347
lə, bu əsrin sovet mərhələsində yeni ictimai formasiyanın forma-
laşması ilə bağlı olaraq iqtisadiyyat və mədəniyyətin yeni məc-
rada inkişafı, xalq təsərrüfatının yeni sahələrinin yaranması,
marksizm klassiklərinin əsərlərinin, eləcə də partiya və dövlət
sənədlərinin tərcüməsi ilə əlaqədar Azərbaycan dilində çoxlu ye-
ni terminlər meydana gəlmişdir. Çünki sovet quruluşunu əks et-
dirən bütün anlayışlar əvvəl rus dilində öz nominasiyasını əldə
etmiş, sonra bu termin (SSRİ xalqlarının dillərinə, o cümlədən
Azərbaycan dilinə) müxtəlif dillərdə işlənmişdir. Sosial amillə-
rin inkişafı, informasiya vasitələrinin güclənməsi, elmi-texniki
tərəqqi rus dilindən yeni anlayışları ifadə edən terminlərin alın-
masını daha da gücləndirmişdir. Bu terminlərin çoxu Azərbay-
can dilinin sahə terminologiyalarında işləkliyi ilə diqqəti cəlb
edir. Bunlar göstərir ki, rus mənşəli alınmalar dilimizin tələbatı-
na uyğun olaraq işlənmişdir. Tələbat nəticəsində bu dövrdə
Azərbaycan dilinə rus dilindən ictimai-siyasi və elmi-texniki ter-
minologiya ilə bağlı çoxlu miqdarda terminlər keçmişdir. Belə
ki, kənd təsərrüfatı, hərb, hüquq və ictimai-siyasi həyatla bağlı
anlayışlar rus dilindən alınan terminlərlə ifadə olunmuşdur. Yeni
terminlər yeni sosial həyatı əks etdirirdi. Bu terminlər milli dil
çərçivəsindən çıxaraq, dildə işləklik qazandıqları üçün (əksəriy-
yəti rus mənşəli olmasalar da) sovetizm kimi başqa xalqların ta-
rixi yaddaşına həkk olunmuşdur. Z.İ.Barannikov yazırdı ki, dil-
çilik elminə hətta yeni bir termin – sovetizmlər termini, yəni so-
vet hakimiyyəti dövründə rus dilində alınma vahid mənası daşı-
yan termin daxil olmuşdur. Onu da qeyd edək ki, sovetizmlər ru-
sizmdən fərqli olaraq sovet quruluşunun varlığını əks etdirən
terminlərdir. Rusizmlər isə tarixən formalaşmış rus məişətini və
tarixi dünyagörüşünü ifadə edən leksik vahidlərdir. Azərbaycan
dilinə bu dövrdə yüzlərlə-
Dostları ilə paylaş: