307
IV F Ə S İ L
DİLLƏRİN QARŞILIQLI
ZƏNGİNLƏŞMƏSİNDƏ ALINMALAR
4.1. DİLLƏRİN QARŞILIQLI ZƏNGİNLƏŞMƏ
PROSESİ
Elm və texnika sürətlə inkişaf edir. Bununla əlaqədar olaraq
meydana gələn müxtəlif məfhumların və anlayışların ifadəsi
üçün hər bir dildə müvafiq sözlərin yaradılması zərurəti qarşıya
çıxır. Bu tələbat həm dilin daxili imkanları, həm də alınmalar
əsasında yaradılması ilə ödənilir. Dilə alınmaların daxil olması
dil əlaqələrinin inkişafı ilə sürətlənir. Dil əlaqələri dillərin bir-bi-
rindən dilin müəyyən ünsürlərini, vahidlərini alması ilə nəticələ-
nir. Bu prosesin nəticəsində söz və ya termin bir dildən başqa di-
lə keçir. Deməli, “alınma” termininin özü iki mənadadır. Birinci
halda bu termin başqa dilə keçib, daxil olduğu dili zənginləşdi-
rən linqvistik vahid mənasını bildirir. Geniş mənada “alınma”
dedikdə, bir dildən başqa dilə keçən bütün linqvistik vahidlər,
hər cür dil elementləri başa düşülür, “alınma söz” dedikdə isə
yalnız leksik vahidlərin mənimsənilməsi nəzərdə tutulur. Bu za-
man əgər alınma başqa sözlə desək, anlayış və ya yeni əşya cə-
miyyətin tələbi ilə yaranırsa, alınma prosesi yeni sözü mənimsə-
yən dil vasitəsilə həyata keçir. Belə ki, sözlərin alınması, həm
ictimai hadisə, həm də dil prosesidir. Bu prosesdə daha çox el-
mi, texniki tərəqqi ilə bağlı terminlər bir dildən başqa dilə daxil
olur. Çünki hər bir elm sahəsi mənanı dəqiq ifadə edən sistemə
malik olduqda daha tez və daha dəqiq qavranılır. Ona görə də
hər bir dilin formalaşması və inkişafı onun daşıyıcısı olan xalqın
inkişaf tarixindən, məskunlaşma yerindən, əlaqədə olduğu başqa
dillərin təsirindən asılıdır. Əlaqədə olan müxtəlif dillərin sayı
artdıqca dildə baş verən dəyişmələr, dilə olan təsirin formaları
da artır. Bir-biri ilə əlaqədə olan dilləri onların qohumluğuna
308
görə iki yerə ayırmaq olar: 1) eyni sistemli dillər arasında əla-
qələr; 2) müxtəlif sistemli dillər arasında əlaqələr; Qohum və
qohum olmayan millətlər arasında müxtəlif səciyyəli ticarət, mə-
dəniyyət, siyasət, sosial və s əlaqələr yaranır. Xüsusilə, xalqlar
arasında mədəni, ictimai, iqtisadi əlaqələr artdıqca dillərarası
əlaqələr və dillərin qarşılıqlı təsiri də güclənir. Tarixən bu təsirlə
bağlı dillərin birindən digərinə sözlərin keçməsi prosesi baş
vermiş, dil yeni ifadə vasitələri ilə zənginləşdirilmişdir. Dillərin
qarşılıqlı zənginləşməsi xalqların mədəniyyətlərinin qarşılıqlı
əlaqəsi qanunauyğunluqlarından doğur. Dillərin qarşılıqlı əla-
qəsi nəticəsində bir dilin başqa dildən söz alması əksər hallarda
zəruri ehtiyacdan yaranır. Yeni yaranan məfhum və anlayışları
ifadə etmək üçün dilin özünün müvafiq sözləri olmadıqda başqa
dilin leksik sistemindən söz və ifadələr alınır. Müasir dövrdə
terminlərin bir dildən başqa dilə keçməsi prosesində səciyyəvi
cəhət onların birbaşa ingilis dilindən qəbul edilməsidir. Elm və
texnikanın sürətli inkişafı yeni terminlərin yaranmasına səbəb
olur. Bu terminlərin müəyyən hissəsinin dillərdə qarşılıqları ya-
ranır. Lakin mənbə dildən olduğu kimi alınaraq işlənən beynəl-
xalq terminlər üstünlük təşkil edir. Bu proses bütün sahələrdə, o
cümlədən yeni informasiya texnologiyalarında, iqtisadiyyat, in-
cəsənət, diplomatiyada və başqa sahələrdə daha çox müşahidə
olunur. Terminalma və sözalmada anlayış sahənin hansı səviy-
yəsinə aidliyi, həmin səviyyənin ilk dəfə hansı dildə formalaş-
masından da asılıdır.Bir çox elmlərin terminologiyası yunan və
latın dillərindən, bəzilərinin əsasları isə ərəb dilindən alınmış
terminlər əsasında yaranmışdır. Sənət, peşə, təsərrüfat, hərb,
musiqi sahəsində hansı dilin vahidləri öncül olursa, bu sahələrdə
əsas terminlər o dillərdə yaranmış başqa dillərə keçmiş və bey-
nəlmiləlləşmişdir. Yəni reseptor dilin koqnitiv bazasında mü-
vafiq anlayışın olmaması sözalmanın əsas səbəbidir. Dillərə da-
ha çox əşya ifadə etdiyi anlayışla bir yerdə alınır. Məsələn, nout-
buk, laptop, audiobuk, peycer, taymer, şreder, plotter, skayner,
printer, tüner, toner və s. terminlər ingilis dilindən Azərbaycan
dilinə keçmişdir. Həmin terminlər nəzərdən keçirildikdə aydın
309
olur ki, onların ifadə etdikləri əşya və vasitələr bu əsrin texnolo-
giyasının inkişafı ilə bağlı yaranmışdır. Məlumdur ki, cəmiyyət
inkişaf etdikcə əldə edilən elmi-texniki nailiyyətlər, gündən-
günə artan güclü informasiya axını, xalqlar və millətlərarası
genişlənən beynəlxalq əlaqələr dil əlaqələrinin də qarşılıqlı inki-
şafını zəruriləşdirir.
Dilçilikdə bu məsələ ilə bağlı aparılmış araşdırmalar göstə-
rir ki, alınmalar daha çox dilin leksik sistemini əhatə edir. Ümu-
miyyətlə, alınma ilk olaraq sözün başqa bir dildən götürülüb iş-
lədilməsi ilə bağlı olaraq meydana çıxır. Bu, bütün dillərdə baş
vermiş və baş verməkdə olan hadisədir. Hesablamalara görə al-
man dilindəki alınmaların sayı on minlərlə ölçülürsə, ingilis di-
lində, bu ümumi lüğət tərkibinin 50%-dən çoxunu əhatə edir.
Belə hadisə qədim dillərə də yad deyildir. Məsələn, latın dilində
7000-dən çox yunan sözü vardır. Azərbaycan dilində də qlobal-
laşma dövründə getdikcə alınmaların sayı çoxalır. Bunun səbəbi
müxtəlif amillərlə bağlıdır.
Tədqiqatçıların əksəriyyəti alınmanın yaranmasının əsas
səbəbini əşya və anlayışların adlandırılması zərurəti ilə bağla-
yırlar. Bununla yanaşı, dildə sosial, psixi, estetik və s. xarakterli
hadisələr nəticəsində də sözalma baş verir. Yeni dil formalarına
ehtiyac, anlayışların parçalanması tələbi, ifadə vasitələrinin rən-
garəngliyi, tamlığı, qısalığı, əlverişliliyi və s. də alınmaların dilə
gəlməsinə yol açır.Sözün alınmasının başlıca səbəbi həmin sö-
zün adlandırdığı əşyanın, predmetin, prosesin, hadisənin, anlayı-
şın alan dildə ifadə olunması üçün müvafiq sözün yoxluğudur.
Müvafiq sözün yoxluğu anlayışı bildirmək üçün ya dilin öz im-
kanlarından, onun söz yaradıcılığı vasitələrindən istifadə etmək-
lə yeni sözün yaradılmasını, ya da başqa dildən sözalmanı zəru-
riləşdirir. Şübhəsiz ki, hər bir yeni anlayışı ifadə edə bilən və
mənşəcə dilin özünə aid olan sözü dərhal tapmaq, onun işlədil-
məsini təsbit etmək mümkün deyildir. Belə bir proses ayrı-ayrı
dillərə deyil, bütün dillərə xasdır. Yəni hər bir dil başqa bir dil-
dən söz alır. Bununla belə, ayrı-ayrı dillərdəki leksik alınmaları
mənşəcə təsnif etdikdə müəyyən qanunauyğunluqlar aşkara çı-
310
xır. Belə ki, Azərbaycan dilində, ərəb-fars və rus dillərindən
alınmalar çoxluq təşkil edir. Avropa dillərinə aid alınma sözlər
XX əsrin 20-90-cı illərinə kimi Azərbaycan dilinə rus dili vasitə-
silə keçmişdir. Göründüyü kimi, dillərin qarşılıqlı əlaqəsi müx-
təlif dil daşıyıcılarının iqtisadi, siyasi, ictimai, mədəni əlaqələri
fövqündə gerçəkləşir.
İnsan cəmiyyəti inkişaf etdikcə, hər bir dildə alınma sözlə-
rin həm miqdarı artmış, həm də mənşəyə görə alınma arealı ge-
nişlənmişdir. Dil əlaqələri prosesində dil sisteminin müxtəlif sə-
viyyələrində qarşılıqlı təsir baş verir. Qohum və onlarla bir əra-
zidə yayılmış qohum olmayan dillərin qarşılıqlı təsiri əlaqədə
olan dillərin hər birinin müxtəlif struktur səviyyələrində özünü
göstərir. Dilin təsirə ən tez və ən çox məruz qalan sahəsi onun
lüğət tərkibidir. Alınma ilk olaraq dilin leksik təbəqəsində qeydə
alınır. Ona görə də bəzən alınma deyərkən məhz başqa dildən
keçən söz ,termin nəzərə alınır. Dilçilikdə ümumiyyətlə alınma,
o cümlədən də leksik alınmalarla bağlı problemlər müxtəlif as-
pektlərdən tədqiq edilmişdir.
1
Buna baxmayaraq, müasir dövrdə
dilə daxil olan alınma sözlər problemi bir çox dillər üçün yeni-
dən aktuallıq kəsb etməyə başlamışdır. Belə bir vəziyyəti doğu-
ran səbəbləri aydınlaşdırmağa, yeni leksik alınmalarla bağlı həlli
zəruri olan məsələlərin əsas dairəsini müəyyənləşdirməyə dair
indi müxtəlif tədqiqatların aparılmasını zəruriləşdirir. Alınma
dilxarici və dildaxili səbəblər nəticəsində meydana çıxır. Bu da
onu göstərir ki, dilin müəyyən ünsürləri, o cümlədən sözləri al-
masına təkan verən səbəblər mövcuddur. Alınma sözə müraciət
etmək intralinqvistik və ekstralinqvistik səbəblər kompleksindən
bəhrələnir. Ekstralinqvistik səbəblər sırasında siyasi, iqtisadi, so-
sial, mədəni sahələrdə əlaqələr üçün həyata keçirilən və ya həya-
ta keçən dil əlaqələri durur.
1
Розенцвейг В. Языковые контакты. Москва, 1984; Шухардт Г. Избран-
ные статьи по языкознанию. -Москва, 1950; Еремина К.Н. К проблеме
языковых контактов. Европеизмы в современном персидском языке. М.:
Наука. 1980
.
311
Terminlər dili həm zənginləşdirir, həm də inkişaf etdirir,
onlar elm və texnikanın mürəkkəb fikirlərinin ifadəsi üçün əsas
vasitələrdən biridir. Ona görə də dilin lüğət tərkibinə daxil olan
terminlər kimi prefikslər də terminlərlə birlikdə dilin ehtiyacı
nəticəsində alındıqda tez mənimsənilir və dilin daxili qanunları-
na daha tez tabe olur. Çünki bir dildən başqa bir şəkilçinin keç-
məsi ilə bir sözün keçməsi eyni məqsədi daşımır. Şəkilçi başqa
zərurətdən, söz isə digər ehtiyacdan dilə keçir. Əgər əcnəbi ter-
min alınmazdan qabaq milli dildə ekvivalent vardırsa, başqa
sözlə, söz, yaxud termin ehtiyac olmadan alınırsa, onda, bir qay-
da olaraq, adiləşmə dövründə belə, alınma yad olaraq qalır, küt-
lələrin canlı danışığına daxil ola bilmir. “Belə faktlar çoxaldıqca
dil daşıyıcılarında “dil ekstremizmi” hissləri güclənir, çünki ha-
mının gözü görə-görə alınmalar milli sözləri sıxışdırır. Digər tə-
rəfdən, alınmaya qarşı ana dilinin özünün strukturu və daxili qa-
nunları müqavimət göstərə bilir. Belə olduqda, dilə güc gəlmək,
alınma hesabına zorla ona yamaq vurmaq yaramaz, çünki bu za-
man həm milli dilin özü, həm də həmin dilin daşıyıcıları olan
geniş xalq kütlələri müqavimət göstərəcəkdir
1
”.
Terminin alınması dildaxili ekstralinqvistik amillə izah edi-
lə bilər. Hər bir yeni anlayışı ifadə etmək üçün dilin daxili im-
kan və vasitələri nəzərə alınır. Bəzən bu vasitələrlə anlayışı ifadə
etmək mümkün olmur. Bu halda anlayışla birgə onu ifadə edən
ad da alınır. Lüğət tərkibi dilin digər yaruslarına nisbətən daha
tez təsirə məruz qaldığından yeni sözyaratma meyili və sözalma
prosesi müntəzəm surətdə baş verir. Buna görə də müasir dövrdə
dünyanın başqa dilləri ilə təmasda olan hər bir dilə başqa dillər-
dən söz keçir. Deməli, dildə bu vasitələri adlandırmaq üçün ha-
zır sözlər olmadığından predmeti ifadə edən adlar ingilis dilin-
dən birbaşa alınmışdır. Onu da qeyd edək ki, ictimai, sosial, iqti-
sadi əlaqələr zəminində bir sıra yeni anlayışlar reseptor dildə də
meydana çıxır. Özünün tarixi inkişafı prosesində bəşər dilləri
1
Десницкая А. В. К вопросу о взаимодействии языков. Доклады и сооб-
щения Инс-та Языкознания АН СССР. М. 1956. № 9. стр. 8-9.
312
bir-biri ilə müəyyən dil əlaqələrində olmuş və olmaqda davam
edir. Dil əlaqələri dedikdə, iki və daha çox dilin strukturuna və
lüğət tərkibinə bəşər dillərinin göstərdiyi hər hansı təsiri nəzərdə
tutulur. Dillər arasında əlaqələrin artması, elmi – texniki tərəqqi
bir dilin sözlərinin digər dil tərəfindən alınması zərurətini yara-
dır. Əgər söz tələbat nəticəsində keçərsə, başqa sözlə desək, söz
dilə anlayışla və ya aid olduğu əşyanın özü ilə keçərsə, onda hə-
min söz dili zənginləşdirir. Bu tipli alınmalar bəzi dilçilər tərə-
findən “ehtiyacdan doğan” alınmalar kimi qiymətləndirilir. Buna
misal olaraq dilimizdə son dövrlərdə daha çox işlədilən informa-
tika ilə bağlı terminlərdir. İnformatika terminologiyasında işlə-
nən kompüter, internet, eləcə də sayt, fayl bir çox dünya dillərin-
də olduğu kimi işlənir. Bu baxımdan alınma daha çox dünya
miqyasında inkişaf etmiş aparıcı və rəsmi dillərdən alınır. Bu
vaxt həmin anlayışları ifadə edən terminlər alındığı dilin prefiks-
ləri ilə dilə daxil olur. Ona görə də dilin lüğət tərkibinə daxil
olan sözlər kimi prefikslər də dilin ehtiyacı nəticəsində alındıqda
tez mənimsənilir və dilin daxili qanunlarına daha tez tabe olur.
Bu baxımdan müxtəlif dillərdən mənimsənilmiş prefikslər alın-
malar kimi dəyərləndirildikdə daha doğru olar.Terminologiyada
Dostları ilə paylaş: |