212
türkdilli mətnlərdə isə bu söz "qatı" şəklində işlənmişdir. “Qatı”
sözü bu gün
müasir ədəbi dilimizdə işlənir, lakin o, “semantik
cəhətdən daralmaya məruz qalmışdır". Tərcümədə “qatı" sözü
ilə yanaşı, onun təkrarı yolu ilə düzəlmiş “qatı-qatı” sözü də
"bərk-bərk" mənasında işlənmişdir:
Nişə böylə ağladın
qatı-qatı
,
Bizə məlum eyləgil bu hikməti.
Qıynaq/qaynaq
- yırtıcı heyvan pəncəsi, caynaq
:
Oturur köksümün üsnə ol zəman,
Anı
qıynağı
ilən doğrar rəvan.
Bu sözə eyni mənada "Kitabi-Dədə Qorqud"da, “Dastani-
Əhməd Hərami”də və "Əs-Sihah"da rast gəlirik. “Qıynaq” sözü
eyni mənada XIV-XVIII əsrlərə aid türkdilli yazılı abidələrdə iş-
lənmişdir . Həmin qaynaqlarda "qıynaq urmaq" (dırnaq
keçir-
mək) tərkibi feili də qeydə alınmışdır.
Nəsnə/nəstənə
- şey:
Dedi, ya qızım, bu sözi söyləmə,
Bilmədügin
nəsnəyə
səy eyləmə...
Yemiş ola, yoxsa qeyr
nəstənə
,
Şad olub köŋli anlan əglənə.
Qədim türk sözlərindən olan "nəsnə" əski türk mətnlərində,
eləcə də orta əsrlərin türkdilli, o sıradan Azərbaycan yazılı abi-
dələrində əsasən "nəsnə" şəklində bol-bol işlənmişdir. "Ət-töh-
fə" əsərində bu söz iki şəkildədir: "nəsnə", "nəstə". Xətainin di-
lində və "Şühədanamə"də isə bu sözə yalnız "nəstə"
şəklində
rast gəlirik. Yazılı abidələrdə bu sözün "nəstənə" variantına təsa-
düf etmədik. Dilimizin qərb qrupu şivələrində, eləcə də Bakı şi-
213
vəsində bu söz "nəstə" şəklində qorunub saxlanılmışdır. Bu sö-
zün "nə" sual əvəzliyi ilə bağlı olması
güman edilir
1
.
Dostları ilə paylaş: