348
anlayışları əvvəlcə rus dilində öz nominasiyasını əldə edir, sonra
rus terminləri müxtəlif dillərə təsir göstərir və onların öz arealla-
rını işə salmasına səbəb olur. N.Məmmədli yazır: “Kolxoz, sov-
xoz, briqada, briqadir, rusizm-sovetizmləri
Azərbaycan dilində
ən işlək terminlər olmuşdur. Elmi-texniki səciyyəli anlayışlar
kütləviləşmiş və ümumi dil faktına çevrilmişdir”.
Rusizm və sovetizmlər ilkin mərhələdə dilimizin lüğət tər-
kibinin zənginləşməsində kəmiyyət göstəriciləri ilə seçilir. Rus
dilindən keçən terminləri iki qrupa ayırmaq olar:
1.
İctimai-siyasi informasiya ilə bağlı anlayışları ifadə edən
terminlər;
2.
Sırf elmi-texniki tərəqqi ilə bağlı yaranan, yəni elmi an-
layışları bildirən terminlər.
Müasir Azərbaycan ədəbi dilində sovetizmlərin bir çoxu ar-
xaikləşsə də, rus dilindən alınmış elmi terminlər müasir elm və
texnikanın bütün sahələrini əhatə etməklə dilimizdəki terminolo-
ji vahidlər içərisində kəmiyyət etibarilə öz üstünlüyü ilə seçilir.
Xüsusilə, beynəlmiləl terminlər məhz rus dili vasitəsilə milli dil-
lərin terminologiyasına daxil olmuşdur. A.A.Axundovun qeyd
etdiyi kimi, rus dili XX əsrdə internasionalizmlərin başlıca alın-
ma mənbəyi olmuşdur. Rus dili vasitəsilə beynəlmiləl terminləri
mənimsəyən milli dillər, həm də rus dilinə məxsus (bu dildə ya-
ranan) terminləri də qəbul etməli olmuşdur. Bu zaman Azərbay-
can dilində beynəlmiləl terminlər olduğu kimi mənimsənilmiş,
rus dilində yaranan terminlər ya kalka edilmiş,
ya da müəyyən
dəyişikliklərlə alınma kimi qəbul edilmişdir. Bu cür alınmalar
ədəbi dilin leksik və qrammatik imkanlarının genişlənməsinə,
zənginləşməsinə səbəb olur.
Onu da qeyd edək ki, rus elminin bütün inkişaf dövrlərində
rus dilinin terminologiyası da başqa dillərin leksikasından geniş
miqyasda faydalanma əsasında formalaşmışdır. R.A.Budaqov
yazır ki, ilk baxışda nə qədər qəribə görünsə də demək lazımdır
ki, əcnəbi alınmalar rus dilinin inkişafına və təkmilləşməsinə nə-
349
inki maneçilik göstərmiş, bəlkə əksinə,
bu prosesə təkan verib
sürətləndirmişdir. Azərbaycan dilinə, eləcə də bütün dillərə baş-
qa dillərə məxsus sözlərin daxil edilməsi onu milli özünəməx-
susluqdan məhrum etmir, əksinə sözalma hər hansı dili zəngin-
ləşdirən qanunauyğun yoldur. Xüsusən, beynəlmiləl terminlər
nəinki
dilin leksik səviyyədə, habelə onun fonetik, morfoloji,
sintaktik strukturunu zənginləşdirməklə dilin dünya dillərinə in-
teqrasiyasını şərtləndirir. Bu proses bütün dilləri linqvistik ba-
xımdan milli məhdudluqdan xilas edir, yəni dünya miqyasına çı-
xarır. Terminologiyanın optimal səviyyədə
beynəlmiləl termin-
lərlə zənginləşməsi “dillərin özünəməxsus səciyyəvi inkişafı
üçün heç bir zaman təhlükə yaratmamış və yarada bilməz. Ona
görə ki, bütün sahələrdə olduğu kimi dildə də internasionallıq
heç də millilik ilə qarşı-qarşıya durub ziddiyyət təşkil etmir, bəl-
kə bu millilik içərisində qaynayıb qarışır, milli səciyyəvi əlamət-
lər ilə birlikdə ümumi millilik keyfiyyətini artırır”
1
Məsələn, rus
dilindən alınan “большевик” Azərbaycan dilində bolşevik, ərəb
dilində bulşevik işlənir. Bu termin, eləcə də sosializm quruluşu
ilə bağlı yüzlərlə termin bir çox dillərdə işlənmişdir. Bu dilin
vasitəsilə bir sıra dillərin lüğətində ictimai-siyasi terminlər
ümumiliyi yaranmışdır. Məsələn, partiya, respublika, konstitu-
siya, deputat kimi ictimai-siyasi terminlər milli dillərin lüğətin-
də öz əksini tapmışdır.
Dilimizə rus dilindən terminlərlə yanaşı bir sıra şəkilçilər
də keçmişdir. S.Cəfərov söz yaradıcılığı
məsələlərindən bəhs
edərkən rus dilinə məxsus
Dostları ilə paylaş: