269
dikdən sonra feilə məxsus olan bəzi xüsusiyyətlərindən məhrum
olur; yəni zaman və şəxs məfhumlarını
itirməklə bərabər, feilə
aid olan heç bir şəkilçi qəbul edə bilmir. Bu şəkilçilərdən sonra
əlavə olunan şəkilçilərin hamısı
ismə məxsus olur; yəni ismin
daşıdığı xüsusiyyətləri eyni ilə məsdərlər də daşıyır.
-ıq, -ik, -uq, -ük, -aq, -ək,
-k, -q.
Qeyd
olunan
şəkilçilər ter-
min yaradıcılığında qeyri-məhsuldar funksiya daşıyır. Bu şəkil-
çilər vasitəsilə alət, obyekt, hal-vəziyyət, proses, keyfiyyət və s.
bildirən terminlər əmələ gəlir. Məsələn, vuruq, bölük, yarıq, ya-
yıq, qaynaq, tökük (metallurgiya), tapşırıq, suvaq, dayaq, dirək,
sınaq, oyuq və s.
Bu şəkilçi vasitəsilə yaranan terminləri məna xüsusiyyətinə
görə üç qrupa ayırmaq olar:
a.
Proses bildirən terminlər: bölük, vuruq;
b.
Obyekt və alət bildirən terminlər: örtük, buruq;
c.
Hərəkət adı bildirən terminlər: çıxıq, sınıq;
Bu şəkilçi vasitəsilə yaranmış ümumişlək sözlər terminoloji
məna
kəsb edərək elmin, texnikanın müxtəlif sahələrində ter-
minləşir. Məsələn: sınıq, çıxıq, yanıq (tibb), buruq (neft sənaye-
si), oyuq (maşınqayırma), qovuşaq (tikinti), oynaq (metallurgi-
ya), qırışıq (geologiya, coğrafiya) və s.
Bu şəkilçilərlə yaranan sözlər
daha çox terminoloji birləş-
mələrin bir hissəsi kimi terminoloji leksikaya daxil olur. Məsə-
lən: örtük-qalvanik örtük, dəmir örtük, cüt örtük (texnik termin-
lər); sınıq- liftli sınıq, interklistalit sınıq və s.
Dostları ilə paylaş: