341
mişdir. Tədqiqatlardan aydın olur ki, ərəb mənşəli iqtisadi, siya-
si, dini, fəlsəfi terminlər bu gün də Azərbaycan dili terminologi-
yasında üstünlük təşkil edir. Xüsusilə, dini terminologiya bu di-
lin terminoloji vahidləri ilə zəngindir. İslam dini dünyanın icti-
mai-siyasi həyatında mühüm rol oynayır. İslam
dini və onun
qayda-qanunları Azərbaycanın ideya mövqeyinə, xalqın mənəvi
həyat səviyyəsinə öz təsirini göstərir. Bununla əlaqədar Azər-
baycan dilində islam dini, onun təriqət və cərəyanları, dini ayin-
ləri, siyasi və sosial rolu ilə bağlı çoxlu miqdarda termin işlənir.
Məsələn,
namaz, hədis, fitrə, rükət, kafir, şəriət, məscid, azan,
şeyx, qazi, xüms, üləma, aşura, surə, mömün, fiqh, imam, qiblə,
canamaz
və s.
İqtisadi terminologiyada da bir qrup ərəb mənşəli terminlər
var ki, hazırda daha işlək formaya keçmişdir: Məsələn,
“əmtəə”
iqtisadi termin kimi maddi nemət istehsalçılarının bazara çıxarıl-
maq üçün istehsal etdikləri malı bildirir. Bu termin Azərbaycan
dilinin iqtisadi terminologiyasında bir çox – bazar əmtəəsi, fond
əmtəəsi, aksiz əmtəə, ekvivalent əmtəə, pul əmtəəsi və s. termin-
söz birləşmələrinin komponenti kimi işlənir;
“Mülk
” həm iqtisa-
di, həm də hüquq termini kimi işlənir. İqtisadi termin olaraq tiki-
lini, hüquqda isə şəxsə aid daşınmaz əmlakın müəyyən növünü
bildirir. Ərəb dilində “mülk” sözünün cəmi “əmlak” terminidir.
Son dövrlərdə bu termin də daha çox işləklik qazanmışdır.
Əlaqələr nəticəsində ərəb və fars dillərində Azərbaycan di-
linə
təkcə sözlər deyil, sözlərlə birlikdə şəkilçilər də keçmişdir.
A.Axundov bu barədə yazır ki, mənsub olduğu dildə quruluşca
sadə olan sözlərin başqa dilə keçməsi nə qədər təbii hadisədirsə,
bir dilin başqa bir dildən sistem halında düzəltmə sözlər alması
bir o qədər normal olmayan hadisədir. Belə ki, həmin sözlər da-
xil olduğu dilin lüğət tərkibindən öz yadlığını daim hiss etdirir
və həmin dilin milli səviyyəsinə xələl gətirir. Söz yaradıcılıq sis-
teminin elementar
vahidlərini şəkilçilər, derivasiya formantları
təşkil edir. Bu mənada Azərbaycan dilinə sözlərlə bərabər daxil
342
olmuş ərəb və fars şəkilçilərini S.Cəfərov sözdüzəldici şəkilçi
hesab edir. M.Hüseynzadə alınma şəkilçilərin sözdüzəldiciliyini
qəbul edir və müasir Azərbaycan dilində işlənən düzəltmə isim-
lər içərisində fars və ərəb dilləri şəkilçiləri ilə fars, ərəb isim və
məsdərlərindən düzələn isimləri ayırır.
N.Xudiyev isə yazır: “Alınma sözlərin müəyyən bir qis-
mi… leksik-semantik və qrammatik-semantik
cəhətdən tam di-
ferensiallaşdığından hətta bir neçə sözdə özünü göstərən eyni şə-
kilçi dilimizdə ümumilikdə sözdüzəldici forma kimi çıxış edə
bilmir”
1
Onu da qeyd edək ki, ərəb və fars alınmalarının kökü
Azərbaycan dilində müstəqil işlənə bilir, yeni dil əhatəsində mü-
vafiq sözdüzəldici və sözdəyişdirici şəkilçilər qəbul edir. Etimon
dildə onlardan bəziləri müstəqil leksik mənaya malik olsalar da
Azərbaycan dilində belə formantlar yalnız şəkilçi funksiyasını
daşıyır və hətta milli sözlərimizə qoşulub yeni terminlər, nomi-
nativ vahidlər yaradırlar. Müasir
Azərbaycan dilində eləcə də
terminologiyada sözyaradıcılıq prosesində ən çox
Dostları ilə paylaş: