Ümumişlək sözlərin terminləşməsi.
Qeyd etmək lazımdır
ki, ümumişlək məişət sözləri terminlərə çevrilərək terminoloji
sistemdə yeni məna kəsb edir, yəni sözlərin əvvəlki mənasına
yeni məna əlavə olunur. Bəzən də bu və ya digər oxşar əlamətlə-
ri olan, oxşar funksiya daşıyan məfhumlar eyni səs tərkibi və
mənası saxlanılmaqla elm və texnikanın müəyyən sahəsində ter-
min kimi işlənir. Məsələn, ədəbi dildə ümumişlək söz kimi işlə-
nən
yorğunluq
sözü texniki termin kimi “çox təkrar dəyişkən
gərginliyin təsiri ilə materialın tədricən dağılması” mənasını bil-
dirir. Bu halda sözün əvvəlki məna ilə əlaqəsi ya tamamilə, ya
da qismən itir. Ümumişlək sözlərin terminləşməsi prosesində iki
cəhət özünü göstərir:
1. Ümumişlək söz heç bir dəyişikliyə uğramadan terminolo-
ji leksikada termin kimi işlənir. Məsələn, bədən üzvlərinin adla-
rını bildirən sözlər heç bir dəyişiklik olmadan müxtəlif maşın,
cihaz və s. hissələrin adlarını bildirir. Bu halda sözün əvvəlki
məna ilə əlaqəsi ya tamamilə, ya da qismən itir. Məsələn, dirsək,
diş, dil, divan, qol və s. Eləcə də, açar, xəlbir, döşək, qazan, ta-
va, sancaq, oymaq, qayçı, damar və s. ümumişlək sözlər texniki
terminologiyada termin kimi işlənir.
2. Ümumişlək söz qrafik və morfoloji cəhətdən dəyişiklik
edilərək, ya da ümumişlək söz başqa sözə qoşularaq yeni termi-
noloji anlayışı ifadə edir. Məsələn: beşik- “xilas beşiyi” (texniki
termin), həyəcan – “həyəcan zonası” (fövqəladə hallar), yumruq
–“yumruqlu mufta” (texniki termin), daban – “dabanlıq” (texni-
ki termin) və s. Elə hallar olur ki, belə ümumişlək sözlər müəy-
247
yən ixtisas sahələrində bir sıra anlayışların yaradılmasında işti-
rak edir. Məsələn: açar – qayka açarı, boru açarı, yağ açarı,
pnevmatik açar, elektron açarı, hava açarı; qazan - buxar qazanı,
elektrik qazanı, qazan qurğusu, qazan aqreqatı və s.
Ümumişlək sözlərin iştirakı ilə yaranan terminləri əmələ-
gəlmə üsuluna görə aşağıdakı qruplara ayırmaq olar:
1.
İki sadə ümumişlək sözün birləşməsi ilə əmələ gələn ter-
minlər: neft qazları, qar su, damar süxuru və s.
2.
-lı, -li, -lu, -lü şəkilçili düzəltmə və mürəkkəb sözün sadə
sözlə birləşməsi yolu ilə yaranan terminlər: zəncirli açarlar, iki-
bəndli süzgəc, birqütblü açar və s.
3.
-an, -ən şəkilçili feli sifətlə bir sadə və ya düzəltmə sözün
birləşməsi ilə yaranan terminlər: çeşidləyən açar, titrəyən çəkic,
uçan tavan, qalxan bulaq və s.
4.
-ma, -mə şəkilçili düzəltmə sözlə bir sadə və ya düzəltmə
sözün birləşməsi yolu ilə yaranan terminlər: qoyma bıçaq, asma
lampa, çökmə süxuru və s.
5.
-ıcı -ici, -ucu, - ücü şəkilçili düzəltmə və ya mürəkkəb
sözlər bir sadə və ya düzəltmə sözlə birləşməsi yolu ilə yaranan-
lar: yönəldici açar, paylayıcı qutu, çeşidləyici balta, dağıdıcı
yüklənmə və s.
Tədqiqatlar göstərir ki, müasir Azərbaycan dili terminologi-
yasında onomastik leksika əsasında xüsusi coğrafi adlar və şəxs
adları bazasında formalaşan terminlər az deyildir. Məsələn,
Azərbaycan musiqişünaslığında antroponimlər əsasında forma-
laşan “Aşıq Hüseyni” (aşıq-vokal instrumental formalarından bi-
ri) “İbrahimi” (Azərbaycan xalq musiqisində muğam şöbələrin-
dən biri), “Kərəmi”, (Azərbaycanın zərb muğamı), “Mənsuriy-
yə” (cahargah kökündə olan zərb muğamı), “Misri” (aşıq mahnı
forması), “Mirzəhüseyn segahı” və s., kənd təsərrüfatında coğra-
fi adlar və şəxs adlar əsasında meydana gələn “Qorxmazı” (ar-
mud s.), “Rəcəbi” (alma s.), “Cəfəri-1”, “Arzu” (buğda s.); “Xa-
tuni”, “Ağadayı”, “Şirvanşahi”, “Təbrizi” (üzüm s.); “Əmiri”,
“Sevinci” (kartof s.) və s., neft geologiyası sahəsində coğrafi ad-
lar əsasında yaranan “Abşeron regiomərtəbəsi”, “Sumqayıt dəs-
248
təsi”, “Babacan horizontu”, “Xəzər transqressiyası”, “Bakı mər-
təbəsi”, “Eldar dəstəsi”, “Zuramakənd horizontu” və s. terminlər
mövcuddur. Təkcə musiqişünaslıqda, kənd təsərrüfatında deyil,
elm və texnikanın digər sahələrində də antroponimlər əsasında
yaranan terminlər işlənir. Məsələn, Topçubaşov üsulu (tibbi),
Xəlilov açarı (texniki termin), Salmanov təsnifatı (geologiya),
Şıxlınski üçbucağı, Şıxlınski formulu (hərb) və s.
Ümumiyyətlə, Azərbaycan dilinin terminoloji leksikasında
işlənən terminləri iki qrupa ayırmaq olar:
1)
Yalnız termin kimi işlənənlər: kvadrat, darqələm, suöl-
çən, velbot, oksid, mühərrik, sinus qraben, ion, romb, reaksiya,
reduksiya, qazayıran və s.
2)
Həm ümumişlək söz, həm də termin kimi işlənənlər: val
(texnika, memarlıq), var (texnika), gövdə (nəqliyyat), bölmə (ri-
yaziyyat), qundaq (hərb), budaq (informatika, biologiya), veri-
lənlər (informatika), xəta (riyaziyyat), qaynaq ( texnika) və s.
Yalnız termin kimi işlənənlər konkret anlayış çərçivəsindən
kənara çıxa bilmir, ancaq müəyyən elm sahəsində termin kimi
işlənir, ümumişləklik qazana bilmir. Ümumxalq dili əsasında ya-
ranan terminlər terminoloji məna ilə yanaşı əvvəlki mənanı da
qoruyub saxlayır.
Dillərin lüğət tərkibinin zənginləşməsində daxili imkanlar
üstünlük təşkil etsə də, elmi-texniki tərəqqi ilə bağlı yeni yara-
nan anlayışlar ayrı-ayrı dillərdə ifadə olunur və onların işlədil-
məsi zəruri xarakter alır. Bu səbəbdən də dünyanın əksər dillə-
rində alınma və beynəlmiləl terminlər kəmiyyətcə ümumi leksik
fondda özünəməxsus yer tutur. Çünki, termin ilk növbədə müəy-
yən elmi-texniki sahənin elementidir və onun məna tərəfi hər
hansı bir elmi-texniki sistemdə formalaşırsa, onun ifadə tərəfi
hər bir dilin özünün və ya digər dillərin vahidləri, termin ele-
mentləri ilə reallaşır. Ona görə də texniki-elmi anlayışlar və on-
ların adları olan terminlər bəşəriyyətin əldə etdiyi nailiyyət ol-
maqla bu və ya digər sahə mütəxəssislərinin istifadə etdiyi lek-
sik vahidlərdir. Hər bir termin forma və ifadə edilmək baxımın-
249
dan müəyyən bir dilə aid olsa da, onun semantikası – mənası xü-
susi bilik sahəsində formalaşır və ümumi istifadəyə xidmət edir.
Terminyaratma prosesində müxtəlif mənbələr hesabına ter-
minlərin yaranması zamanı yaranan terminoloji vahidləri iki
qrupda birləşdirmək olar. Belə ki, həm ümumi leksik fond, həm
də terminoloji leksika iki mənbə hesabına - dilin daxili imkanları
hesabına və sözalma yolu ilə zənginləşir. Demək, Azərbaycan
dilində də terminlər həm daxili imkanları əsasında, həm də baş-
qa dillərdən söz almaqla yaranır. Bu da dilin bütövlükdə leksik
sisteminin zənginləşmə qanunauyğunluqları ilə eyniyyət təşkil
edir. Təbii ki, həm ümumi leksikada, həm də terminoloji qatda
bu mənbələrin hər birinin özünəməxsus rolu vardır.
Dostları ilə paylaş: |