373
Beləliklə, terminologiyada qoyulan normativ tələbləri ödə-
məyən paralellər tədricən inkişaf edərək bu və ya digər sahə ter-
minləri cərgəsindən çıxarılır. Elmi anlayışı
düzgün ifadə edən,
mənanı başa düşməkdə maneçilik yaratmayan uğurlu paralel ter-
minlər isə paralel işlənmə hüququ qazanırlar. Paralel işlənmə ha-
disəsi ixtisarlarda da özünü göstərir. İxtisarların işlədilməsi elmi
yazılarda qənaət prinsipini ödəyir. Yarımçıq
ixtisar nəticəsində
iki sözdən, yaxud daha çox sözdən ibarət termin birləşməsinin
bir sözlə əvəz edilməsi də elmi üslubda uğurlu cəhət sayılmalı-
dır. Bu halda da paralel terminin mənasını
başa düşməkdə heç
bir çətinlik yaranmır. Məsələn,
avtomatik transformator, //avtot-
ransformator, radioaktiv çevrilmə//radioaktivlik.
Göründüyü kimi, terminoloji leksika üçün paralellik səciy-
yəvidir. Buna görə də terminologiyada, eləcə də terminoloji sis-
temlər nizama salınarkən, unifikasiya edilərkən paralellərin ta-
mamilə ləğvinə deyil, məhdudlaşdırılmasına çalışmaq lazımdır.
Terminoloji sistemlərdən belə terminlər çıxarılsa, termino-
logiya özünün kommunikativ funksiyasını müvəffəqiyyətlə yeri-
nə yetirə bilməz. Ancaq terminoloji
sistemdə paralel terminlər-
dən elələri saxlanılmalıdır ki, nəzərdə tutulmuş anlayışı daha də-
qiq əks etdirsin, struktur cəhətdən dilimizin söz yaradıcılığı mo-
delinə uyğun olsun. Ümumiyyətlə,
terminoloji lüğətlərdən də
aydın olur ki, belə terminlər elmin müxtəlif sahələrində işlənsə
də daimilik qazanmır.
Eyni məfhumu, anlayışı bildirmək üçün
müxtəlif terminlərdən istifadə olunması
uzun zaman davam et-
mir, onlardan biri mütləq dildən çıxır.