Sayali sadiqova


Kulinariya ilə bağlı alınma terminlər



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə168/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   164   165   166   167   168   169   170   171   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

Kulinariya ilə bağlı alınma terminlər
: menyu, blender, fiş-
burger, sendviç, fastfud (ayaqüstü yemək), roll (lavaşa bükülən 
yeməklər) və s. 
Jurnalistika ilə bağlı alınma terminlər
:
media, masmediya 
mediateka, mediamorfoz, mediafayl, spam (məlumatların kütləvi 
və anonim göndərilməsi), spamer, taq, teleteks, tiker, komment, 
interaktiv, fotoşop, blutuz və s.
Bu terminlərin işləklik qazanmasında Azərbaycanın müstə-
qillik əldə etməsi və birbaşa beynəlxalq, iqtisadi münasibətlərin 
qurulması, ikitərəfli uğurlu layihələrin həyata keçirilməsi, habe-
lə xaricdə təhsil proqramlarının artan dinamika nümayiş etdir-
məsi, baloniya təhsil sisteminin inkişafı, bunlarla bağlı terminlə-
rin ilkin mənbədən mənimsənilməsi faktı həlledici rol oynamış-
dır.
 
Yaşadığımız dövrün kütləvi informasiya vasitələri əsri ol-
masını nəzərə alsaq, ingilis dilinin internet fəzasında yüksək po-
pulyarlığa malik olması da birbaşa alınmalara şərait yaratmışdır.
Ə. Qurbanovanın da qeyd etdiyi kimi, “Hal-hazırda, internetdə 
ən çox istifadə olunan ilk 10 dilin reytinq göstəricisinə görə in-
gilis dili 28,6%, çin dili 23,2%, ispan dili 7,9%, ərəb dili 4,8%, 
portuqal dili 4,3%, yapon dili 3,9%, rus dili 3,1%, alman dili 
2,9%, 
fransız dili 2,8%,
malay dili 2,7%, təşkil edir. İnternetdə 
istifadə olunan digər dillərin payına isə 15,7% düşür (kursiv bi-


320 
zimdir. – M.O.)” (2,78). Belə terminlərin bir qismi orijinal for-
mada olduğu kimi verilir. Məsələn, market- market, link-link, 
gender-gender, faks-faks, şpam-şpam, şpamer-şpamer, smart-
smart, scaner-skaner, kanyoninq-kanyoninq və s. 
Lakin o da danılmaz faktdır ki, həmin leksik interferensiya
Azərbaycan dilinin struktur quruluşuna təsir etməmişdir. Onu da 
qeyd edək ki, istənilən alınma termin reseptor dilin fonomorfo-
loji özəlliklərinə, morfoloji spesifikasına, orfoqrafiya-orfoepiya 
qaydalarına uyğunlaşır və yalnız adaptasiya proseslərindən sonra 
dilin terminoloji sistemində möhkəmlənir. Eyni fikri Avropa 
mənbəli terminlərin dilimizdə mənimsəmə mərhələləri ilə bağlı 
söyləmək olar. Şərti olaraq, həmin mərhələləri fonetik-qrafik, 
semantik olaraq fərqləndirmək olar. Yalnız son mərhələdə tam 
adaptasiya getdiyini və terminin dilin müxtəlif üslublarında ra-
hatlıqla işlənə bildiyini, törəmə mənalar yaratmağa qadir oldu-
ğunu söyləmək olar. Belə ki, birinci mərhələdə mənimsənilən 
leksik vahidlər əsas etibarilə qrafik cəhətdən dilə uyğunlaşır. 
Məsələn, ingilis dilindən Azərbaycan dilinə blogger-bloger, 
bobsleigh-bobsley, bodybuildinq-bodibildinq, spaider-spayder, 
prerequisite-prerekvizit, planchette-planşet, notebook-notbuk, 
concept-konsept, clearing-klirinq, clearing-klirinq, sandwich-
sendviç, roaming-rouminq, fourchette-furşet formasında dilə da-
xil olmuşdur. Müasir Azərbaycan dilinin terminoloji sistemində 
alınma 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin