Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə132/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   128   129   130   131   132   133   134   135   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

 
 
 
 
 
 
 


227 
III F Ə S İ L 
 
 
AZƏRBAYCAN ƏDƏBİ DİLİNİN LÜĞƏT TƏRKİBİNİN 
ZƏNGİNLƏŞMƏ PROSESİ 
 
3.1. ÜMUMXALQ DİLİ VƏ SÖZ YARADICILIĞI 
PROSESİ 

Dilin ümumi leksik sistemində yeniləşmə və zənginləşmə 


prosesi davam edir. Bu baxımdan dilin lüğət tərkibində özünü 
göstərən dəyişiklikləri, yeniləşmə və zənginləşmə prosesini, 
onun əsas xüsusiyyətlərini linqvistik baxımdan təhlil edilməsi 
aktual problemlərdəndir. Belə ki, dilin inkişafı cəmiyyətin inki-
şafı ilə bağlı olduğu üçün ictimai həyatda baş verən hər bir dəyi-
şiklik bu və ya digər şəkildə dilin leksik tərkibində öz əksini ta-
pır. O da məlumdur ki, cəmiyyətin inkişafı ilə bağlı elm və tex-
nika da inkişaf edir, təkmilləşir. Hər bir elmi-texniki yenilik, əl-
də olunan nəticələr, kəşflər yeni anlayışların meydana gəlməsini 
şərtləndiyi kimi, dildə də onları adlandıran nominativ xarakterli 
adların, daha çox hallarda isə terminlərin yaranmasına səbəb 
olur. Bu cəhətdən ümumi və xüsusi leksikanın müqayisəli təhlili 
göstərir ki, müasir dövrdə leksikanın zənginləşməsi prosesi daha 
sürətlə gedir. Çex dilçisi K.Soxorun apardığı hesablamalara görə 
müasir dünya dillərində meydana gələn yeni sözlərin 90%-ni ter-
minlər təşkil edir. Bu da təsadüfi deyil, çünki dil və cəmiyyət 
bir-biri ilə elə bağlıdır ki, cəmiyyətin inkişafının ayrı-ayrı sahə-
lərində özünü göstərən yeniləşmə dildə öz əksini tapır. Bu za-
man yeni yaranan elmi-texniki anlayışların terminlərlə adlandı-
rılması zəruri proses kimi meydana çıxır. Deməli, terminoloji 
qat fasiləsiz olaraq inkişaf edir, bu da dildə terminyaratma pro-
sesi nəticəsində reallaşır. Bu baxımdan dildə yeni terminlərin 
əmələ gəlməsi zəruri tələbatlardan yaranır. Onu da qeyd edək ki, 
həm Azərbaycan, həm də digər dillərdə terminoloji leksikanın 
zənginləşmə prosesi (mənbə və üsulları) təxminən eyni formada 


228 
özünü göstərir. Yəni, elmin inkişafı ilə əlaqədar olaraq müxtəlif 
sahələrə aid anlayış və məfhumları adlandırmaq üçün hər bir di-
lin milli bazası ilə yanaşı digər dillərdən də terminlərin alınması 
və onların vasitəsilə tələbatın ödənilməsi əksər dünya dilləri 
üçün xarakterik haldır.
Türkoloji qurultayda türk dillərinin lüğət tərkibinin zəngin-
ləşmə məsələlərinin müzakirəsi zamanı qeyd olunurdu ki, iqtisa-
diyyatın, texnikanın, siyasi həyatın mürəkkəbləşməsi ilə bağlı 
olaraq meydana gələn, insanların təfəkküründə sözlərlə işarələ-
nən yeni anlayışların adları milli dillərdə olmadıqda onu digər 
dillərdən almaq lazım gəlir. Belə yeni anlayışları adlandıran ter-
minlərin yaranması üçün isə türk dillərinin müraciət etdiyi üç 
əsas baza mövcuddur ki, bunlardan biri ümumtürk, ikincisi ərəb-
fars, üçüncüsü isə Avropa dilləri bazasıdır. A.A.Reformatski də 
terminlərin yaranma mənbələri haqqında qeyd edirdi ki, termi-
noloji leksika həm milli dil vahidləri, həm digər dillərdən alınan, 
həm beynəlmiləl xarakterli, həm də süni yolla yaradılmış sözlər-
dən təşkil oluna bilər
1
.
V.N.Sevçukun tədqiqatlarında da göstərilir ki, ümumi leksi-
kada sözyaratma üsul və vasitələri içərisində təxminən eyni dil 
qanunlarından istifadə olunur. Bu fikirlərə Azərbaycan dilində 
dilin leksik tərkibinin problemlərinin araşdırılması ilə bağlı 
müxtəlif tədqiqat əsərlərində də rast gəlmək olar.Müasir dövrdə 
elm və texnikanın sürətli inkişafı ədəbi dilimizdə terminlərin ya-
ranmasına və dilin lüğət tərkibinin zənginləşməsinə səbəb olur. 
Yeni terminlər həm dilin öz terminləri-daxili imkanları, 
həm də alınma terminlər əsasında yaradılır. Buna görə də Azər-
baycan dilində terminləri yaranma mənbəyinə görə iki qrupa 
ayırmaq olar: 
1. Azərbaycan dilinin daxili imkanları əsasında yaranan ter-
minlər. 
2. Alınma sözlər əsasında yaranan terminlər. 
1
Реформатский А.А. Термин как член лексической системы языка. 
Проблемы структурной лингвистики. Москва, Наука, 1968, с.121 


229 
Başqa dillərdə olduğu kimi, Azərbaycan dilində də termino-
logiyanın yaradılması və zənginləşdirilməsi üçün ən əlverişli yol 
dilin daxili imkanları əsasında terminlərin, termin-söz birləşmə-
lərinin yaradılmasıdır. Ona görə də, elm və texnikanın müxtəlif 
sahələrində meydana gələn yeni anlayışların ifadəsi üçün ter-
minlər yaradılarkən ən əvvəl ana dilinin lüğət tərkibinə nəzər 
salmaq, onun daxili imkanlarından səmərəli istifadə etmək la-
zımdır. Əgər bu və ya digər xalqda hər hansı bir elm sahəsinin in-
kişaf tarixi qədimdirsə, həmin elmin inkişaf səviyyəsini əks etdi-
rən terminlərin çoxu o xalqın öz dilinin sözlərindən ibarət olur. 
Yeni terminlərin yaradılması üçün Azərbaycan dili hər cür 
imkanlara malikdir. Ona görə də dilin daxili imkanları əsasında 
terminlər yaradılan zaman aşağıdakı istiqamətlər nəzərə alınma-
lıdır: 1. Dilin lüğət tərkibindəki ümumişlək sözlərin terminləş-
məsi; 2. Dialekt və şivələrdə işlənən, anlayışı dəqiq ifadə edən 
sözün seçilib terminləşməsi; 3. Qədim abidələrdə peşə, sənətkar-
lıqla bağlı anlayışları ifadə edən sözlərin terminləşməsi; 4.Ədəbi 
dilin söz yaradıcılığı üsullarından istifadə etməklə sözlərin ter-
minləşməsi;
Onu da qeyd etmək lazımdır ki, bəziləri Azərbaycan dilində 
terminlərin yaradılmasını başqa dillərə, xüsusən rus, ingilis dili-
nə məxsus ayrı-ayrı terminlər üçün qarşılıq müəyyənləşdirilməsi 
kimi başa düşürlər. M. Qasımov yazır: “Belə bir yanlış təsəvvür 
nəticəsində indiyədək terminoloji lüğətlərdə ciddi nöqsanlara 
yol verilmişdir. Əslində isə terminlərin yaradılması hər bir dilin 
özünəməxsus olan müstəqil söz yaradıcılığı prosesidir
1
”. 
Azərbaycan dilinin daxili imkanları, lüğət tərkibi əsasında 
yüzlərlə termin yaradılmışdır. Məsələn, çəki sözündən “çəkisiz-
lik”, sor sözündən “sorucu”, sıxmaq sözündən “sıxac”, ağır sö-
zündən “ağırlıq”, böl sözündən “bölən”, “bölünən”, vur sözün-
dən “vurma”, “vurulan”, çox sözündən “çoxluq” termini və s.
2
1
Qasımov M. Azərbaycan dili terminologiyasının əsasları. Bakı, Elm, 1973, 
səh.115 
2
Şirəliyev. M.Ş. Azərbaycan dilinin dialektologiyasının əsasları. Bakı, Şərq-
Qərb, 2008, səh.80 


230 
Xalq dili termin yaradıcılığında əsas mənbədir. M.Şirəliyev 
yazır: “Canlı xalq dilində, onun lüğət tərkibində həyat və məişət, 
adət və ənənə, təsərrüfatçılıqla bağlı istənilən qədər sözlər yaşa-
maqdadır. Ədəbi dildə isə bunların əvəzinə alınma sözlər işlə-
nir”
1
. Y.V.Çəmənzəminlinin fikrinə görə, dil axtaran gərək ca-
maat arasında gəzsin, dolaşsın, öyrənə bilsin. Əsil dilimiz elimiz 
içində danışılmaqdadır. Bu ideyalar işığı ilə gedəndə, xalq dili-
nin çox-çox zəngin sözlər ümmanına baş vuranda terminlər bol-
luğu dünyasına düşürük. Burada termin yaradıcılığının müxtəlif 
formaları ilə qarşılaşırıq. Bu gün hamının işlətdiyi herik, qaysaq, 
dondurma, suvarma, səsudan şivələrdən ədəbi dilə keçmişdir.
Prof. Ə. Dəmirçizadə bu barədə yazır ki, dilin öz lüğət ehti-
yatından alınıb terminə çevrilmiş sözlərin həmin dildə müxtəlif 
məqamlarda işlənilmə imkanı başqa dildən alınma terminlərə 
nisbətən daha çox olduğundan belə sözlərin məqsədəuyğunluq 
əsasında termin kimi, ya ümumişlək bir söz kimi işlədilməsinə 
ehtiyatla yanaşmaq və sözü işlədərkən bütün bu incəlikləri nəzə-
rə almaq zəruridir. 
Son illərdə ümumxalq dilindən gələn çimərlik, alışqan, asıl-
qan, tutqac, sayğac, tıxac, nəfəslik kimi terminlərin sayı get-ge-
də artır. Deməli, ümumxalq dilinin zəngin söz xəzinəsində olan 
tələffüzü asan, ahəngdar sözləri götürüb onlardan termin yaradı-
cılığında istifadə etmək ən səmərəli yoldur. Bunun üçün Azər-
baycan dilinin lüğət tərkibi əsasında terminlərin yaradılması ilə 
əlaqədar xalq dilinin dərindən öyrənilməsi zərurəti qarşıya çıxır. 
Terminlər yaradılan zaman xalq dili həssaslıqla tədqiq edilməli, 
öyrənilməlidir. Ümumiyyətlə, terminologiyanın inkişafında 
onun əsas mənbə, tükənməz məxəz olduğu unudulmamalıdır.
Dilimizdə qarşılığı olmayan terminləri yaratmaq üçün süni-
liyə və uydurmaçılığa yol vermədən xalq dili əsasında yeni ter-
minlər yaradılır. Əgər biz elmi dilimizi inkişaf etdirmək istəyi-
riksə, xalqın dilində olan zəngin lüğət ehtiyatını toplamalı, on-
1
Şirəliyev. M.Ş. Azərbaycan dilinin dialektologiyasının əsasları. Bakı, Şərq-
Qərb, 2008, səh.80 


231 
dan termin yaradıcılığında hərtərəfli istifadə etməliyik. Vladimir 
Dal yazır: “Bu vaxta qədər xalq dilinə etina olunmurdu, lap son 
zamanlar ona nəzər salmağa başlamışlar: bu nəzər də ona qarşı 
mərhəmət və marağın ifadəsidir. Bu vaxta qədər bəziləri slavyan 
sözlərinə təqlidən əmələ gətirdikləri sözlərdən dil yaradacaqları-
nı güman edirdilər. Bəziləri də qətiyyən öz dillərini öyrənmək 
zəhmətini boyunlarına götürməyərək, başqa dillərdən əllərinə 
keçən hazır sözləri alır, bizim dildə heç bir mənası olmayan ya-
bançı ifadələri hərfi-hərfinə tərcümə edirdilər
1
”. 
Beləliklə, terminoloji sistemin yaradılmasında əsas baza 
olaraq dilin öz daxili imkanları götürülməlidir. Elmin inkişafı ilə 
əlaqədar yeni kəşflər, ixtiralar meydana gəlir, müəyyən predmet-
lər, hadisələr, proseslər və s. haqqında yeni anlayışlar yaranır. 
Anlayışlara ad verilərkən onların funksiyası, əsas əlaməti nəzərə 
alınır. Bu zaman dilin tərkibində həmin məfhumu dəqiq ifadə 
edən söz seçilməlidir. Hazırda terminologiyada ümumişlək söz-
lər hesabına çoxlu miqdarda terminlər yaranmışdır. Məsələn, ba-
zar, dərəcə, hərəkət, dövr, kütlə, güc, rəqəm, lay və s. Bu ümu-
mişlək sözlər öz əvvəlki mənalarından uzaqlaşaraq tamamilə ye-
ni məna-terminoloji məna kəsb etmişdir. Demək, elm və texni-
kanın ən son nailiyyətlərini belə dilimizin sözləri ilə ifadə edə 
bilərik. Hər hansı bir məfhumun ifadəsi üçün termin təklif olu-
narkən imkan daxilində alınmalardan imtina etmək, onu dilimi-
zin fonomorfoloji quruluşuna nə dərəcədə uyğun olub-olmadığı-
na, səsdüzümünə, ahəngdarlığına fikir vermək və elə etmək la-
zımdır ki, ümumxalq dili əsasında yaradılan yeni terminlər dildə 
özünə möhkəm yer tuta bilsin. 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin