Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə159/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   155   156   157   158   159   160   161   162   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

calque
fransız di-
lində “çertyojlardan surət çıxarmaq üçün istifadə edilən yüksək 
keyfiyyətli şəffaf kağıza” deyilir.
Dilçilərin bəziləri kalkaları sözalmanın xüsusi növü kimi, 
bəziləri isə əcnəbi dilə məxsus sözlərin ana dilinə tərcümə edil-
məsi üsulu kimi izah edirlər. V.M.Jirmunski yazır: “Əcnəbi sö-
zün leksik cəhətdən mənimsənilməsinin daha tam formasını tər-
cümə üsulu ilə; söz alınan zaman ana dili materialının köməyi 
ilə əcnəbi sözün mənası, sözyaratma prinsipləri, semantik quru-
luşu (necə deyərlər “daxili forması”) mənimsənilir.” 
1
Əslində isə kalka üsulunu nə sözalma, nə də əsil mənada 
tərcümə hesab etmək olmaz. Kalka üsulu ilə yaranan terminləri 
alınma terminlərlə birləşdirən ümumi cəhət yalnız kalkaların 
“surəti çıxarılan” modellərinin onlardan kənarda, yəni başqa bir 
dildə olmasıdır.
Ş.Balli alınmalardan bəhs edərkən onların bir qolu kimi kal-
kalardan da söhbət açır, kalkaları leksik alınmaların müxtəlif 
1
Журавлев В.Ф. Философско-логические вопросы упорядочения терми-
нологии. Проблемы разработки и упорядочения терминологии в Акаде-
мия наук союзных республик. Москва, Наука, 1983, cтр.360


292 
üsulları kimi izah edir. “Kalka” termini dilçilikdə ilk dəfə (İs-
veçrə dilçisi) Şarl Balli tərəfindən işlədilmişdir. O yazır: “Biz o 
söz və ifadələri kalka adlandırırıq ki, mexaniki surətdə, hərfən 
tərcümə yolu ilə xarici dildən alınmış ifadənin nümunəsi əsasın-
da yaranmış olsun”.
Bir qrup dilçilər kalkanın alınma olduğuna etiraz edir və 
onun daxili imkanlar hesabına yaranan dil vahidləri olduğu fikri-
ni müdafiə edirlər. M.M.Şanski yazır ki, sözlər və ifadələr həm 
bütöv, yəni real nominativ vahidlər, müəyyən mənaları olan səs 
kompleksləri kimi, həm də onların ayrı-ayrı elementləri (quru-
luş, məna) şəklində alınır. N.Xudiyev yazır: "Kalkalar dilin öz 
daxili imkanları hesabına (həm söz və şəkilçilər, həm də struktur 
milli olur) yaransa da, onların meydana çıxması üçün bilavasitə 
etimon dilin təsiri olur, belə ki, etimon dilin təsiri ilə əvvəla sö-
zün və ya ifadənin bütün komponentləri müvafiq surətdə kalka 
olunur. Digər tərəfdən isə, bəzi istisnalar nəzərə alınmazsa, 
struktur eyniliyi saxlanır, daha doğrusu, söz birləşməsi söz bir-
ləşməsinə, söz sözə kalka edilir”
1
.
N.K.Dmitriyev də alınmaları və kalkaları bir-birindən fərq-
ləndirərək göstərir ki, onlar müxtəlif tətbiq üsullarına malikdir. 
Belə ki, tək-tək leksik vahidlər alınır, iki və daha artıq sözün bir-
ləşməsi isə kalka edilir. 
Deməli, kalkalar söz yaradıcılığının bir forması olub, dilin 
daxili imkanları hesabına kənar dil elementlərinin təsiri ilə yara-
nan dil vahidləridir. Bu məsələdə dilçiləri birləşdirən odur ki, 
anlayış, struktur və model bir dildən başqasına keçir. Lakin hər 
hansı anlayışın bir dildən başqasına keçməsi həmin anlayışı ifa-
də edən söz və terminlə keçməyibsə onun alınma olduğuna əsas 
vermir. Digər tərəfdən isə kalkada anlayış milli sözlə ifadə olun-
duğu halda, alınmada anlayış və onu ifadə edən söz və termin də 
alınır. Strukturun, modelin alınmasına gəldikdə isə, onu da qeyd 
edək ki, dilin sintaktik qatı, quruluşu dəyişmələrə, kənar dil tə-
1
Abdullayeva M.Ə. Azərbaycan xalçaçılıq terminləri lüğəti. Bakı, 2003, 
səh.232 


293 
sirlərinə qarşı mühafizəkardır. Buna görə də sintaktik quruluşun, 
modelin alınma olması da düzgün deyil. Quruluş dilin özününkü 
olur, çünki kalka hesab edilən sadə, düzəltmə, mürəkkəb və söz 
birləşmələri şəklində modellər əslində dilimizdə qədim dövrlər-
dən mövcuddur. Sadəcə anlayışı bildirmək üçün dildə mövcud 
olan modellərdən istifadə olunaraq kalka edilir. Deməli, kalka 
üsulu ilə söz yaradıcılığı dilin daxili imkanları, yəni dildə olan 
sözlər və şəkilçilər əsasında yarandığı üçün Azərbaycan dilində 
(eləcə də başqa dillərdə) söz yaradıcılığı prosesinin bir hissəsi-
dir. Alınmalar isə o zaman dilə daxil olur ki, dilin daxili imkan-
ları əsasında, yəni dilin bilavasitə özünəməxsus söz yaradıcılığı 
üsulları ilə müəyyən anlayışın ifadəsi üçün termin yaratmaq ol-
mur və bu zaman başqa dildən həmin anlayışı ifadə edən söz ha-
zır şəkildə alınıb işlədilir.
X. Quliyeva yazır: “Həm alınma, həm də kalka mənşəcə 
başqa dilə məxsus olmaqla bərabər bir-birindən fərqlənən cəhət-
lərə malikdir. Alınmalardan fərqli olaraq kalkalar başqa dilin 
sözləri və sözdüzəldici vasitələrinə uyğun şəkildə bir dilin mate-
riallarına çevrilən struktur modellərdən ibarətdir. Alınma sözdə 
isə bu xüsusiyyət yoxdur. Alınmalar başqa dildə olduğu kimi, 
tamamilə mənimsəyən dilin fonetik quruluşuna uyğunlaşdırılır, 
kalkalar isə yalnız məzmunca mənimsənilir. Doğma dilin səs 
materialı, sözdüzəldici şəkilçiləri ona yeni quruluş verir və be-
ləliklə də dildə əvvəllər mövcud olmayan yeni sözlər meydana 
gəlir
1
”.
Son dövrlərdə kalka üsulu ilə yaradılan terminlərin miqdarı 
daha çoxdur. Çünki elmlərin inkişafı ilə əlaqədar meydana çıxan 
yeni mürəkkəb anlayışları ifadə etmək üçün terminlər əvvəlcə 
ingilis, rus və başqa dillərdə yaranır. Bu isə elmi kəşfin dünya 
miqyaslı əhəmiyyəti ilə bağlıdır, yəni kəşf, ixtira edilən məfhum 
həmin yerin dili ilə bağlıdır. Həmin terminlər sonradan bir çox 
dillərə, o cümlədən də Azərbaycan dilinə kalka edilir. Bu da ter-
minologiyanı xeyli zənginləşdirir. 
1
Quliyeva X. Rus dilindən Azərbaycan dilinə kalkaetmə yolları. Bakı, 2007, səh.24


294 
Rus dilindən bu və ya digər termin, termin-söz birləşməsi 
kalka edilərkən Azərbaycan dilində həmin terminin, birləşmənin 
qarşılığı və onun şəkilçisinə uyğun şəkilçi götürülür. Məsələn, 
"производное число" termin-söz birləşməsi iki termindən iba-
rətdir. Kalka zamanı "производное" termininin qarşılığı olan 
"törəmə" termini, "число" termininin qarşılığı olan "ədəd" sözü 
götürülür və beləliklə də eyni anlayışı verən "törəmə ədəd" riya-
zi termini alınır. Yaxud, fizikada “звук низкий” birləşməsində 
"звук" termininin qarşılığı olan "səs", “низкий” termininin qar-
şılığı olan "alçaq" sözü götürülür və beləliklə də "alçaq səs" ter-
mini alınır. 
Kalka üsulu ilə yaranan terminlərin böyük bir qismini sin-
taktik yolla əmələ gələn terminlər təşkil edir. Sintaktik kalkalar 
bu cür edilir: звуковая волна - 
səs dalğası,
обыкновенная 
дробь - 
adi kəsr
, числовой множитель - 
ədədi vuruq,
частная 
производная - 
xüsusi törəmə,
обший знаменатель - 
ortaq məx-
rəc
, закон подобия - 
oxşarlıq qanunu
, закон инерции - 
ətalət 
qanunu,
упрогость паров 
- buxar təzyiqi
. Göründüyü kimi, yu-
xarıdakı termin-söz birləşməsini təşkil edən terminlər rus dilin-
dən hərfi tərcümə zamanı dilimizdə yaradılmış yeni terminlərdir. 
Burada həm məfhumların, həm də məfhumları ifadə edən ter-
minlərin /istər morfoloji, istərsə də sintaktik üsulla/ birləşməsi 
hadisəsi yenidir. Belə ki, 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin