375
nan, hətta ümumişləklik qazanaraq dilə daxil olan kifayət qədər
ingilis mənşəli sözlər vardır. Belə alınmalar sözün leksik siste-
mində özünə möhkəm yer tutmuşdur. Büdcə, vaqon, vazelin,
boks, yumor, eksport, finiş, park, mağaza, kofe və s. alınma ter-
minlər dilimizdə geniş işlənməkdədir. Bu sözlərin çoxu həm fo-
netik, həm də qrammatik cəhətdən assimilyasiyaya uğramışdır.
Bu tip alınmalar tam mənimsənilmiş leksik vahidlərdən sayılır.
Onların xeyli hissəsi (büdcə, vağzal, mağaza, pencək və s.)
Azərbaycan dilinə çoxdan keçdiyindən
və ümumişlək vahidlər
olduğundan dilimizə tam uyğunlaşdırılmışdır.
Dil əlaqələrinin linqvistik problemləri dəfələrlə diqqət mər-
kəzində olsa da, alınmaların semantik mənimsənilməsi hələ də
kifayət qədər tədqiq olunmasıdır. Məsələn, tədqiqatçılar alınma
sözlərin “yerli” dildəki semantik inkişafını iki mərhələdə götür-
müşlər: sözün alınması və onun tam mənimsənilməsi. Halbuki,
leksik alınma mürəkkəb və çoxfazalı prosesdir. Bir sıra hallarda
leksik alınma dildəki lüğəvi mənasından başqa sözalan dildə ye-
ni mənalarda işlənə bilər. Məsələn, ictimai-siyasi leksikada işlə-
nən
“baykot
” termininin işlənməsində
də semantik dəyişiklik
hiss olunmaqdadır. Məlumdur ki, bu söz Azərbaycan dilinə siya-
si və iqtisadi mübarizə formasını bildirən termin kimi daxil ol-
muşdur. Müasir dilimizdə
Dostları ilə paylaş: