351
olan sözlərin müəyyən qismini
-ik
şəkilçili sözlər təşkil edir.
-ik
şəkilçisi artırıldığı hər hansı sözə kəmiyyət və keyfiyyət xa-
rakteri verir. Dilimizdə vahid formada
-ik
şəkilçisi ilə keçən söz-
lər omonimik səciyyə qazanır: həm isim olur, həm də sifət kim
işlənir ki, bu da Azərbaycan dilinin öz daxili normalarına uy-
ğundur. Onu da qeyd edək ki, etimon dildə
-ik
şəkilçisi ilə işlən-
məyən yalnız sifət kimi mövcud olan
-ческий, -уческий
şəkilçi-
li bir qrup terminlər vardır ki, onlar da dilimizə keçərkən
-ik
şə-
kilçisi ilə işlənir. Deməli, bu formanı həmin terminlər Azərbay-
can dilində almışdır. ортопедический-ortopedik, специфи-
ческий-spesifik, методический-metodik, хореографический-
xoreoqrafik, автобиографический-avtobioqrafik, орфографи-
ческий-orfoqrafik, эпизодический-epizodik və s.
-ika
şəkilçisi də müəyyən sözlərə qoşularaq ayrı-ayrı elmlər
sisteminin sahələrində anlayışların adını ifadə edən terminlər ya-
radır. Məsələn,
qrammatika, linqvistika, akustika, elektronika, to-
ponomika, akrobatika, statika, isterika, leksika
və s. Məlumdur
ki, bu tip şəkilçilər bir dildən başqa dilə sözün tərkibində keçir.
Lakin bu şəkilçilər öz qrammatik mövqeyini dilimizdə o qədər
möhkəmləndirmişdir ki, etimon dildə özünü göstərməyən bu cür
söz yaradıcılığı Azərbaycan dilində qanunauyğun hala çevrilir.
Dostları ilə paylaş: