kom-
somol, kollektivləşmə, pioner, manqa
və s. dildə işləkliyini itirdi.
Mənimsənilmə dərəcəsinə görə də, ərəb və fars alınmaları
rus və Avropa alınmaları ilə eyni səviyyədə deyil. Belə ki, ərəb
və fars dilindən alınan söz və terminlər işlənmə imkanlarına və
funksiyasına görə milli sözlərimizlə demək olar ki, eyni səviyyə-
333
dədir. Onlar uzun zaman müddətində fonetik dəyişikliyə uğra-
mış, ahəng qanununun tələbləri əsasında dəyişərək tələffüz tərzi-
nə görə azərbaycanlaşmış, hətta, bəzən təkcə fonetik deyil, lek-
sik-semantik dəyişikliyə də məruz qalaraq, əvvəlki mənaların-
dan da uzaqlaşmışlar. Məsələn, ərəb mənşəli “fəza” astronomiya
terminidir. Hal-hazırda isə bu söz dilimizdə həm də mücərrədlik
qazanaraq məcazi mənada – “yüksəklik”, “əngillik” mənasında
da işlənir. Bu kimi çoxsaylı ərəb və fars sözləri Azərbaycan dili-
nin daxili qayda-qanunlarına uyğunlaşdırılsa da, apostrof olan
terminlər, hələ də əcnəbi sözlər kimi diqqəti cəlb edirdi. Spesifik
ərəb səslərinin yazıdakı işarəsi olan apostrof həmin sözlərin baş-
qa dildə assimilyasiyasının qarşısını alır, onların öz dil xüsusiy-
yətlərinin mühafizəsini təmin edirdi. N.Məmmədli yazır:
“Apostrof bir sıra alınma ərəb və fars mənşəli sözlərin morfono-
loji tərkibini qoruyub saxlamaqda, indi də Azərbaycan dili or-
foqrafiya qaydalarına dolaşıqlıq gətirməkdədir.” Doğrudan da,
türk xalqlarının əlifbasına diqqət etdikdə aydın olur ki, türkmən-
lər, tatarlar, başqırdlar, qazaxlar, yakutlar, özbəklər apastrofu öz
əlifbalarından çoxdan çıxardıblar. Akad. A.Axundov yazır: “O
ki, qaldı “latın əlifbasına keçməklə bizim dünyada daha geniş
oxunmağımıza” onda apostrofun bizə xeyri yox, zərəri ola bilər.
Dünyada heç bir latın qrafikalı əlifbada belə bir qrafik işarə ol-
madığından bizi oxuyanları biz öz apostrofumuzla yalnız təəc-
cübləndirə bilərik”. Bununla da, apostrofun dilimizdən çıxarıl-
ması həmin sözlərin dildə fonetik cəhətdən mənimsənilməsini
şərtləndirdi. Alınma terminlər dil sisteminin müxtəlif səviyyələ-
rində fonetik, qrafik, orfoqrafik, qrammatik, semantik cəhətdən
dilimizin normalarına uyğunlaşdırılmalıdır.
Dilçilikdə alınma terminlərin mənimsənilməsi prosesi müx-
təlif şəkildə izah olunmuşdur. Belə ki, bəzi dilçilər bu prosesi
alınmaların Azərbaycan dili sistemində dəyişikliyə uğraması,
bəziləri isə onların dilimizin leksik-qrammatik xüsusiyyətlərinə
uyğunlaşması ilə əlaqələndirirlər. N.Məmmədli yazır ki, alınma
terminlərin mənimsənilmə dərəcəsi onların milli sözlərimizlə fo-
netik, qrafik, morfoloji, semantik və s. cəhətdən tutuşdurulması
334
yolu ilə müəyyənləşdirilir. Burada milli sözlər alınma terminlə-
rin mənimsənilməsi meyarı üçün bir növ etalon rolu oynayır»
Göründüyü kimi təkcə alınmaların mənimsənilmə prosesi deyil,
həmçinin dil sisteminə təsir dərəcəsi də nəzərə alınmışdır. Çün-
ki, bir dildən başqa bir dilə təkcə terminlər deyil, şəkilçilər də
keçir. Onlar reseptor dildə bir şərtlə möhkəmlənir ki, dilin termi-
noloji sistemində işləklik qazansın. Xüsusilə, alınma terminlərdə
başqa dil sisteminin elementləri (“mono”, “poli”, “hiper”, “anti”,
“makro”, “meta”, “bio”, “meqa”, “kilo” və s.) və onların termi-
nologiyanın inkişaf tendensiyasındakı rolu nəzərə alınmalıdır.
Y.Krısin də mənimsənilmənin aşağıdakı şərtlərini qeyd
edir: 1. əcnəbi sözün fonetik mənimsənilməsi; 2. əcnəbi sözün
qrammatik mənimsənilməsi; 3. əcnəbi sözün semantik mənimsə-
nilməsi; 4. alınma sözü alan dilin fonetik və qrammatik üsulları
ilə verilməsi; 5. sözləri alan dilin qrammatik sinif və kateqoriya-
ları ilə əlaqələndirilməsi; 6. sözün sözdüzəldicilik aktivliyi;
7. nitqdə müntəzəm işlənməsi (Ədəbi dilin müxtəlif funksional
üslublarında, yaxud sahə terminologiyasında);
Müəllifin fikrincə, alınma sözün mənimsənilməsində onun
dildə işləkliyinin də rolu əsasdır. Bunu nəzərə alaraq iki şərt irəli
sürür: 1) Sözün alınan dildə dubletinin olmaması ilə semantik
müstəqilliyi; 2) Ədəbi dil sözünün ən azı iki nitq janrında və ter-
minin müvafiq terminoloji sistemində mütəmadi işlədilməsi.
Belə ki, müşahidələr göstərir ki, dildə eyni mənalı milli söz
alınma sözü müəyyən zamandan sonra sıradan çıxarır, lakin bu
prosesdə iki alınma terminin də rəqabəti ola bilər. Zaman keç-
dikcə bəzən dilin arxaik qatındakı ifadələr aktivləşir və alınma
terminləri milli dil vahidləri əvəz edir. Dilçilikdə bu hadisə utili-
tarizm adlandırılır və dilin bütün semantik sahələrini, o cümlə-
dən terminoloji sahəni əhatə edir. Bu zaman daha çox işlənən
termin işləklik qazanır (terminoloji sistemdə).Beləliklə, aydın
olur ki, dilin lüğət tərkibində sabitləşən və müasir dövrdə də iş-
lədilən alınma terminlər ya reseptor dilin daxili qanunlarına uy-
ğunlaşmaq məcburiyyətində qalaraq müəyyən fonetik-qramma-
tik dəyişiklik edilərək mənimsənilmiş, ya da mənbə dildə olduğu
335
kimi dəyişdirilmədən alınıb işlədilmişdir. Onu da qeyd edək ki,
başqa dillərdən keçən terminlər daha çox keçdiyi dilin daxili in-
kişaf qanunlarına tabe olaraq işlədilir və bunun nəticəsində də
çox zaman həmin sözlərin alınma olduğunu müəyyənləşdirmək
çətin olur. Azərbaycan dilinin lüğət tərkibindəki alınmalarda
müşahidə olunan bu proses bütün dünya dillərində müşahidə
oluna bilən dilçilik hadisəsidir. Çünki hər bir dilin özünəməxsus
fonetik sistemi və qrammatik quruluşu vardır. Ona görə də bir
dil başqa dildən söz və terminlər alarkən onları özünün fonetik
və qrammatik qayda-qanunlarına tabe edir. Əlbəttə, bu qarşılıqlı
münasibətdə olan dillərdən hansının alınma prosesi zamanı do-
minant olmasından - daha mühafizəkar qrammatik quruluşa sa-
hib olmasından asılıdır. Bu prizmadan yanaşdıqda dilimizə daxil
olan terminlərin də əksər hallarda dilin daxili qanunlarına və tə-
ləffüz sisteminə uyğunlaşdırılaraq mənimsənilməsinin üstünlük
təşkil etdiyini, ancaq bəzən mövcud prosesin izlənilməsində, da-
ha doğrusu, prosesin terminoloji ifadəsində müxtəlifliyin də ol-
duğunu qeyd etməliyik.
Ümumiyyətlə, “alınma” anlayışı fonoloji, morfoloji, sintak-
tik, leksik və semantik elementlərin başqa bir dildən alınmasıdır.
İstər bu əlamətlərə, istərsə də Y.Krısinin təklif etdiyi meyarlara
əsaslanmaq alınmanın təyinində əsas götürülərək alınma termi-
nin başqa dildən götürülmüş termin definisiyasını qəbul etmək
lazım gəlir. Bu zaman söz dildə əvvəlcə alınma söz kimi mənim-
sənilir, sonradan isə onun terminə çevrilməsi prosesi baş verir.
Buna görə də terminologiyada iki cür alınma – bir alınma söz-
dən düzəlmiş terminlər, bir də elə hər hansı bir sahəyə məxsus
termin şəklində alınmış terminlər diqqəti cəlb edir. Bunları nəzə-
rə alaraq alınma terminləri iki qrupa ayırmaq olar:
1
) Alınma sözlərdən yaranan terminlər
. Alınma sözlərin
terminləşməsi daha çox ictimai-siyasi, iqtisadi, tibbi və anatomi-
ya, botanika, zoologiya, ədəbiyyat sahələrinin terminologiyasın-
da qeydə alınır;
2
) Hazır termin kimi alınanlar
. Bu terminlərin dilə keçməsi
yeni anlayışların və həmin anlayışları ifadə edən terminin yaran-
336
ması ehtiyacından irəli gəlir. Məsələn, atom, proton, diffuziya,
qrammatika, elektron, neytron. Belə terminlər fizika, riyaziyyat,
kimya, musiqi və b. sahələrdə hazır şəkildə alınıb işlədilir.
Deməli, alınma termin həm termin kimi başqa dildən alınır,
həm də başqa dildən vaxtilə alınmış alınma söz, dildə terminolo-
ji məna qazanıb terminoloji sistemə daxil ola bilir.Bütün bunlar
millətlərin, dillərin qarşılıqlı münasibətlərinin gücləndiyi, icti-
mai-siyasi hadisələrin dəyişdiyi indiki dövrdə alınmaların tədqi-
qi və araşdırılmasını, bu sahədə başqa dillərdən alınan vahidlərin
əsas qanunauyğunluqlarının müəyyənləşdirilməsini zəruriləşdi-
rir. Ona görə də, alınma terminlərin yaranma mənbələrinin spe-
sifik xüsusiyyətlərinin və onların dildə mənimsənilməsi prosesi-
nin araşdırılması aktual məsələlərdəndir.
Dostları ilə paylaş: |