Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə129/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   125   126   127   128   129   130   131   132   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

 
Yögüş/yögiş
 - çox, xeyli: 
 
Yolları səb, günahları 
yögiş

Bilməzəm ki, necə olasıdır iş? 
1
Kitabi-Dədə Qorqud (tərtibçilər: F.Zeynalov, S.Əlizadə). Bakı,1988, səh.88
2
XIII asirdan günümüze kadar kitaplardan toplanmiş taniklariyle Tarama 
sözlügü I-VI s. Ankara, 1941 -1945, səh.4548-4550
3
Hacıyeva Z. Suli Fəqih Yusif və Züleyxa. Bakı, 1991, səh.21 


223 
Bu söz istər qədim türk mətnlərində, istərsə də orta yüzillik-
lərə aid türk və Azərbaycan yazılı abidələrində "ögüş" şəklində 
işlənmişdir. Söz başındakı "y" samiti türk dillərinin daha əski 
qatlarının göstəricisi kimi qəbul edilə bilər. 
Tərcümənin dilindəki türkmənşəli arxaik sözlərin kiçik bir 
qrupunu da müasir dilimizdə 
şəkilcə-fonetik tərkibcə
müəyyən 
dəyişikliyə uğramış sözlər təşkil edir. Aşağıdakı sözlər bu qəbi-
lədəndir: 
 
Gözətmək
 - gözləmək

 
Dəxi mayəhtacı yenə oldı ol,
Pəs, ol saru 
gözətdi
, tutdı yol. 
"Gözləmək" feilinin bu əski fonetik şəklinə də orta əsrlər 
Azərbaycan yazılı abidələrində rast gəlirik . Cahangir Qəhrəma-
nov bu feilin Nəsimi “Divan”ında, Şaməddin Xəlilov isə "Əsrar-
namə"də "qorumaq", "saxlamaq" mənalarında işləndiyini göstə-
rirlər. "Gözətmək" feilinin bu mənaları əski türk mətnlərində və 
orta əsrlərə aid türkdilli yazılı abidələrdə də qeydə alınmışdır. 
Feilin bu mənası "gözətçi" sözündə özünü qoruyub saxlamışdır. 
 
Qaranqu
- qaranlıq

 
Çün məni qəbrə qoyub getdilər,
Qaranqu
 yerdə məni tərk etdilər. 
Çağdaş dilimizdə "qaranlıq" şəklində işlənən bu söz əski 
türk mətnlərində və orta əsrlərin yadigarları olan türk və Azər- 
baycan yazılı abidələrində "qaranu", "qaranğu" və "qaranqu" 
şəklində işlənmişdir. "Qaranqu" sözü "Ət-töhfə"də həm "karan-
lı", həm də "karanqı" şəklində işlənmişdir. Dilimizin Bakı və 
Naxçıvan şivəsində "qaraltı" mənasında işlənən "qaratqu" da bu 
sözlə bağlıdır
1

1
Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı, 1964, səh.116


224 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin