381
məsinə səbəb olur. Dilin terminoloji sisteminə,
yeni terminlərin
gətirilməsinə müxtəlif aspektlərdən yanaşmaq mümkündür.
Yeni terminə yaranan tələbatın ödənilməsi üçün istifadə
olunan termin yaradıcılığı yollarından biri də terminalmadır.
Terminalma terminin başqa dildən hazır alınmasıdır. Azərbay-
can dilinə son illərdə yeni terminlər hazır şəkildə ingilis dilindən
alınır. Siyasi, iqtisadi, sosial sahələrə aid terminlərin dilimizə
keçməsi artmışdır. Bunun əsas səbəbi ölkənin yeni demokratik
inkişaf
yolunu seçməsi, yeni iqtisadi siyasəti qəbul etməsi ilə
əlaqədardır. Lakin Azərbaycan dilinə ingilis dilindən gələn ter-
minlər yalnız bu sahələrlə məhdudlaşmır. Müxtəlif elm sahələri-
nə aid terminoloji lüğətlərin araşdırılması zamanı son dövrdə in-
gilis dilindən alınmaların sürətlə artması özünü göstərir. Ancaq
dilin quruluş baxımından fərqliliyi ingilis dilindən alınma ter-
minlərin unifikasiyasına xüsusi diqqət tələb edir.
Unifikasiya terminologiyanın bütün sahələrində zəruri sə-
viyyələrdə-məzmun, məntiq və linqvistik səviyyələrdə eyni prin-
siplər əsasında formalaşdırılmasını
nəzərdə tutan mürəkkəb və
çoxşaxəli işi özündə birləşdirir. M.Qasımov unifikasiyanı sözal-
ma prosesinin ikinci mərhələsi hesab etmiş və terminlərin unifi-
kasiyasını elm və texnika, iqtisadiyyat, mədəniyyət sahəsində
ünsiyyət vasitəsi olmaqla, vahid nümunəvi terminologiyanın
müəyyənləşdirilməsi kimi qiymətləndirmişdir.
Dil əlaqələri prosesində alınmalar dilin zənginləşməsində
mühüm amillərdəndir. Buna görə də alınmaların yazılış qaydala-
rının müəyyənləşdirilməsi də aktual problemlərdəndir. Azərbay-
can dilinə başqa dillərdən alınan sözlərin dillərin leksik sistem-
ləri arasındakı fonetik və orfoqrafik uyğunluq səviyyəsi ilə bağ-
lı təhlillər burada da yekcinsliyin müşahidə olunmadığını ortaya
qoyur. Belə ki, bu prosesdə leksik alınmaları dilə uyğunlaşdırma
səviyyəsinə görə aşağıdakı kimi qruplaşdırmaq olar: 1.
Tam fo-
netik uyğunluğa malik olan alınmalar:
Bu qrup leksik alınmalar-
da transkripsiya və transliterasiya müvafiq olan leksik müvazilik
382
faktlarını əhatə edir:
akkreditiv-akkreditiv, leqal-leqal, marke-
tinq-marketinq, reqlament-reqlament, antivirus-antivirus, inter-
net – internet, marafon-marafon, fazenda-fazenda, angina – an-
gina, artist – artist, film – film, final – final, formal – formal, hit
– hit, insult – insult, lift – lift, lord – lord, mental – mental və s.
2
. Fərqli transliterasiyaya malik olan, lakin səslənmə cə-
hətdən (transkripsiya baxımından) demək olar ki, çox yaxın olan
alınmalar:
Məsələn, disket-diskette, antipod-antipodes, fact –
fakt, act – akt,
sayt-site, sendviç-sandwix, serial-serie, immuni-
tet-immunitas, immiqrant-immiqrans, imicmeyker-imaqemey-
ker, accord – akkord, accent – aksent, block – blok, cabin – kabin,
cabinet – kabinet, canal – kanal, character –
xarakter, concept –
konsept, control – kontrol, credit – kredit maniya-mania və s.
Yuxarıda qeyd edilmiş misallarda müşahidə edilən transli-
terasiya uyğunsuzluğunun başlıca səbəbləri Azərbaycan və ingi-
lis dilinin fonetik sistemindəki fərqliliklər və həmin fərqliliklərin
məntiqi davamı kimi ortaya çıxan spesifiklikdir. Alınma söz və
terminlərdə fonetik cəhətdən müəyyən dəyişiklik edilməsinin
müxtəlif səbəbləri müəyyənləşdirilir: Azərbaycan dilinin özünə-
məxsus fonem tərkibinin və əlifbasının digər dillərdən fərqlən-
məsi; Sözlərin alındığı mənbə dillə Azərbaycan dilinin orfoqra-
fiya qaydalarının, prinsiplərinin bir-birindən fərqlənməsi; Alın-
maların tələffüzünün Azərbaycan dilinin tələffüz qaydalarına
uyğunlaşdırmaq; Eləcə də o da qeyd edilməlidir ki, ingilis əlifba
sisteminin fərqli xarakterə malik olması, habelə ingilis orfoqrafi-
yasında bəzi yunan–latın mənşəli interleksemlərinin ənənəvi ya-
zılış formasının qəlibləşməsi bu fərqlərin daha da dərinləşməsi-
nə yol açır. Belə ki, Azərbaycan əlifbasında [ş] səsini əks etdirən
hərf olduğu halda ingilis dilində, analoji qarşılığın
mövcud ol-
maması sonuncu (ingilis dili)mənimsənilmiş Azərbaycan sözlə-
rində fərqli transliterasiyanın tətbiqinə şərait yaradır. Digər tə-
rəfdən Azərbaycan dilində [w] səsi və müvafiq hərf yoxdur. Bu
səbəbdən də ingilis dilində istifadə edilən bəzi interleksemlərdə
383
yer alan w hərfi dilimzdəki korrelyantlarında v hərfi ilə əvəz
edilmişdir. Məsələn,
waggon (wagon) – vaqon, watt – vatt, web
– veb, wolt-volt. Eləcə də internetlə bağlı Azərbaycan dilində iş-
lənən Windows termini də bu ənənəyə uyğun olaraq Vindovs
kimi yazılır.
İngilis əlifbasında x səsinin müvafiq qrafeminin yer alma-
ması həmin səsin fərqli hərf kombinasiyarında
verilməsinə yol
açır: character – xarakter, technology – texnologiya, mechanic –
mexanik, psychic –
Dostları ilə paylaş: