353
elmin müxtəlif sahələri, eləcə də texniki tərəqqi ilə bağlı yaranan
anlayışları, məfhumları ifadə edərək məfhum dəyərini saxlayır.
Bu terminlərin elmi dildə işlənməsi üç formada öz əksini tapır:
1.
Həm Azərbaycan, həm vasitəçi dil olan rus dilində, həm
də mənbə dildə eyni formada işlənən terminlər:
aorta, anomali-
ya, plazma, kardioplazma, kapsula, piramida, xloroplast, xro-
mozon
və s.
2.
Həm Azərbaycan, həm də rus
dilində olduğu kimi işlə-
nən terminlər:
anabimz, amitoz, anatomiya, dizel, polimer
və s.
3.
Azərbaycan dilində dəyişməyə məruz qalaraq işlənən ter-
minlər: анатомический
-anatomik,
целлюлоза
-sellüloz,
эпиге-
нез-
epigenez,
амфицум
-amfisat,
фистула
-fistul
və s.
Onu da qeyd edək ki, Qərbi Avropa dillərindən alınan alın-
malar ictimai-siyasi amillərin təsiri
ilə Azərbaycan dilində rus
dilinin vasitəsi ilə mənimsənilmişdir. Müasir Azərbaycan dilində
rus mənşəli terminlərdən bəzisi forma və məzmununu qoruyub
saxlayır, bəzisi dilin söz yaradıcılığı modellərinə uyğunlaşdırıla-
raq hərfi mənada tərcümə edilir, müəyyən hissəsi isə ictimai-si-
yasi hadisə ilə bağlı dildən çıxmışdır. Belə ki, Azərbaycan dilin-
də işlənən rus mənşəli ictimai-siyasi
terminlər ictimai mühitin
dəyişməsi ilə diferensiyaya uğramış, yeni ideoloji mühitə uyğun
terminlər yaranmışdır. Hazırda cəmiyyətin obyektiv inkişafının
nəticəsi olaraq yeni anlayışların, əşya və hadisələrin yaranması,
elm və texnikanın sürətli inkişafı ilə əlaqədar rus mənşəli ter-
minlər dilimizdə əsas mənbə rolunu itirmiş, alınmalar
birbaşa
Avropa dillərindən alınır. Müstəqillik illərinə qədər Avropa dil-
lərindən alınmalar Azərbaycan dilinə keçənə qədər rus dilinin
qrammatik qayda-qanunlarına uyğun olaraq formalaşmış, yəni
əvvəlcə rus dilinin daxili normalarına müvafiq şəkildə işlənmiş-
dir. Rus dilindən alınan belə terminlərin Azərbaycan dilinin fo-
netik, qrammatik sisteminə tabe olması qanunauyğun prosesdir.
Dostları ilə paylaş: