Sayali sadiqova


II.  Dəyişiklik edilərək alınan terminlər



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə191/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   187   188   189   190   191   192   193   194   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

II.
 Dəyişiklik edilərək alınan terminlər.
 
Azərbaycan dilinin 
terminologiyasına daxil olan alınma terminlərin böyük bir qismi 


368 
dilimizin qrammatik qanunlarına uyğunlaşdırılır. Belə ki, alınma 
terminlərin bir qismində fonetik və qrafik cəhətdən aşağıdakı də-
yişikliklər edilir:
a/ əksər hallarda alınma terminlərin sonundakı sait səs ixti-
sar edilir; amplituda-amplitud, izoterma-izoterm, membrana-
membran, orbita-orbit, platina-platin, raketa-raket, temperatura-
temperatur, şina-şin, aksioma-aksiom;
Terminologiyada alınma terminlərin bir qisminin sonunda 
“a” səsi ixtisar edilir. V.A.İsenqaliyeva yazır ki, Azərbaycan di-
linə rus dilindən və onun vasitəsi ilə Avropa dillərindən alınan 
terminlərin sonundakı “a” və “ə” ona görə ixtisara salınır ki, 
Azərbaycan dilində cins kateqoriyası yoxdur. Sözün sonundakı a 
və ə məhz cins kateqoriyasını bildirir 
1
. Lakin raketa, proqram-
ma, kometa, hipoteza tipli terminlərin sonu ona görə atılmırdı ki, 
qadın cinsi kateqoriyası aradan qaldırılsın. Sonralar ona görə 
atıldı ki, termində vurğu son hecanın üstünə salınsın və Azər-
baycan dilinin fonetik qanunlarına cavab versin: raket, proqram, 
komet, hipotez. 
b/ alınma termindəki bir səs başqa bir səslə əvəz olunur: 
Апогей-Apogey, галоген-halogen, геофизика-geofizika, рент-
генограмма-rentgenoqram, гомосфера-homosfera, цинк-sink
астрология-astrologiya; 
Alınma terminlərdə fonetik və qrafik cəhətdən dəyişiklik 
aparılmasına səbəb reseptor dillə mənbə dilin fonem tərkibinin, 
əlifbasının, orfoqrafiya və orfoepiya qaydalarının bir-birindən 
fərqlənməsidir. 
c/ rus dilində cəm formasında işlənən terminlər alınarkən 
onların cəm formasını göstərən şəkilçi ya ixtisar edilir, ya da də-
yişdirilir. Məsələn, металлоиды-metalloidlər, селениды-sele-
nidlər, лептоны-leptonlar, теллуриды-telluridlər. Belə terminlər 
əsasən, Azərbaycan dilində cəm şəkilçisi artırmaqla işlənir.
1
Исхаков Х.Ф. Структуры терминологических систем. Тюркские языки. 
Москва, Наука, 1987, стр.41. 


369 
Mürəkkəb və söz birləşməsi şəklində olan alınma terminlər-
də də müəyyən dəyişikliklər özünü göstərir. Belə ki, birinci tərə-
fi şəkilçili, ikinci tərəfi isə şəkilçisiz işlənən birləşmə alındıqda 
Azərbaycan dilində bu terminin tərkibindəki sözlərin yeri dəyiş-
mir. Lakin Azərbaycan dilində belə terminin birinci tərəfi şəkil-
çisiz, ikinci tərəfi isə nisbət şəkilçisini qəbul edərək işlənir; mə-
sələn, энергетическая система - energetika sistemi, кабельный 
канал - kabel kanalı, аналитическая функция - analitik funksi-
ya, эллиптическая функция- elliptik funksiya. Bütün bunlar 
alınan başqa leksik terminlər kimi mürəkkəb terminlərin, ter-
min-söz birləşmələrinin də dilimizin qayda-qanunlarına müvafiq 
şəkildə işlənildiyini sübut edir. Deməli, reseptor dildə alınma və 
beynəlmiləl terminin alınması zamanı həmin vahidi alan dilin 
fonetik assimilyasiyaya nə dərəcədə meylli olduğu, onun daxili 
xüsusiyyətləri və tələbləri nəzərə alınmalıdır. Onu da qeyd et-
mək lazımdır ki, alınma terminlərdə forma dəyişikliyi özünü 
göstərsə də, məna, məzmun dəyişikliyi etmək qeyri-mümkün-
dür. Çünki terminlər müəyyən obyektiv gerçəkliyin hadisələrini 
və onlar haqqındakı anlayışları adlandırır.
Terminlər alınarkən dildə qabaqcadan oxşar terminoloji 
cərgələrin olması vacibdir. Məsələn, -izm, -ik sonluqlu terminlər 
terminologiyada daha çox işlənir. Əksinə, -sion, -siya sonluğu 
ilə qurtaran terminlər ictimai-siyasi terminologiyada çox işlənsə 
də, kimya, fizika, riyaziyyat terminologiyasında demək olar ki, 
işlənmir. Buna görə də termin alınarkən hər bir terminoloji sahə-
nin spesifik cəhətləri də nəzərə alınmalıdır. Yəni alınma termi-
nin düzgün unifikasiyası terminologiya sistemində alınma vahi-
din mənbə dildəki formasına maksimum dərəcədə yaxın, lakin 
reseptor dilin daxili tələblərinə cavab verən şəklinin təsbit olun-
ması deməkdir. 
Elmin son illərdəki inkişafı ilə bağlı Avropa dillərindən alı-
nan alınma və beynəlmiləl terminlərin sayı artmış və Azərbay-
can dilinin bu daxili qanunu tədricən unudularaq hətta əvvəllər 


370 
tərtib olunmuş terminlərin özlərinin də variantları yaranmışdır: 
raket-raketa, komet-kometa, hipotez-hipoteza və s. Bütün bunlar 
göstərir ki, ana dilinin xüsusiyyətləri, dildaxili qanunları pozulsa 
da, bu tipli terminlərin özünün terminologiyada işlənməsi elmin 
inkişafına təkan verir. Bununla belə, başqa dildən terminlərin 
alınmasında və işlənməsində aşağıdakı prinsipləri əsas götürmək 
lazımdır: 
1. Terminlər ehtiyacla əlaqədar, yəni Azərbaycan dilinin 
imkanları nəzərə alınmaqla- dilin daxili imkanları əsasında nə-
zərdə tutulan anlayışı dəqiq ifadə edən terminlər yaratmaq müm-
kün olmadıqda alınmalıdır. 
2. Mühüm anlayışları ifadə edən beynəlmiləl terminlər ol-
duğu kimi işlənməlidir. 
3. Terminlər alınarkən ayrı-ayrı mikrosistemlər nəzərə alın-
malıdır. Məsələn, 
fotometr radioaktiv 
fotoimpuls radioqram 
fotoelektron radiolokator 
fotodiod radioteleskop 
fotoqram radioteleqram 
fotoelement radioimpuls 
4. Başqa dildən terminlər alınarkən onların derivatları (törə-
mələri) də nəzərə alınmalıdır. Məsələn, qalvanizm termini qəbul 
edilibsə, qalvanizasiya termininə qarşılıq axtarmaq prinsip etiba-
rilə düzgün deyildir. 
Beləliklə, terminlər alınarkən dildaxili qanunlar və tələblər 
nəzərə alınmalıdır. 
Terminin qısa variantı ya termin söz birləşməsinin leksik 
ixtisarı yolu ilə, ya da ki, mürəkkəb ixtisarla, mürəkkəb və ya 
düzəltmə sözlə /söz birləşməsinin birsözlü terminlə əvəz olun-
ması/ əvəzlənməsi yolu ilə yaradılır “
1
. Bu elmi dildə paralelliyi 
1
Verdiyeva Z Terminologiyada sinonimlik məsələsi. Azərbaycan termino-
logiyası problemləri. Bakı, Elm, 1988, səh.69


371 
təmin edən tipik situasiyadır. Məsələn, böyük elektron hesabla-
ma maşını - BEHM, ən böyük ortaq bölən- ƏBOB, ən kiçik or-
taq bölən - ƏKOB. 
Bura həmçinin tam forması ilə ixtisar formasının /abbrevia-
tur/ paralel şəkildə işlədilməsi də aid edilə bilər. Abreviaturalar-
la bağlı paralellik hadisəsinin yaranması fikrinə başqa əsərlərdə 
də rast gəlirik. V.A.İtskoviç ixtisar və abbreviaturaların tam va-
riantlarla paralel işlənməsinə misallar/электрографический 
репродукционный аппарат, ЭРА; система резервирования на 
авиалиниях, Сирена/ göstərərək bunu sinonimlərin yaranması 
yolu kimi qeyd edir. 
Texnikanın müxtəlif sahələrində cihaz və qurğuların adları-
nın müxtəlif şəkildə işlədilməsi faktları məlumdur. Belə cihazla-
rın adları ya onların təyinatına, ya da yerinə yetirdikləri funksi-
yalara uyğun şəkildə adlandırılır. Bir çox hallarda qurğunun, ci-
hazın adı onu ixtira etmiş şəxsin familiyası ilə işlənir. Bu da ter-
minlərdə paralelliyin yaranmasının başqa bir yolu kimi qəbul 
edilir. Məsələn, 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin