299
II.
Tərkibindəki elementlərinin kalka edilməsinə və işlənil-
məsinə görə terminlərin aşağıdakı qruplara ayırmaq olar:
a/
birləşmənin hər iki tərəfi rus dilindən kalka edilir,
bucaq
təcili /ускорение угловые/, at qüvvəsi /лошадная сила/, ağırlıq
mərkəzi /центр тяжести/, bucaq ölçüləri /меры углов/,
maddi
nöqtə /материальная точка/, ölçülən çoxluq /измеримое мно-
жество/, təbii tezlik /естественная частота/, iti şüa /острый
луч/, sərbəst rəqs /свободные колебание/.
b/
birləşmənin birinci tərəfi kalka edilir, ikinci tərəf alınan
dildəki kimi saxlanılır
: tezlik generatoru /генератор частоты/,
idarəedici impuls /управляюший импульс/,
riyazi induksiya
/математическая индукция/, ölçülən funksiya /измеримая
функция/, riyazi model /математическая модель/,
qüvvə mo-
menti /момент силы/, ədədi inteqrallama /численное интегри-
рование/, açıq interval / открытий интервал /.
c/
birləşmənin birinci tərəfi rus dilindəki kimi işlənir, ikinci
hissəni təşkil edən söz isə kalka edilir
: Markov maşını /Мар-
ковская машина/, amplitud ölçüsü /мера амплитуды/, interva-
lın ortası /середина интервала/, minimal çoxhədli /минималь-
ный многочлен/, natural ədəd /натуральное число/,
inteqral
əməl /интегральное действие/, kompleks tam ədəd /комплек-
сное целое число / və s.
Kalka üsulu ilə əmələ gələn terminlərdən danışarkən bir
məsələni də qeyd etmək zəruridir. Ən əvvəl kalka zamanı termi-
nologiyada
işlənən termin, termin-söz
birləşmələri ilə tərcümə
prosesi zamanı
dilimizə, terminologiyaya gəlmiş alınmalar qa-
rışdırılmamalıdır. Tərcümə prosesində elə terminlər olur ki, on-
ları tərcümə etmək lazım gəlmir və ya mümkün olmur. Bu halda
həmin terminlər eynilə /ingilis, rus və başqa dildə olduğu kimi/
terminologiyamıza daxil edilir. Terminologiyada olan beynəlmi-
ləl terminlərin əksəriyyəti bu qayda üzrə yaranmışdır. Kalka za-
manı isə anlayışlar öz dilimizdə olan sözlərlə, terminlərlə verilir.
Bu prosesdə dilimizin qrammatik vasitələri /morfoloji və sintak-
tik üsul/ əsas götürülür. Burada həm məfhumlar, həm də bu məf-
humları ifadə edən sözlərin birləşməsi hadisəsi yenidir.
Yəni bir-
300
ləşmənin tərkibini təşkil edən sözlər və ya sözlə, şəkilçi dilin öz
söz və şəkilçiləridir. Lakin bu sözlərin bir-birinə birləşib yeni el-
mi anlayış ifadə etməsi hadisəsi yenidir. Konkret dil materialla-
rının təhlili göstərir ki, dilimizdə işlənən kalkaşəkilli terminlərin
əksəri Azərbaycan dilinin daxili imkanları əsasında yaranmış və
terminologiyamıza daxil olmuşdur. Kalkaşəkilli terminlərin icti-
mai rolu və işlənmə dairəsi geniş olub, terminologiyada əhəmiy-
yətli yerlərdən birini tutur.
Dostları ilə paylaş: