Sayali sadiqova


-tik, -atik şəkilçili bir sıra terminlər də rus dilindən dilimizə  keçmişdir: plazmatik, sintaqmatik və s. -iya



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə182/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   178   179   180   181   182   183   184   185   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

-tik, -atik
şəkilçili bir sıra terminlər də rus dilindən dilimizə 
keçmişdir: plazmatik, sintaqmatik və s.
-iya
şəkilçisi ilə formalaşan terminlər ictimai həyatın, elmin 
müxtəlif sahələrinə aid anlayışları ifadə edir: 
psixiatriya, kardio-
rafiya, demokratiya, diplomatiya, pediatriya
 
və s.
-iv
şəkilçisi. Azərbaycan dilində rus dilindən alınmış və so-
nu
-iv 
şəkilçisi ilə bitən, sifət kimi işlənən sözlərdə rus dilinə 
məxsus -
ный
ixtisar olunmuşdur. Rus dilində isim düzəldən 
-iv
şəkilçisindən sonra işlənmiş sifət əmələ gətirən 
-ный
şəkilçisi 
Azərbaycan dilində morfoloji əhəmiyyətini itirərək ixtisar olu-
nur. N.Xudiyev yazır: “Çünki alınma zamanı sözalan dilin qanu-
nauyğunluqları əsas götürülür. Rus dilinə məxsus 
-iv
şəkilçili 


352 
isim forması Azərbaycan dilinin ümumi prinsiplərindən asılı 
olaraq, sifət kimi işlədilir və deməli, bir daha yeni sifətdüzəltmə 
formasına ehtiyac olmur”
1
. Bu şəkilçi ilə formalaşan predikativ, 
instinktiv, impulsiv, reflektiv və s. terminlər dilimizdə geniş şə-
kildə işlənir. 
-ura
şəkilçisi ilə formalaşan terminlər daha çox elmi fəaliy-
yətlə bağlı anlayışları ifadə edir: 
aspirantura, doktorantura, 
aparatura, kvadratura
və s. 
-ator
şəkilçisi ilə elmi-texniki anlayışları bildirən terminlər 
formalaşır: 
indikator, demodilyator, analizator
və s. 
-tor.
Bu şəkilçi də daha çox fiziki anlayışları ifadə edən ter-
minləri yaradır: 
radiolokator, reproduktor
və s.
-ial
şəkilçisi ilə də daha çox tibbi, fiziki anlayışları bildirən 
terminlər yaranır: 
bronxial, arterial, vektorial, ekvatorial
və s. 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin