selinti ki-
mi sözlərin müvafiq sahələrin terminologiyasında istifadə edil-
məsi məqsədəuyğundur.
Son dövrlərdə terminologiyada meşəçilik, heyvandarlıq, 
əkinçiliklə bağlı yeni elmi anlayışların meydana gəlməsində dia-
lekt və şivələrdən toplanmış sözlərdən daha çox istifadə edilir. 
Lakin dilin daxili imkanları əsasında termin yaradıcılığında dia-
lekt və şivələrə əsaslanmaqla yeni yaranan elmi anlayışları ifadə 
etdikdə müəyyən prinsiplər nəzərə alınmalıdır:
1.
Dialekt və şivələrdə peşə və sənətlə bağlı sözlər toplan-
malı və lüğətlər tərtib edilməlidir. 
2.
Anlayışın ifadəsi üçün müxtəlif sözlərdən məfhumun 
mənasını düzgün, tam şəkildə ifadə edəni seçilməlidir.
3.
Terminologiyada nəzərdə tutulmuş təsərrüfat sahəsi ilə 
bağlı anlayışları ifadə edən zaman xarakterik olan ərazinin dia-
lektinə üstünlük verilməlidir.
4.
Dialekt və şivələrdən alınan terminlər ədəbi dilin norma-
larına tabe edilməlidir.
5.
Termin yaradılan zaman dialekt və şivələrdə termini da-
ha dəqiq, konkret ifadə edən sözlərə üstünlük verilməlidir.
6.
Məlumdur ki, dialekt və şivələrdə sözlərin müxtəlif fone-
tik variantları mövcuddur. Bu fonetik variantlar ədəbi dilə uy-
ğunlaşdırılmalı, fonetik variantlar terminologiyada əks olunma-
malıdır.
7.
Dialekt və şivələrdə işlənən təsadüfi söz və ifadələr ter-
min kimi işlənməməlidir. Bu zaman dialektlərdən götürülüb ter-
minə çevrilən sözlərin bu dildə müxtəlif məqamlarda işlənmə 
imkanı, termin yaradıcılığında rolu nəzərə alınmalıdır. 
Ancaq dilin öz lüğət ehtiyatından götürülüb terminə çevrilən 
sözlər bu dildə müxtəlif məqamlarda və müxtəlif mənalarda geniş 
işlənmə imkanına sahib olduğu üçün onların termin, yaxud ümu-
mişlək söz kimi işlədilməsində diqqətli olmaq lazımdır. Beləliklə, 
belə sözlərin məqsədəuyğunluq əsasında termin kimi, yaxud ümu-
mişlək söz kimi işlədilməsinə ehtiyatla yanaşmaq və termin kimi 
işlədilərkən göstərilən prinsipləri nəzərə almaq zəruridir.


246 
Son dövrlərdə terminoloji lüğətlər tərtib edən zaman dia-
lektlərə məxsus söz və ifadələrdən daha çox istifadə olunur. Xü-
susilə, heyvandarlığa, torpaqşünaslığa, coğrafiyaya aid termino-
loji lüğətlərdə bir sıra dialekt sözləri termin kimi işlənmişdir. Bu 
lüğətlərdə dialekt və şivələrdən termin kimi işlətmək üçün sözlər 
götürülərkən müəyyən prinsiplər gözlənilmiş, eyni məfhumun 
ifadəsi üçün müxtəlif dialektlərdə müxtəlif sözlər işlədilsə də, 
belə sözlərdən daha əlverişlisi, nəzərdə tutulan məfhumu daha 
dəqiq ifadə edəni seçilmişdir.

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin