assimilyasiya
-bu alan dilin gəlmə ele-
mentlərə münasibətdə fonetik-qrafik, morfoloji-sintaktik və lek-
sik-semantik təsir; b)
inteqrasiya
-mənbə dilin fonetik-qrafik,
morfoloji-sintaktik və leksik-semantik xüsusiyyətlərini alan dilin
sisteminə uyğunlaşma.
Daxilolma yollarından asılı olaraq alınma söz prosesində
aşağıdakı mərhələlər özünü göstərir: 1)
daxilolma mərhələsi
- bu
vaxt həlledici amillər ekstralinqvistak və linqvistik amillər sayı-
lır; 2)
assimalyasiya mərhələsi
- bu zaman söhbət fonetik, qrafik
1
Десницкая А. В. К вопросу о взаимодействии языков. Доклады и сооб-
щения Инс-та Языкознания АН СССР. М. 1956. № 9. стр. 70 2- 77.
2
Вайнрайх У. Одноязычие и многоязычие. В кн.: Новое в лингвистике
(пер. с английского). Вып. 6. Языковые контакты. М. Прогресс. 1972.
стр. 27.
316
və qrammatik adaptasiyadan gedir; 3)
həlledici mərhələ
- bu
vaxt fonetik, qrafik və qrammatik cəhətdən mənimsənilmiş söz-
lər “alan” dilin leksik - semantik strukturuna tamamilə uyğunla-
şır. Alınma sözlərin tədqiqində aşağıdakı amilləri nəzərə alınma-
lıdır: a) sözlərin alınma yolları (şifahi və ya yazılı yolla alınma-
lar); b) alınma sözlər mənbə dildən birbaşa və yaxud dolayı yol-
la alınırlar; Alınmaların əsasında söz-anlayış və onları bildirən
əşya durur. Bu zaman aşağıdakı proseslər müşahidə olunur:
a) sözlə birlikdə anlayışın alınması; b) sözlə birlikdə anlayışın
alınmaması; c) alınmış sözlərin milliləşməsi; d) alınmış anlayı-
şın milliləşməməsi.
Tədqiqatlar göstərir ki, dillərin qarşılıqlı şəkildə bir-birinə
təsiri daha güclü elmi-texniki nailiyyətlərə malik olan, cəmiyyə-
tin inkişafının bütün sahələrində hegemon olan, yenilikləri ilə
seçilən xalqların dillərinin başqa dillərə təsiri nəticəsində dillərin
leksik tərkibinə alınmalar daxil olur. Dilin leksik, fonetik, mor-
foloji, sintaktik səviyyələrinin nizamlanmış və stabilləşmiş daxi-
li dil mexanizmləri ilə əlaqələndirilməklə bütövlükdə dil sistemi,
onun strukturu formalaşır. Ona görə də dilin leksik səviyyəsində
az və ya çox dərəcəli dəyişmələr mütləq şəkildə digər səviyyələ-
rinə də təsir edir. Leksik təbəqənin ən mütəhərrik hissəsi, onun
dəyişkənlik dinamikasında daha yüksək göstəricilər Azərbaycan
dilinin terminoloji sistemi ilə bağlıdır. Hazırda Azərbaycan dili-
nə daxil olan alınmaların mütləq əksəriyyəti ingilis dilindən alı-
nır. Qeyd etməliyik ki, Azərbaycan müstəqillik əldə etdikdən
sonra, qloballaşma dövründə Azərbaycan dilinə alınmalar bila-
vasitə deyil, yəni ingilis, fransız, alman dillərindən, ümumiyyət-
lə Avropa mənbəli terminlərin Azərbaycan dilinə keçməsi rus
dilinin vasitəsilə deyil, artıq ingilis dili vasitəsi ilə birbaşa daxil
olur. Bir sıra iqtisadi infrastrukturların birləşərək böyük qurum-
lar yaratması bunları adlandıran leksemlərin dilin lüğət tərkibinə
keçməsində mühüm rоl oynayır. Azərbaycanla iqtisadi-siyasi
əlaqələr genişləndikcə, qloballaşan dünyanın iqtisadi prosesləri
Azərbaycana sirayət etdikcə məfhumla bərabər terminlərin keç-
məsi və leksemlərin sayının artması təbii hesab edilməlidir.
317
Azərbaycan dilinə əvvəllər Avropa mənbəli terminlərin mütləq
əksəriyyətinin rus dili vasitəsilə alınması, qallorusizmlərin özlü-
yündə təkcə bu alınmaların dilin fonetik quruluşu və qrafik qay-
dalarına uyğunlaşmanı əks etdirmir. Belə terminlər əksər hallar-
da mənbə dildəki terminlərin rus dilindəki adaptasiya mərhələsi-
nin fonetik, qrafik və bəzən də qrammatik quruluşunu əks etdi-
rir. Dilimizə hazırda birbaşa alınan Avropa mənbəli alınmalar
bədii üslubdan başlayaraq elmi üsluba qədər, rəsmi-kargüzarlıq
üslubundan tutmuş gündəlik-məişət danışığına qədər həyatın bü-
tün sferalarında işlədilən ədəbi dil üslublarında kifayət qədər
yüksək işlənmə tezliyi nümayiş etdirir. Məsələn,
birja, birja ses-
siyası, biznes, biznesmen, kompüter, kliyentel, arbitraj, akkordi-
on, akkreditiv, depozit, denominasiya, depozitor, determinant,
disk, disk serveri, eksployt, ekstranet, eksses, eqosentrizm, hiper-
link, hipermedia, kredit, kreditor, kratologiya, krossmen, dist-
ress, manjet, makrovirus, presedent, proklamasiya, protanopiya,
sensor, sensor, videodispley, kavitator, panel, servitut, vebinar,
valyuta, vikipediya, videokamera,
və s.
Tədqiqatdan aydın olur ki, hazırda qloballaşan dövrdə latın,
yunan mənşəli terminlər ingilis dili vasitəsi ilə bir çox dünya dil-
lərinə, eləcə də Azərbaycan dilinə daxil olur. Məsələn, endomet-
riya, ekzekvatura, ekspirasiya termini
latın mənşəlidir, yəni
mənbə dil latın dilidir, sonra ingilis dili tərəfindən mənimsənil-
miş və bu dil vasitəsilə bir sıra dillərə, o cümlədən Azərbaycan
dilinə keçmişdir. Alınma terminlərin ictimai-siyasi sahədə art-
ması təbii prosesdir. Müasir dövr siyasi, ictimai, iqtisadi, mədə-
ni, diplomatik və s. məsələlərə qlobal mövqedən yanaşma ilə se-
çilir. Ayrı-ayrı dövlətlərin diplomatik əlaqələri məhdud region
çərçivədə qapanıb qalmır, dünya miqyasına çıxır. Məhz bu sə-
bəbdən beynəlxalq münasibətlər sistemində istifadə olunan ortaq
terminlər sistemi yaranmışdır. Hazırda dünyada ingilis dili əsas
beynəlxalq dildir. Bu dilin geniş yayılması, beynəlxalq sistemdə
aparıcı olması, ictimai-siyasi, iqtisadi, diplomatik terminlərin
son dövrlərdə bu dildə yaranıb başqa dillərə keçməsinə səbəb ol-
muşdur. Məsələn, sammit, lobbi, servitut, spiker, sekulyarizm,
moderator, ombudsman və s.
318
İctimai-siyasi terminlərin işlənmə tezliyi sürətlənmişdir.
Məsələn, Azərbaycan dilində işləklik qazanmış “parlament” ter-
mini müasir inzibati-hüquqi, habelə beynəlxalq hüquq termino-
logiyasında yüksək işlənmə tezliyi ilə seçilən vahidlərindən sa-
yılır. Bu termin fransız dilindəki
parler
“danışmaq” feilindən
yaranmış, sonralar hüquq termini kimi Böyük Britaniya, Fransa,
İtaliya, Kanada, Belçika və bir çox digər ölkələrin dövlət qurulu-
şunda “ali qanunverici orqanın” adı kimi geniş şəkildə işlənmə-
yə başlanmışdır. Eləcə də “
kritika”
sözü fransız dilində “tənqid”
mənasını ifadə edən
critique
sözündən meydana gəlmişdir. Fran-
sız dilinə isə həmin termin “
mühakimə tərzi, növü
” mənasında
yunan dilindən keçmişdir.
Kritika
və
kritik
(“tənqidçi” anlamın-
da) terminlərini müasir dilimizdə işləklik qazana bilməyən alın-
ma söz kimi səciyyələndirmək olar. Lakin qeyd olunan mənada
kritik sözü dilimizə daxil olmasa da, müasir Azərbaycan dilində
kritik hədd, kritik məqam, kritik durum
kimi söz birləşmələrində
uğurlu kollakasiya tandemi yaratmaqla iqtisadi terminologiyada
“kritik” termininin işləkliyi yaranmışdır. Bununla yanaşı “Son”,
“ən nəhayət”, “sonuncu” anlamlarını əks etdirən həmin söz Azər-
baycan dilinin ədəbi, media, siyasi diskurslarında yüksək işlənmə
tezliyi nümayiş etdirir. Azərbaycan dilində fəal şəkildə işlənən
alınma terminləri aşağıdakı tematik qruplara ayırmaq olar:
Dostları ilə paylaş: |