343
-gah
şəkilçisi qismən məhsuldar şəkilçilərdəndir. Qoşuldu-
ğu
sözlər zaman, vaxt, yer, məkan mənasını bildirir:
qərargah,
ordugah, istinadgah
və s.
-i//-vi
şəkilçisi. Mənşəcə ərəb dilinə məxsus olan və nisbi
sifət şəkilçisi olan bu şəkilçi Azərbaycan dilində isimlərə artırı-
laraq yeni terminlər əmələ gətirir; hesabi, xətti /funksiya/, üfüqi,
riyazi /üsul/, həcmi/rezonator/, məntiqi/qurğu/ və s. Bu şəkilçi
müxtəlif ictimai fəaliyyət sahələri ilə bağlı məfhumları da ifadə
edir:
iqtisadi, hüquqi, hərbi, tibbi, zöhrəvi, ədəbi
və s.
N.Xudiyev yazır ki, “-i, -vi şəkilçisi
mənşəcə ərəb dilinə
məxsusdur. Azərbaycan dilində əksərən ərəb-fars mənşəli sözlə-
rə artırılan bu şəkilçi vasitəsilə müxtəlif ictimai fəaliyyət sahələ-
ri ilə əlaqədar məfhumları ifadə edən sözlər yaranır. Dilimizdə
sifət düzəldən bu şəkilçi vasitəsilə formalaşan elmi, tarixi, mül-
ki, hüquqi, inzibati, hərbi, iqtisadi, xarici, daxili və s. sözlər fəa-
liyyət göstərir
1
.”
-i, -vi şəkilçisi son zamanlar texnika və mexanikanın sürətli
inkişafı ilə əlaqədar olaraq terminoloji leksikada daha da məh-
suldar xarakter qazanmışdır. İşləkliklə bərabər yeni xarakter qa-
zanan bu şəkilçi həm də Avropa mənşəli sözlərə artırılaraq təyin
xüsusiyyətli sözlər yaradır: termiki, fiziki, kimyəvi, həndəsi, me-
xaniki, texniki və s.
Bu şəkilçilər vasitəsilə düzələn
sözlər termin birləşmələri-
nin birinci tərəfini təşkil edir: dairəvi proses, dairəvi pardaqla-
ma, elektrokimyəvi
ekvivalent, daimi mühərrik, dövri funksiya,
mexaniki karotaj, əməli yaddaş, termiki zərbə,
elektromexaniki
emal, elektrotexniki keramika, fiziki-kimyəvi analiz və s.
-vari, -varı
şəkilçisi də həm milli, həm də alınma isimlərə
artırılaraq forma bildirən terminlər əmələ gətirir: qaytanvarı /ya-
taq/, qılıncvarı /qırışıqlıq/, qülləvarı /soyuducu/, quyuvarı /soba/,
layvarı /damar/, lössvarı /gilcə/, daraqvari /süzgəc/,
ağacvari
1
Xudiyev N. Azərbaycan ədəbi dilinin zənginləşmə yolları. Bakı, 1987, səh. 288
344
/çoxluq/, ulduzvari /oblast/, cırtdanvari /ulduz/, pilləvari /üsul/,
halqavari, pilləkənvari /funksiya/.
Dostları ilə paylaş: