372
Birinci formada qəbul edilən yeni terminlər köhnə terminlərdən
birini sıxışdırıb çıxarması hadisəsi müşahidə edilir. İkinci for-
mada isə yeni variant mövcud terminologiyada öz yerini tutur.
Elm sahələrində dəqiqlik prinsipinə əməl olunması amilinin təsi-
ri ilə paralel terminlər cərgəsində sözlərin bir-biri ilə yerdəyiş-
məsi hadisəsinə tez-tez təsadüf olunur.
Bu da ondan irəli gəlir
ki, elmi anlayışı daha ətraflı, hərtərəfli ifadə edən termin müxtə-
lif sahələrlə daha çox işlədilir. Nəticədə,
həmin terminin termi-
nologiyada işlənmə tezliyi artır. İşlənmə tezliyinin belə şəkildə
artması terminlər cərgəsində dəyişikliyə səbəb olur. Bu baxım-
dan fundamental elm sahələrində terminlərin standart formaları
qəbul olunur. Bu prosesin tələbi ilə dilin terminoloji sistemində
nizama salma və unifikasiyanın aparılması zəruriyyəti yaranır.
Elmdə iki paralel terminin uzun müddət qalmaq imkanı da
mövcuddur. Bu o zaman baş verir ki, terminlərin hər biri göstə-
rilən anlayışı mənaca əhatə etmiş olsun. Məsələn,
distributivlik -
paylama, natural loqarifm - Neper loqarifmi, foton-işıq kvantı,
hiperon-mezon, potensial-gərginlik.
Göründüyü kimi, hər iki ter-
min obyekti tam əhatə edir. Birinci və ikinci variantın
hər biri
eyni dərəcədə uğurlu, eyni dərəcədə anlaşıqlı olduğuna görə sa-
hə terminologiyasında özlərinə yer qazanır.
Dostları ilə paylaş: