Sayali sadiqova


  4.4. TERMİNLƏRİN ALINMA YOLLARI



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə190/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   186   187   188   189   190   191   192   193   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

 


364 
4.4. TERMİNLƏRİN ALINMA YOLLARI
Terminlərin bir qismi müəyyən ehtiyacla əlaqədar olaraq 
zəruriyət nəticəsində başqa dildən alınır. Belə terminlər elmin 
inkişafında xüsusi rol oynayır. 
Azərbaycan dilinin elmi terminologiyasında alınma termin-
lər çoxluq təşkil edir. Bu terminlər müəyyən tarixi şəraitdə müx-
təlif elmi kəşflərlə, ictimai həyatla əlaqədar olaraq dilimizə keç-
mişdir. Belə terminlər dilimizə ya bilavasitə, ya da ikinci bir dil 
vasitəsilə alınır. Terminlər bilavasitə mənbə dildən alınarsa, 
bunlar vasitəsiz alınma terminlər hesab olunur. Məsələn, termi-
nologiyada işlənən ərəb, rus mənşəli terminlər vasitəsiz alınma 
terminlərdir. Azərbaycan dilinin terminologiyasında işlənən ter-
minlərin bir qismi mənbə dildən deyil, başqa bir dilin vasitəsilə 
alınarsa, bunlar vasitəli alınma terminlər sayılır. Terminologiya-
da işlənən beynəlmiləl terminlərin mühüm bir hissəsi bu qəbil-
dəndir. Çünki bu terminlərin demək olar ki, əksəriyyəti rus dili 
vasitəsilə alınmışdır. 
Terminologiyada işlənən alınma terminlərdə aşağıdakı cə-
hətlər diqqəti cəlb edir: 
1. Alınma terminlər ancaq elmi anlayışları ifadə edir və ha-
zırda da elmi dildə işlənir. 
2. Tarixi şəraitlə bağlı olaraq alınan terminlər müəyyən 
dövrdən sonra dildən çıxır. Məsələn, vaxtilə dilimizdə qəliz ərəb 
və fars sözləri ilə işlənən 
ahənrüba 
əvəzinə 
maqnit

məhrut
əvə-
zinə 
konus

hikmət
əvəzinə 
fizika

mizanülhəva
əvəzinə 
baro-
metr

mizanülhərarət
əvəzinə 
termometr
işlənir. Göründüyü ki-
mi, alınma terminlər bir-birini sıxışdıraraq dildən çıxarır.
Azərbaycan dilinin terminologiyası son dövrlərdə əsasən, 
rus və ingilis dili vasitəsi ilə zənginləşmişdir. Elmin inkişafı ilə 
bağlı olaraq dilimizdə müəyyən anlayışların yaranması üçün rus 
dili baza rolunu oynamışdır. Alınan terminlərin bir qismi dilimi-
zin qrammatik qanunlarına tabe olaraq bir çox yeni terminlərin 
yaranmasında iştirak edir. Məsələn, 
valent, ion
terminindən dili-


365 
mizin sözdüzəldici vasitələri ilə 
valentli, valentləşmə, ion, 
ionlaşma
kimi bir sıra terminlər yaranmışdır.
Azərbaycan dilinin terminologiyasında terminlərin alınma-
sında bir proses diqqəti daha çox cəlb edir: yeni əşyalarla, anla-
yışlarla bərabər onları ifadə edən müvafiq terminlər də alınır. 
Məsələn, 
qravimetr
(ağırlıq qüvvəsinin təcilini nisbi ölçən ci-
haz), 
difmanometr
(təzyiqlər fərqini ölçən cihaz), 
kalorimetr
(fi-
ziki, kimyəvi və bioloji proseslərdə ayrılan və ya udulan istilik 
miqdarını ölçmək üçün cihaz), 
analizator 
(işığın polyarlaşma 
xarakterini analiz etmək üçün cihaz). Belə terminlərin geniş ya-
yılması onların daxil olduğu elm sahəsində tutduğu mövqedən 
asılıdır. Belə ki, müəyyən bir terminlə ifadə olunan anlayış, ha-
disə həmin elm üçün nə qədər çox əhəmiyyət kəsb edirsə, həmin 
terminin dar çərçivədən çıxaraq geniş dairədə işlənə bilməsi im-
kanı da bir o qədər artır. Məsələn, 
atom, elektron, neytron
ter-
minləri fizika elminin inkişaf mərhələsində kəşf edilən yeni an-
layışları ifadə etdi. Bu elmi kəşf bütün dünyada elm üçün yeni 
hadisə idi. Bu kəşflə bağlı anlayışları ifadə edən terminlər də dar 
çərçivədən çıxaraq bir çox dillərdə həmin anlayışları ifadə edir.
Qarşılıqlı əlaqə və qarşılıqlı təsir dil aləmində qanunauyğun 
bir haldır və məsələ yalnız bunların məzmun və forması üzərin-
dədir. Lakin ehtiyac olmadığı halda dilə gətirilən terminlər aid 
olduğu sahəyə qaynayıb-qarışa bilmir, buna görə də lüğət tərki-
bindən gec-tez çıxır. Təsadüfi deyildir ki, hazırda elmi termino-
logiyanın zənginləşməsi prosesində alınma terminlərin ehtiyac 
olmadan dilə gətirilməsi yalnız alimlərin preraqativinə daxil 
olan terminologiyada müşahidə olunur. Əslində belə terminoloji 
layın vəziyyəti üçün alimlər cavabdeh olmalıdırlar. Deməli, ge-
niş kütlənin əli çatmadığı elmi terminologiyada, subyektivizm 
güclü olur. Bütün bunlar dilin leksik səviyyədə zənginləşməsi-
nin daha geniş maraq doğuran hadisə olduğunu göstərir. Başqa 
dillərdən alınmalar, adətən, elmi hadisə və predmetlərlə birlikdə 
gəlir və dil üçün yeni material olur. Əlbəttə, hər halda alınmalar 
dilin öz vahidlərindən fərqlənən statusa malik olur. Buna görə 


366 
də alınma termin alınarkən, yaxud söz alınmazdan qabaq milli 
dildə layiqli ekvivalent vardırsa, yaxud termin ehtiyac olmadan 
alınarsa, o alınma yad olaraq qalır və getdikcə dildən çıxır. Riya-
zi terminologiyada ekvivalent // eynigüclü terminləri dublet (pa-
ralel-S.S.) terminlərdir. Bunlardan birincisi alınma, digəri isə 
Azərbaycan dilinə məxsus sözdür. Bu terminlər məna etibarilə 
eynidir. Onların distributiv xarakteristikaları da eynidir. Məsə-
lən, eynigüclü tənlik, ekvivalent tənlik, eynigüclü ifadə, ekviva-
lent ifadə və s. Deməli, "eynigüclü" termininin işlənməsi məqsə-
də uyğundur. Göründüyü kimi, ehtiyac olmadan işlənən alınma 
terminlə milli termin paralel işlənir. Lakin elə alınma terminlər 
var ki, nə özü dildə tam sabitləşə bilir, nə də onu əvəz edən milli 
termin. Məsələn, "müadil fiqurlar" termini dilimizə başqa dildən 
keçib "sahələri, yaxud həcmləri bərabər olan həndəsi fiqurları 
əhatə edir". Bu terminoloji birləşmədə işlənən “müadil” ərəb sö-
züdür, bərabər, tən, həcm və ya qiymətcə bərabər olan deməkdir. 
Bu baxımdan elmdə yeni bir terminoloji birləşmə “eyni böyük-
lükdə fiqurlar” termini də işlənir. Lakin ikinci variantın dilin öz 
leksik vahidləri hesabına əmələ gəlməsinə baxmayaraq, uğursuz 
termin olması hiss olunur. Çünki eyni böyüklük və uzunluq di-
gər xarakteristikalara görə də təyin edilə bilər. Halbuki termin 
kimi sahə, yaxud həcmin bərabərliyini ifadə etmək lazımdır. De-
məli, ikinci variant həm mürəkkəb, həm də anlayışı tam ifadə et-
mədiyi üçün arxaikləşə bilər. Buna görə də bu terminləri yeni 
anlayışı tam birqiymətli, yaxud birmənalı ifadə edəcək terminin 
əvəz etməsi ehtimalı böyükdür. Göründüyü kimi, elmi termino-
logiyanın formalaşmasının özü bir prosesdir. Lakin onu da nəzə-
rə almaq lazımdır ki, elmi terminologiyada öz mahiyyətinə görə 
alınmalar üstünlük təşkil edir. Belə ki, o elmi obyektləri adlandı-
rır, ümumbəşəri əhəmiyyəti olan fikirləri ifadə edir, bütün dillər-
də eyni və ya oxşar nominativ prinsiplərin inkişafına meyl edir. 
Bununla belə hər bir dilin özünəməxsus fonetik sistemi və qram-
matik quruluşu vardır. Ona görə də hər bir dil başqa dildən ter-


367 
minlər alarkən onları özünün fonetik və qrammatik qayda-qa-
nunlarına tabe edir. Belə terminlərdə iki proses diqqəti cəlb edir: 
I.
 Əslində olduğu kimi, dəyişiklik edilmədən işlənən termin-
lər.
Başqa dildən alınan terminlərin bir qismi Azərbaycan dili-
nin fonetik qanunlarının tələbinə cavab verməsə də, fonetik tər-
kibi dəyişdirilmədən terminologiyaya daxil olmuşdur. Belə ter-
minlər əsasən beynəlmiləl terminlərdir. Bu terminlərdə dilimi-
zin fonetik tələblərinə cavab verməyən aşağıdakı cəhətlər diq-
qəti cəlb edir: 
1. Müasir Azərbaycan ədəbi dili üçün sözün əvvəlində və 
axırında iki samitin yan-yana işlənməsi xarakterik cəhət deyildir. 
Lakin alınma terminlərdə belə bir prinsip mühafizə edilir. Məsə-
lən, kvadrat, metr, triqonometrik, tragikomediya, inflyasiya
transportir, biosfer, spektral, disbalans, spiral, funksiya, oppo-
nent, profeksiya, stenmetr, spektr, spirt. 
2. Azərbaycan dilində sözlər müəyyən ahəngə tabedir. Hal-
buki bu terminlərin bir qismi ahəng qanununa tabe deyildir. Mə-
sələn, atmosfer, rezonans, barium, diskriminator, amplitud, 
akustika, diferensial, arqument; 
3. Belə terminlərin bəzilərində müxtəlif hecalarda olan iki 
sait birgə tələffüz olunur, sözün əvvəlində, ortasında, yaxud axı-
rında iki müxtəlif və ya eyni sait qovuşur. Həmin terminlər 
Azərbaycan dilinin terminologiyasında da eyni ilə işlənir: aero-
mexanika, diferensial, diod, diapazon, meteor, polonium, poten-
sial, radiasiya, reaktor, termion; 
4. Rus dilindən alınan terminlərin əsasını isimlər təşkil 
edir. Bu isimlər isə əksər hallarda öz şəkilçiləri ilə birlikdə gö-
türülür. Xüsusən -ist, -izm, -ika, -ik, -loq, -or şəkilçiləri ilə işlə-
nən terminlər olduğu kimi işlənir. Məsələn, filoloq, dielektrik, 
dimorfizm, mexanizm, dixroizm, polimorfizm, fizik, pozistor, 
izotermik. 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin