Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə197/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   193   194   195   196   197   198   199   200   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

Treninq 
– yarış dövrü üçün orqanizmin maksimal hazırlığı-
nı təmin etmək üçün edilən məşqlər nəzərdə tutulur. Arxisema 
“idman məşqidir”. Müasir dövrdə sözün mənası genişlənmiş və 
müxtəlif fəaliyyət sahələrində işə hazır olmaq üçün məşqləri
formanı saxlamağı əhatə etməyə başlamışdır.
Reytinq
– fərdi və komanda fəaliyyətlərinin ədəbi göstərici-
sidir. İlk əvvəl şahmata, sonralar tennisə aid olmuşdur. Hazırda 
həmin təkbətək mübarizə komanda idman növlərində istifadə 
olunur. Qiymətləndirmənin ədəbi göstəricisi arxisemində dəyiş-
mə baş vermişdir. Ədəbi göstərici əsas götürülmür. Hazırda rey-
tinq sözünün semantikası genişlənmişdir: “Seçkiqabağı Buşun 
rəqibinin reytinqi qalxmışdır” (“Şərq” qəzeti 18.10.2004);


379 
“FİFA dünya yığmalarının sentyabr ayı üçün reytinq cədvəlini 
dərc edib” (“Olimpiya dünyası”, qəzeti, 9-11.10.2004).
Monitor
– Bu termin informatikada “1. emal sistemlərində 
əməliyyatları idarə və nəzarət edən, yoxlayan maşın proqramı;
2. proqramlaşdırma dillərində ümumi vasitələrdən istifadə etmək 
üçün proseslərin sinxronlaşdırılması və əlaqələndirmə mexaniz-
mi; 3. sistemi idarə edən displey” kimi mənalarında işlənir. 
Kompüterin insan məişətində geniş yer alması onun dəstəsi-
daxil olan 
monitor
sözü də ümumişlək leksik qata daxil ol-
muşdur. Bununla yanaşı, monitorun “ekran” mənası da vardır. 
“Kompüter dəstinə yeni kvars monitoru daxildir”. Belə sözlər, 
bir qayda olaraq etnoqrafik, tarixi, coğrafi, bədii mətnlərdə işlə-
nir. Realiyalar bu və ya digər mətndə ilk dəfə istifadə olunanda 
tərcüməçi və ya müəllif onun haqqında əlavə izah verir. Sözün 
sonrakı istifadəsi belə izahı tələb etmir. Alınma söz müxtəlif 
müəlliflərin əsərlərində və müxtəlif mənbələrdə rast gəlinirsə və 
bu zaman alınma sözün semantikası haqqında əlavə izah verilir-
sə, onda həmin sözün semantik mənimsənilmə dövrünün başlan-
ması haqqında danışmaq olur. Alınma terminin dildə istifadə 
olunma tezliyi, ümumişləkliyi artdıqca onun yeni dilin leksik 
sisteminə uyğunlaşma dərəcəsi artır, alınma termin dildə işləklik 
və yeni semantik çalar qazandığı zaman özünün əvvəlki mənası-
nı da saxlayır. Bu zaman termin semantik cəhətdən tam mənim-
sənilir, ümumişlək sözə çevrilir, söz yaradıcılığında fəal iştirak 
edir. Bəzən də termin kimi yox, dilimizə söz kimi daxil olur və 
etimon dildən fərqli olaraq leksik-semantik məzmun dəyişərək 
terminoloji səciyyə qazanır. Məsələn, ərəb dilində ümumişlək 
olan xəta, əmsal, hədd, təcil, sürət dilimizdə riyazi sahədə ter-
minləşmişdir. Alınma terminlərin mənimsənilməsi prosesində 
dəyişmələr müxtəlif mərhələlərdən ibarətdir. Tədqiqatçılar qeyd 
edirlər ki, əcnəbi söz semantik cəhətdən əvvəlcə okkazionalizm 
kimi götürülür və mətndə xüsusi izahat tələb edir. Sonra əcnəbi 
söz bir qədər mənimsənildikdə və məzmun planının vahidi ilə 


380 
onun yeni ifadə üsulu arasında əlaqə başa düşüldükdə əcnəbi söz 
resipientin passiv ehtiyatının vahidi hesab edilir və yalnız bun-
dan sonra aktiv ehtiyata keçərək tam mənimsənilmiş sayılır .
Beləliklə də, alınma sözlər dilin öz sözləri kimi dəqiqləşir, 
aydınlaşır. Dil daşıyıcıları arasında yayılır. Alınma söz yeni di-
lin leksik-semantik və qrammatik sisteminə uyğunlaşır. Söz 
müxtəlif leksik, frazeoloji sintaktik birləşmələrdə istifadə olu-
nur, sözdüzəldici morfemlərlə işlənmə imkanları artır, determin-
ləşmə və terminləşmə prosesində iştirak edir. Azərbaycan dilinə 
keçən belə terminlərin çoxu ümumişlək leksik vahidlər cərgəsin-
də yer almış, mənimsənilmiş, dilimizin müxtəlif sözdüzəldici şə-
kilçilərini qəbul edərək, yeni sözlər yaratmışdır. 
N.Məmmədli yazır ki, alınma terminin söz yaradıcılıq məh-
suldarlığı, müntəzəm işlənməsi, məna anlamının genişlənməsi 
və s. əlavə əlamətləri törəmə kimi qəbul edilməlidir. A.R.Mayo-
rovun fikrincə, alınma söz təkcə yeni mənalarını və ya söz yara-
dıcılığı məhsuldarlığını genişləndirməsi ilə deyil, dil sisteminə 
daxil olduğu üçün bu keyfiyyətləri qazanması yaxud qazana bil-
məsi ilə dildə möhkəmlənir. Y.R. Krısin isə qeyd edir ki, sözün 
funksional aktivliyini semantik müstəqillik təyin edir. Azərbay-
can dilində də alınmaların müstəqillik qazanması, dildə sabitləş-
məsinin ən mühüm səbəbləri dubletlik yaratmaması, mənaca dif-
ferensiallaşmasıdır. Son dövrlərdə kompüterin insan məişətinə 
daxil olması hesablama texnikasının sürətli inkişafı bu sahədə 
alınmaların sayının günbəgün artmasına zəmin yaradır. Kompü-
terin məişət texnikasına çevrilməsi alınma sözlərin də hesablama 
texnikası terminləri olmasına baxmayaraq ümumişlək leksik qat-
da yer alması ilə şərtlənir. Məsələn, 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   193   194   195   196   197   198   199   200   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin