hotel –hostel
terminlərinin müvazi iş-
ləkliyi müşahidə edilir. Xatırladaq ki,
hotel
termini əlavə xid-
mətlərə malik olmayan və yalnız müvəqqəti yaşayış imkanı olan
xüsusi növ məkan anlamını ifadə edir. Etimoloji cəhətdən bu
termin “hotel” variantında sabitləşmiş, sonralar “hostel” termini
də yaranmışdır. “Hostel” birgə yaşayış yeri, yəni ayrı-ayrı müş-
tərilərin qısa və ya uzun müddətə qala biləcəyi, əlavə rahatlığı
olmayan ikidən artıq çarpayı yerləşdirilmiş yataq otağı tipli
mehmanxana növü. Avropa sisteminə əsaslanan belə bir meh-
manxana ən ucuz və şərəfli hesab edilir (Yeni sözlər və yeni mə-
nalar lüğəti, Bakı, Elm və təhsil, 2016, səh.121) Eyni bir kökdən
yaranan və məzmunca eyni olan bu etimoloji dubletlər beynəl-
xalq terminologiyaya daxil olmuşdur.
Azərbaycan dilində
serviz
və
servis
terminlərinin müvazi iş-
ləkliyini müşahidə edirik. Bu terminlərin hər ikisi eyni kökdən,
yəni “service” fransız-latın mənşəli sözdən törəmişdir. Etimoloji
lüğətlərdə bu terminlərin latın dilindəki
servitum
“qulluq, kölə-
lik” anlamını əks etdirən sözün fransızcadakı semantik və morfo-
loji dəyişikliklər nəticəsində meydana çıxdığını “xidmət, qulluq”
mənasında qəlibləndiyini qeyd edirlər.
Məsələn,
Dolların baha-
laşması avtomobilin
servis
xərclərinin artmasına səbəb oldu
. Bu
kontekstdə
servis
termini “
xidmət, qulluq
” anlamını kəsb edir.
323
İzahlı lüğətdə “serviz” termininin çay servizi, xörək servizi
anlamını ifadə etdiyi qeyd edilir. Beləliklə, servis-əhaliyə məişət
xidməti (iqtisadiyyat), əmtəənin istehsal və satışının yaxşılaşdı-
rılmasına istiqamətlənmiş kompleks xidməti təmin edən marke-
tinq fəaliyyəti (iqtisadiyyat),
sosiologiyada “
sosioloji sorğu”;
serviz isə kulinariyada “
müəyyən miqdar şəxs üçün xörək və ya
çay ləvazimatı (qabları) komplekti
mənalarında işlənir. Bu isə
beynəlmiləl termin statusu almış bu terminin özünün müvafiq is-
tiqamətli inkişaf yolunda bir neçə məna ifadə etməsini bir daha
təsdiqləyir. Termin beynəlmiləl səviyyəyə çatması üçün ən azı
üç mərhələ yolu keçir. Həmin üç mərhələ belədir:
mənbə dil
aralıq dil
reseptor dil
. Aralıq dil özü mənbə dilin vahidlərini
mənimsəyir bu zaman reseptor dil rolunu yerinə yetirir, həmin
termini üçüncü bir dilə ötürəndən sonra aralıq dil hesab olunur
və üçüncü dil reseptor dil sayılır. Heç şübhəsiz ki, reseptor –
ötürücü dil özünün fonomorfoloji və semantik əlavəsini edir.
Nümunələrdən də göründüyü kimi, dilimizdə işlənən müxtəlif
mənşəli terminlərin etimoloji dubletliyi həmin terminlərin xarici
forma variantlılığının semantik diferensiallaşmaya uğraması şə-
raitində mümkün olur. Variantlılıq belə terminlərin ortaq kökə
malik olması ilə bağlıdır. Bu isə daha çox terminlərin səs fərqli-
liklərinin leksik-semantik fərqlilikləri əks etdirməsi ilə bağlıdır.
Terminoloji tədqiqatlarda “semantik transformasiya” məsə-
ləsi də son illərdə tez-tez diqqət mərkəzinə çəkilir. “Semantik
transformasiya” ənənəvi olaraq reseptor dildə alınmanın seman-
tikasının genişlənməsi və ya sıxılması, məcazi mənada işlənməsi
kimi təyin edilmişdir. Əgər ötən əsrin 50-70-ci illərində başqa
dildən alınmış terminin mənasının sıxılmasının səciyyəvi olma-
sı, belə sözlərin nadir hallarda məcazi mənada işlənməsi fikri ge-
niş yayılmışdırsa, hazırda terminoloji sistemdə öz əksinin tapan
zəngin faktlar bu fikri təsdiqləmir. Belə vəziyyət leksik sistemin
açıqlığı, dəyişməyə meyilliliyi, neologizmlərin yaranması prose-
si ilə bağlıdır. Hazırda sözün semantikasının dərinləşməsi, yeni
mənaların yaranması, mənanın genişlənməsi müşahidə olunur.
İngilis dilindən alınmaların semantikasında genişlənmə, onların
324
müxtəlif söz qrupları arasında hərəkət etməsi aşkar hiss olunur.
Sözlərin sosial-iqtisadi sahədə işlənməsində bu cəhət daha çox
aşkara çıxır. Bu zaman alınma sözün ilkin mənası ilə yanaşı ,ye-
ni mənalar da yaranır.
Məsələn, “resipiyent” latınca “recipere”
almaq, qəbul etmək, yəni bir obyekt və ya subyektin digər obyekt
və ya subyektdən nəyisə qəbul etməsi mənasında işlənir. Termi-
nologiyada isə müxtəlif elm sahələrində tibdə donordan qan və
ya orqan köçürülən pasiyent, biologiyada başqa hüceyrədən ge-
netik material alan hüceyrə, jurnalistikada informasiyanı, məlu-
matı qəbul edən şəxs mənasında işlənir.
Belə alınmaları, yəni
əvvəl məlum olub sonradan yeni istifadə dairəsi qazandıqlarına
görə şərti neologizmlər, həm də funksional neologizmlər adlan-
dırmaq olar. “Şərti alınma neologizm” terminin şərti olaraq ye-
niliyini, “funksional neologizm” isə yeni sahədə işlənməsi ilə
əlaqədardır. Əsl neologizmlər həm formasına, həm də nominasi-
yaya görə seçilir. Şərti neologizmlər şəffaf strukturu, aydın başa
düşülməsi ilə seçilir. İngilis dilindən alınan “marker” termini
incəsənətdə spirt əsaslı, su ilə yuyulmayan flomaster, idmanda
peyntbol oyununda istifadə olunan rəngli güllələr, informatikada
lokal şəbəkədə stansiyanın müvəqqəti olaraq ötürmə mühitinin
nəzarətində olduğunu göstərmək üçün hər hansı bir verilənlər
stansiyasından digərinə ardıcıl şəkildə ötürülən səlahiyyət sim-
volu rolunu daşıyan bitlərin müəyyən qrupu mənalarında işlənir.
(Yeni sözlər və yeni mənalar lüğəti, B., 2016, səh.159). Bu ter-
minin semantik derivasiya prosesində mənanın genişlənməsi
mərkəzi yer tutur. Son illərdəki alınmalarda mənanın genişlən-
məsinin aşağıdakı halları müşahidə edilir: 1) ilkin leksik-seman-
tik variantın arxisemi ümumiləşdirilir. 2) ilkin leksik-semantik
arxiseminin differensiallaşdırıcı semi itirərək ümumiləşməsi;
3) ilkin leksik-semantik arxisemin saxlanması ilə yeni diferensi-
allaşdırıcı semin artırılması. Məsələn, “transfer” idmanda-idman
komandaları arasında yerdəyişmə edilmiş idmançılar, iqtisadiy-
yatda banklararası, ölkələrarası, müştərilərarası və hesablararası
qiymətli kağızların köçürülməsi əməliyyatı, tibdə xəstənin keçir-
diyi hisslərin münasibətlərin həkimə ötürülməsi-transfer edilmə-
325
si, turizmdə turistin qarşılanaraq əvvəlcədən razılaşdırılmış nəq-
liyyat növünə mindirilməsi və otelə qədər müşayiət edilməsi
mənasında işlənir. Burada ilkin leksik-semantik arxisemin sax-
lanması ilə yanaşı, yeni diferensiallaşdırıcı semlər də yaranmış-
dır. Deməli, dil əlaqələrinə kompleks şəkildə yanaşma dil əlaqə-
lərinin səbəblərini, mexanizmini və dillərə təsir formalarını ay-
dınlaşdırmağa imkan verir. Alınmaların mahiyyəti bir dil vahi-
dinin modelinin başqa dilə keçməsi və müxtəlif dil səviyyələrin-
də özünü göstərməsidir, yəni, alınmalar bilinqvizm şəraitində
interferensiyanın ilkin formasıdır.
Araşdırmadan aydın olur ki, “alınma söz” termini çoxplanlı
və çoxşaxəli bir termindir. Bu termin həm xarici sözü alan dilin
strukturuna daxil olması proseslərini, həm də bu prosesin nəticə-
sini bildirir.
Dostları ilə paylaş: |