376
qalmaq”, “baykot siyasəti”, “siyasi baykot”, “baykota əl at-
maq”, “baykota çağırmaq”
və s.
Dilin başqa dildən aldığı sözlər müəyyən anlayışların, əşya-
ların, hadisələrin adlarını ifadə etməyə xidmət edir. Alınma ilkin
dövrdə konkret semantikaya malik olur. Adətən, söz adi olduğu
halda dildə bir sıra
mənalara malik olursa, keçdiyi yeni dildə
onun bu mənalarından çox vaxt biri istifadə olunur. Zaman keç-
dikcə, alınma söz yeni mənalar qazana bildiyi kimi, əvvəlki mə-
nasını itirə bilir. Alınma obyekt dildə semantik transformasiyaya
məruz qalır. Semantik transformasiya dilçilikdə araşdırılmış mə-
sələlərdəndir. Obyekt dildə alınma sözün mənasının genişlənmə-
si və ya daralması, onun məcazi
mənada işlənməsi semantik
transformasiya kimi başa düşülür.
Bir sıra tədqiqatçılar alınma sözlərin mənalarının daralma-
sını, bu sözlərin məcazi mənalarda işlənməsini qeyd etmişlər.
Bu fikir sonralar tənqid olunmuşdur. Alınma sözlərin
yeni key-
fiyyət qazanması cəmiyyətdə baş vermiş dəyişikliklərlə millət-
lərarası
əlaqələrin, o cümlədən dil əlaqələrinin genişlənməsi ilə
bağlıdır. Müasir dövrdə sözlərin
semantik strukturunun geniş-
lənməsi, onların yeni mənalarının yaranması müşahidə olunur.
İngilis dilində alınmaların semantik cəhətdən genişlənməsi onla-
rın həyatımızın müxtəlif sahələrinə nüfuz etməsi prosesində baş
verir. Alınma sözün müxtəlif sahələrə keçməsi onun məna dairə-
sinə təsir göstərir. Bəzi hallarda keçid prosesində söz bir vaxt di-
lə daxil olduğu ilkin mənanı itirərək, yeni məna qazanır. Başqa
halda ilkin məna qalmaqla alınma sözün semantikasında dəyiş-
mə yaranır. Məsələn,
biznes
(ing. business) sözü 1966-cı ildə
çapdan çıxmış “Azərbaycan dilinin izahlı lüğəti”nə
daxil edil-
məmişdir. “Avropa mənşəli sözlərin qısa lüğəti”ndə alınma sö-
zün mənası “şəxsi yığımla əlaqədar kommersiya işi” kimi izah
edilir. Bu fəaliyyətlə məşğul olan şəxs isə
“biznesmen”
adlanır.
Lüğətdə
“biznesmen”
sözünün izahında yazılır: “ABŞ-da tacir,
fırıldaqçı, işbaz, sahibkar; hər şeydən yüksək gəlir almağa çalı-
377
şan kapitalist” (AMSL).
Göründüyü kimi, rus dili vasitəsilə
Azərbaycan dilinə keçmiş alınma
leksik vahid sovet dövründə
mənfi məna daşımışdır. İngilis dilində biznes çoxmənalıdır.
Onun əsas mənası “iş”, “daimi məşğuliyyət”, “ixtisas”dır. Sözün
digər mənası “ticarət və kommersiya fəaliyyəti”dir. Hazırda
Azərbaycan dilində istifadə edilən
biznes
sözü “gəlir gətirən iş”
mənasında işlənir. İşlənmə səviyyəsinə görə məhsuldardır. Tək-
cə iqtisadi sahəyə aid termin olmayıb ümumişlək leksik vahid-
dir:
Eləcə də
Dostları ilə paylaş: