Uğramaq
- rastlaşmaq, görüşmək, üz-üzə gəlmək:
Bir ərəb
uğrar
yenə yolda aŋa,
Ya Əli,- der dəvəŋi satgil maŋa
.
1
Kitabi-Dədə Qorqud (tərtibçilər: F.Zeynalov, S.Əlizadə). Bakı,1988, səh.50
217
Əski türk sözlərindən olan "uğramaq" eyni mənada həm qə-
dim türk mətnlərində, həm də orta əsrlər Azərbaycan yazılı abi-
dələrində işlənmişdir.
Ulalmaq
- böyümək, ucalmaq, artmaq
:
Mallu olan kişi köŋli ulalur.
Həm rübubiyyətə ol də'va qılur...
Der ki, ömrün keçdi,
ulaldı
yaşın,
Sümügün incəldi, həm titrər başın.
“Ulu” sifətindən düzəlmiş bu feil əski türk run yazılarından
tutmuş Qütbün “Xosrov və Şirin" əsərinədək bir dövrü əhatə
edən türkdilli yazılı abidələrdə bol-bol işlənmişdir. “Ulalmaq”
felinə yazılı abidələrimizdən "Kitabi-Dədə Qorqud”da, “Dasta-
ni-Əhməd Hərami"də, Füzulinin dilində və başqa türkdilli yazılı
abidələrdə də rast gəlirik
1
. Bu feil müasir türk dillərindən yalnız
türkmən dilində olduğu kimi işlənir.
Uru durmaq
- dik qalxmaq, sıçrayıb araya çıxmaq:
Səcdədən baş qaldırıb
durdı uru
,
Vardı mənzilə baxa ol mahru
.
Tərkibin birinci tərəfi qədim türk mətnlərində "ərə" və
“örü” şəklində "durmaq" feili ilə eyni mənada qoşa işlənməklə
yanaşı, ayrılıqda "yuxarı", "düz", "şaquli", "sütün" mənalarını da
daşımışdır. "Uru durmaq" mürəkkəb feli “Kitabi-Dədə Qor-
qud”da, "Dastani-Əhməd Hərami"də, Mustafa Zəririn və Suli
Fəqihin "Yusif və Züleyxa" əsərlərində, “Əsrarnamə”də və Fü-
zulinin dilində çox işlənmişdir
2
.
1
Dastani-Əhməd Hərami (tərtibçi Ə.Səfərli). Bakı, 1978, səh.41
2
Mirzəyev A. Cami, Nəvai və Füzuli yaradıcılığında "40 hədis". Bakı, 1997,
səh.158
|