222
mənada "Kitabi-Dədə Qorduq" eposunda da işlənmişdir: "
Coq
çalışdılar: nə buğa yeŋər, nə Qanturalı yeŋər
".
1
Yer-yerin
- hər tərəfdən, hər yandan:
Ol qədəhlərdən içələr
yer-yerin,
Suvarurlar cənnət əhlin bəd əz-in.
"Yer" isminin təkrarı və sonuncunun axırına qədim alət şə-
kilçisinin artırılması yolu ilə yaranmış bu mürəkkəb sözə Yusif
Məddahin "Vərqa və Gülşah" məsnəvisində, eləcə də Əhmədi-
nin "Əsrarnamə" tərcüməsində rast gəlirik. Bu leksem XIV-XVI
yüzilliklərə aid digər türkcə mətnlərdə də bol-bol işlənmişdir
2
.
Yeygü
- yemək, qida
:
Dilərəm ki, anlara
yeygü
alam
Kim, olarıŋ köŋliŋi xürrəm qılam.
"Yeygü" sözünün eyni mənada orta əsrlərə aid türkdilli ya-
zılı abidələrdə işlənməsi qeyd olunmuşdur. Bu sözə XVI əsr
Azərbaycan tərcümə abidəsi "Şeyx Səfi təzkirəsi"ndə də rast gə-
lirik: "
Bizim atımız adəmün yeygüsi yeməz
". Yusif Məddahın
"Vərqa və Gülşah" əsərində isə eyni mənada "yeyəsi" sözü işlən-
mişdir. "
Nə yeyəsi yedi, nə xud uyudı
"
3
.
Dostları ilə paylaş: