220
"Yaşurmaq" sözü eyni mənada "Kitabi-Dədə Qorqud"da və
Molla Vəli Vidadi şeirlərində işlənmişdir. Bununla belə, bu lek-
sem müasir ədəbi dilimiz üçün ümumişlək sayılmır və arxaik sə-
ciyyə daşıyır.
Yayax
- piyada:
Yügürük atlartək kimisi səgirdə,
Kimisi
yayaxlartək
asta gedə.
"Yayax" sözünə eyni mənada "yadaq" və "yağaq" şəklində
əski türk mətnlərində rast gəlirik. Orta əsrlərin türkdilli, o sıra-
dan Azərbaycan əlyazmalarında isə bu söz "yayak" və "yayan"
şəklində də işlənmişdir Dilimizin qərb qrupu şivələrində bu söz
"yəyax" şəklində qorunub saxlanmışdır
1
.
Dostları ilə paylaş: