291
anlayışı öz dilinin söz ehtiyatı ilə ifadə edir. Ona görə də burada
dilin daxili inkişaf qanunları həlledici rol oynayır.
Bu yolla yeni termin yaradılarkən tərcümə olunan bu və ya
digər söz, termin həmin dildə eyni mənanı verən sözlərlə, sözdü-
zəldici şəkilçilərlə ifadə olunmalıdır. Buna görə də kalka olunan
terminin, termin-söz birləşmələrinin tam qarşılığı göstərilməli-
dir. Əks halda onu kalka adlandırmaq olmaz. Təbiidir ki, hərfi
tərcümə /kalka üsulu bəzən hərfi tərcümə də adlandırılmışdır/
prosesində qarşılıqlı təsirdə olan dillərin quruluşunun yaxınlıq
dərəcəsi, dilin lüğət tərkibinin, kalka edilən dildəki söz yaradıcı-
lığı yollarının inkişaf dərəcəsi, kalkaetmənin baş verdiyi tarixi
şərait və s. amillər mühüm rol oynayır.
Kalkalarda fikir ayrılığı yaradan məsələlərdən biri də onlara
münasibət məsələsidir. “Kalka” fransız dilinə mənsub olub
“üzünü köçürmək” mənasını ifadə edir, yəni,
Dostları ilə paylaş: