Sayali sadiqova


TERMİNOLOGİYADA ABREVİATURALAR



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə163/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   159   160   161   162   163   164   165   166   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

 

3.2.5. TERMİNOLOGİYADA ABREVİATURALAR 
Terminlərin yaradılması üsullarından biri də sözlərin ixtisa-
rı, yəni abreviaturalar hesab edilir. Abreviatura italyanca abbre-
viatura “ixtisar”, latın dilində abbrevio “ixtisar edirəm” məna-
sında işlənmişdir. Abreviatura üsulu termin yaradıcılığında baş-
qa üsullardan fərqlənir. Çünki bu üsulda bu və ya digər anlayışın 
ifadəsi üçün yeni termin yaratmaq deyil, terminologiyada artıq 
mövcud olan terminləri eyni məzmunda, lakin qısaldılmış şəkil-
də əlverişli şəklə salmaq nəzərdə tutulur. 
Doğrudur, bir çox tədqiqatlarda bu üsulu termin yaradıcılı-
ğının bir növü hesab edir və bu yolla yeni terminlərin yaranma-
sını qeyd edirlər. M.Ş.Qasımov yazır: “Ayrı-ayrı dillərdə elmi-
texniki terminlərin yaradılması üsullarından biri də sözlərin ixti-
sarı, yəni abreviaturadır” Sonralar H.Həsənov, Y.Məmmədli də 
abreviaturalara sintaktik yolla söz yaradıcılığının bir qolu kimi 
yanaşır və həmin sözləri bu istiqamətdə təhlil edirlər.
M.Qasımov yazır: “Abreviatura üsulu ayrı-ayrı terminoloji 
sistemlərdə sözə qənaət edilməsinə, çoxsözlü terminlərin konk-
ret terminlərlə əvəz olunmasına şərait yaradır
1

M.M.Adilov isə yazır: “Abreviasiya hadisəsinin məhsulu 
olan abreviaturalar dilin lüğət tərkibinin zənginləşdirilməsində 
böyük rol oynayır. Leksik abreviaturalar dilin digər sözlərinə aid 
1
Qasımov M. Azərbaycan dili terminologiyasının əsasları. Bakı, 1973. səh. 
səh. 140 


301 
bütün xüsusiyyətlərə malik olur
1
”. I Ümumittifaq Türkoloji qu-
rultayda bu üsulla Azərbaycan dilində də terminlər yaradılması 
təklifi irəli sürülmüşdür. H.Zeynallının “Türk dillərində elmi ter-
minologiya sistemi haqqında məruzə”sində deyilirdi ki, termino-
logiya sahəsindəki maraqlı məsələlərdən biri də müxtəlif cür ix-
tisarların iki və daha artıq söz şəklində qovuşması, birləşməsidir. 
Birləşdirilmiş sözlər öz-özlüyündə termin olduğundan onlar 
haqqında danışmaq lazım gəlir. 
Abreviatura üsulu müasir terminologiyada başqa üsullara 
nisbətən az istifadə olunur. Lakin gündən-günə inkişaf edən el-
mi-texniki tərəqqi ilə bağlı ixtisar yolu ilə yaranan terminlərin 
sayı da artır. Çoxsözlü adlar belə bir üsulun zəruriliyini aşkara 
çıxarmışdır. Dildə çoxsözlü adların qısa sözlərlə əvəz olunması-
na böyük ehtiyac var. Abreviasiya isə bu sahədə yeganə səmərəli 
yoldur. Abreviaturalara üstünlük verilməsi, həm də belə bir üsu-
lun sadəliyi, əlverişliyi ilə əlaqədardır.
Ancaq abreviaturalar (məntiqi cəhətdən yanaşdıqda aydın 
olur ki,) dildə yeni mənalı leksik vahidlər düzəltmir, yalnız dildə 
əvvəlcədən mövcud olan hazır leksik vahidlərin qısaldılmış şə-
kildə işlənərək, terminin, sözün tələffüzünü, işlədilməsini asan-
laşdırır. İ.Qasımov yazır: “Bu formaların ətraflı təhlil olunması 
müasir dilimizdə çox aktiv işlədilən mürəkkəb quruluşlu termin-
söz birləşmələrinin bir çoxunun qısaldılmasına, asan tələffüz 
olunmasına və söz kimi işlədilməsinə olan ehtiyacdan doğur, 
dildə qısaltmaların üsul və qanunauyğunluqlarını da meydana çı-
xarmağa imkan verir”. Deməli, mürəkkəb adların, çoxsözlü söz 
birləşmələrinin ixtisar formaları dildə sadələşməyə doğru olan 
meyldən, anlayışı qısaldaraq müxtəsər bir leksik vahidlə ifadə 
etmək tələbatından irəli gəlir. Beləliklə də, Azərbaycan dili ter-
minologiyasında abreviaturalar yeni terminlərin yaranma üsulu 
yox, onların tənzimlənməsinə xidmət edir. Belə ki, elmi-texniki 
tərəqqi ilə bağlı olaraq istehsal prosesinin təkmilləşdirilməsi, 
1
Adilov M. Müasir Azərbaycan dilində abreviasiya. Namizədlik dissertasi-
yası. Bakı, 1986, səh. 42 


302 
modifikasiyası, onların nominativ adlarının da leksik təkamülü-
nə təkan verir.
Hazırkı dövrdə elmin sürətli inkişafı bu sahədə abreviatura 
üsulunun vüsət almasını stimullaşdırır. Elmin inkişafı yeni-yeni 
ixtiraların meydana gəlməsinə və müntəzəm olaraq onların ifa-
dəsinin təkmilləşdirilməsi problemini irəli sürür. Yeni yaradılan 
və ya təkmilləşdirilən modellər üzrə buraxılan cihazlar isə onla-
rın adlandırılmasından doğan ehtiyac zəminində hər bir dilin ay-
rı-ayrı leksik laylarının zənginləşməsinə səbəb olur. 
“Belə ki, elmi-texniki tərəqqi əsrində sənayenin fasiləsiz in-
kişafı bir tərəfdən istehsalat leksikasını zənginləşdirir, ikinci tə-
rəfdən müxtəlif maşın və avadanlıqların istehsal prosesində tək-
milləşdirilməsinə, modifikasiyasına, onların nominativ adlarının 
da leksik təkamülünə gətirib çıxarır
1
”.
Məlumdur ki, son dövrlərdə elmin inkişafı ilə dilimizdə bir 
çox yeni sahələrə - avtomatik idarəetmə, elektrotexnika, teleme-
xanika, radiotexnika, kibernetika və s. aid terminlər yaranmış və 
bu terminlər təkcə ixtisas leksikasına deyil, habelə məişət leksi-
kasına da daxil olmuşdur. Hələlik Azərbaycan dilinin ayrı-ayrı 
elm sahələrinin leksikası, o cümlədən üslubu geniş şəkildə tədqi-
qata cəlb edilməmişdir. İbtidai araşdırmalar milli dilimizdə son-
suz miqdarda elmi adları özündə əhatə edən leksikanın zəngin 
olduğunu göstərir. Hazırkı dövrdə elmin sahələri inkişaf etmək 
üçün dünya elminin nailiyyətləri mənimsənilməlidir. Çünki o, 
elmi obyektləri adlandırır, ümumbəşər əhəmiyyəti olan fikirləri 
ifadə edir, bütün dillərdə eyni və ya oxşar nominativ prinsiplərin 
inkişafına meyl edir. 
Müxtəlif cihaz və aparatların adlarının qısaltma üsulu ilə 
verilməsi dilin terminoloji sisteminin formalaşmasında özünə-
məxsus rol oynayır. Hərf və rəqəmlərin hibrid birləşməsindən 
ibarət olan belə nomenklaturalar bədii dildə, demək olar ki, iş-
1
Xudiyev N. Azərbaycan ədəbi dilinin zənginləşmə yolları. Bakı, 1987, 
səh.328 


303 
lənmir, işlənərsə də öz terminoloji mahiyyətlərini itirir və buna 
görə də onların işlənmə dairəsi son dərəcədə xüsusidir.
Əməli cəhətdən terminologiyada terminlərin qısalığı, yığ-
camlığı prinsipi çox çətinliklə yerinə yetirilir. Bir sıra elm sahə-
lərində meydana gəlmiş mürəkkəb tərkibli terminlərin sadələşdi-
rilməsi vacibdir. Xüsusilə, fizika-riyaziyyat, kibernetika, kimya 
terminologiyasında belə bir neçə sözün birləşməsindən düzələn 
mürəkkəb terminlər geniş yer tutur ki, bu da ünsiyyət işini çətin-
ləşdirir. Məsələn, mikroprosessorlar və mikroprosessor komp-
lekti /MPK/, impulsların amplitud diskriminatoru /İAD/, üstlü 
funksiyanı hesablama altproqramı /ÜFHA/. Bəzən uzun, mürək-
kəb söz birləşmələri əvəzinə nomenklaturadan istifadə olunur. 
Məsələn, İd.HMTPAİS və ya KAMAK /CAMAC /Computer 
Application for Measurement and Control/. Belə nomenklatur 
terminlər kimə aydın ola bilər? 
Terminologiyada hesablama texnikası, proqramlaşdırma ilə 
bağlı abreviasiyalar diqqəti cəlb edir. Belə ki, elmi-texniki inqi-
lab dövründə elektrik hesablama maşınları getdikcə təkmilləşir 
və elektron hesablama maşınları iş prinsipinə, hesablama imkan-
larına, element bazasına görə 4 nəslə ayrılır. 
Hesablama alət və maşınların bu inkişaf yolu paralel şəkil-
də dildə öz əksini tapmış olur, onların modelləri təkmilləşdiril-
dikcə dildə adları da dinamiki olaraq dəyişir. Belə ki, əşyanın 
adlandırılması üçün seçilən, tətbiq edilən nominasiya həmin əş-
yanın yeni variantını adlandırdıqda təkrar edilə bilər, bu zaman 
həmin nomenə fərqləndirici, distributiv səciyyəli rəqəm əlavə 
edilir və ya əgər müəyyən modelin nömrəsini bildirən həmin rə-
qəm yeni modelə müvafiq olaraq dəyişdirilir. Məsələn, "Nairi” -
elektron hesablama maşını və ya VK-I, SM, KEDR hesablama 
maşınları dedikdə, onların ilkin modelləri nəzərdə tutulur. Lakin 
elektron hesablama texnikası inkişaf etdikcə "Nairi-2", "Nairi-
3", Nairi-S", "Nairi-K", "Nairi-M" tipli EHM-lər və VK-2, VK-
3, KSM-1, KSM-2, KEV-1e, KEV-2e, KEAR-1e, KEAR-I, KE-
AR-2e və s. hesablama maşınları yaradılmış, onların adları da 
inkişaf etdikcə münasib şəkildə dəyişilmişdir.Belə abreviaturala-


304 
rın daxili mənası yalnız müvafiq mütəxəssislərə məlum olur və 
ixtisas leksikasında sirr kimi gizli qalır. Daxili mənanın geniş 
ünsiyyət zamanı motivləşməməsi bu cür vahidləri emosionallıq 
və ekspressivlik xüsusiyyətindən məhrum edir, "quru" saxlayır, 
onların sırf termin funksiyası daşımasında mühüm rol oynayır. 
Belə ki, belə terminlərin daxili məzmunu yalnız bu və ya digər 
elm sahəsində anlayışların qruplaşdırılması ilə, elmin özünün in-
kişafı ilə əlaqədar dəyişir. Digər tərəfdən ixtisar terminlərin da-
xili formasının həmin xüsusiyyəti /"quru"/, ümumiyyətlə, elmi 
dildə ingilis, rus dili və ya başqa əcnəbi dil vahidlərinin orijinal-
da olduğu kimi, hətta transkripsiya etmədən saxlanılmasını real-
laşdırır. Məsələn, "ENİAK rəqəm elektron hesablama maşını", 
"BESM -2D", "BESM -2", "BESM-6". Bu terminlər bu şəkildə 
də sahə terminologiyalarında üslubi bir norma kimi ümumməq-
bul hal almışdır və texniki elmlərdə də eyni şəkildə işlədilir. 
Düzdür, bəzən BESM / большая электронносчетная машина/, 
MESM /малая электронносчетная машина/ abrevaiaturaları 
"Böyük elektron hesablama maşını" və "Kiçik elektron hesabla-
ma maşını" terminləri ilə dublet təşkil edir, onların hər biri ayrı-
ayrılıqda terminologiyada geniş şəkildə işlənir. Bəzən də abre-
viatura şəklində nomenlə söz birləşməsi formasında olan termin 
eyni vaxtda işlədilir və müvəffəqiyyətlə bir-birini tamamlayaraq, 
kompleks nominasiya əmələ gətirir. "Məsələn, 1501 fotooxuma 
mexanizmi" SAR avtomatik hesablama maşını, VK-I kiçik he-
sablama maşını, VK-3 avtomatik hesablama maşını və s. 
Müasir Azərbaycan dilində müxtəlif terminoloji sahələrdə 
işlənən abreviaturaları iki qrupa ayırmaq olar:
1. Mənası ümumxalq dili səviyyəsində başa düşülən abre-
viaturalar. Belə abreviaturalar daha çox ictimai-siyasi və hərbi 
terminologiyada işlənir. Məsələn, DMK-Dövlət Müdafiə Komi-
təsi; ABK-Ali baş komandan, DQ-Daxili Qoşunlar, ATS – Av-
tomat Telefon Strukturu.
2. Mənası ancaq mütəxəssislərə aid olan abreviaturalar. Be-
lə ixtisarlar elm və texnikanın ayrı-ayrı sahələrində işlənir. Mə-
sələn, TOBSOL, ALQCM, EVEDS, SNOBOL və s. 


305 
Ümumiyyətlə, terminologiyada işlənən ixtisarları aşağıdakı 
qruplara bölmək olar: I. Hərfi ixtisarlar. Hərfi ixtisarlar deyildik-
də, terminlərin baş hərflərindən düzəldilən ixtisarlar nəzərdə tu-
tulur. Hərfi ixtisarlar işlənmə dairəsinə görə diqqəti cəlb edir. Bu 
da ondan irəli gəlir ki, çoxsözlü terminlər terminologiyada üs-
tünlük təşkil edir və belə mürəkkəb terminlər əvəzinə onların 
tərkibinə daxil olan sözlərin baş hərflərindən ibarət terminlər iş-
lədilir, məsələn, ən böyük ortaq bölən - ƏBOB; magistral rabitə 
kanalı - MRK; funksional blok qəbuledicilər - FBQ; takt. impuls-
ları generatoru - TİG; ardıcıl tanıma qurğusu - ATQ; avtomatik 
nəzarət sistemi - ANS; texniki diaqnostika sistemləri - TDS. 
Hərfi abrevaiaturalar kitablarda, metodiki vəsaitlərdə, həm-
çinin şifahi nitqdə çoxsözlü terminlərdən xilas olmaq məqsədilə 
işlədilir. Belə abrevaiaturalar elm və texnikanın müxtəlif sahələ-
rində çalışan mütəxəssislər tərəfindən asanlıqla başa düşülür. 
Deməli, praktik cəhətdən belə terminlərin qısaldılması zərurəti 
qarşıya çıxır. Hərfi ixtisarlar üçün xarakterik xüsusiyyət odur ki, 
mürəkkəb, yaxud söz birləşmələri şəklində terminlərin variantla-
rı kimi, yəni əsas terminlərin dubletləri kimi işlədilməsidir. 
2. Qarışıq ixtisarlar. Bu üsulla terminlər yaradılarkən mü-
rəkkəb terminlərin bir hissəsinin başlanğıc hecası, digər hissəsi-
nin isə baş hərfləri birləşdirilir. Məsələn, idarəetmə hesablama 
maşınları İdHM, mikro EHM, ƏİdB əsas idarəetmə bloku. 
Qarışıq ixtisarlarda mikro, mini, analitik sifətinin işlədilmə-
si tərzi Azərbaycan dilinin daxili qaydalarını pozsa da, elmi dilin 
özünəməxsus spesifik üsluba malik olduğu nəzərə alınmalıdır. 
Elektron hesablama maşınlarının texnologiyasının inkişafı im-
kan verir ki, onun tətbiq dairəsi genişlənsin. "Mikro hecası mik-
rokalkulyator termininin əvvəlki hecasıdır. Mikrokalkulyator el-
mi-texniki iqtisadi hesablama apara bilən kiçik həcmli elektron 
hesablama maşınlarına deyilir. Bu ixtisarlar yalnız mütəxəssislər 
tərəfindən başa düşülür. Terminologiyada hərf-rəqəm şəklində 
ixtisarlar də geniş şəkildə işlənir. Məsələn, DÜİST 14014, K 
155 İD, K 514 İD, MMT-9, KMT-4 və s. 


306 
Bu cür ixtisarlar Azərbaycan dilinin heç bir qrammatik qay-
dalarına uyğun gəlmir, lakin elmi dildə terminlərin əvəzediciləri 
kimi işlədilir. 
3. Heca-termin ixtisarları. Bu cür ixtisarlarda termin birləş-
mələrini təşkil edən terminlərdən birinin başlanğıc hissəsi alınıb 
bütöv terminlə birləşdirilir. Məsələn, mikrokalkulyator, mikro-
həndəsə, fotolövhə, fotoelektrik, fotoqəbuledici, bolometr və s. 
Ümumiyyətlə, ixtisarlar son dövrlərdə daha çox yaranır. Bu 
isə ən çox müasir hesablama texnikasının müxtəlif sistemlərinin 
adları, hesablama maşınlarından istifadə olunan xüsusi dillərin 
adları ilə bağlıdır. Son dövrlərdə proqramlaşdırma dillərinin hər 
birinin özünəməxsus xüsusi sözləri, lüğət fondu yaradılmışdır. 
Həmin sözlərin köməyi ilə proqramlaşdırma aparılır. Proqram-
laşdırma dilində deyilənlərə ad qoyulur, adlara müəyyən tələblər 
verilir. Məsələn, ASSEMBLER alqoritmik dilində hər bir ad bir 
hərfdən ibarətdir. 
Terminologiyada elə ixtisarlar da var ki, heç bir üsula uy-
ğun gəlmir. Məsələn, OS-10 /ES əməliyyat sistemi, MOS /EO 
kiçik əməliyyat, ALQAMS, SNOBOL, SİMULA kimi alqorit-
mik dil adları, DKOİ və SVSDS kod adları və s. 
Bütün bunlara baxmayaraq, terminologiyada abrevaiaturalar 
elmi dilə sistemli şəkildə təsir edir, ona riyazi dəqiqlik gətirir. 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin