Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə165/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   161   162   163   164   165   166   167   168   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

anti-, auto-, co-, counter-, de-, des-, hydro-, hygro-, hyper-, in-
ter-, in-, meta-, macro-, milli-, mini-, mis-, mono-, multi-, non-, 
over-, para-, poly-, post-, pre-, pseudo-, re-, semi-, servo-, sub-, 
super-, tele-, thermo-, trans-, ultra-, un-, under- prefiksləri ilə 
beynəlxalq terminlər birlikdə dillərə keçir.
Göründüyü kimi, burada prefikslərin əksəriyyəti yunan-la-
tın mənşəlidir.Hər şeydən öncə qeyd etməliyik ki, “prefikslər va-
riativliyinə görə ən aşağı indeksə malikdirlər. Bu onunla xarak-
terizə olunur ki, onlar sözdə ifadə etdikləri mənaya görə daha 
stabil mövqedə dayanırlar və onların aktivliyi suffikslərlə müqa-
yisədə az, söz kökü ilə müqayisədə isə yüksəkdir. Məsələn, 
av-
to-
prefiksi. Bu prefiks adlara avtomatik, kənar müdaxilə olma-
dan hərəkət edə bilən texniki qurğu anlamı verir. Rus dilində bu 
prefiksin 
само-, авто-
prefiksləri ilə əvəzləndiyini daha inten-
siv müşahidə etmək olar. Məsələn, ingilis dilində: 
autoanswer, 


313 
autocycling, autogyration, autoinduction, autooxidations, autop-
hasing, autoplotter, autostabilizer, autosynchronizing
; rus dili 
ilə müqayisə edək: 
автоответ, автоповтор, самовозбуж-
дение (генератора), самовозгарание, самоиндукция, само-
окисление, самофазировка, автопроклачик (курса судна), 
автостабилизатор, автосинхронизация

Azərbaycan dilində də 
avto-
prefiksindən rus dilində səslən-
diyi kimi 
avto-
şəklində istifadə edilir. Məsələn, 
avtomexanik, 
avtoreferat, avtomaşın , avtopilot
,avtoritet, avtokar və s. Alman 
dilində isə hərəkətin tərzini, üsulunu bildirən sifətlər auto- pre-
fiksi ilə düzəlir. Bu prefiks ilə formalaşan sifətlər bəzən hərəkə-
tin icra edənin özünə yönəldiyini bildirdiyi halda (autobiolo-
gisch), bəzən də hərəkətin öz-özünə icra edildiyinə işarə edir 
(autodynamisch). 
Dilə daxil olan alınmalarda müxtəlif istiqamətlər müşahidə 
olunur. Ən çox diqqəti cəlb edən alınan dildə terminin bir neçə 
mənasından ancaq biri başqa dillərə keçir. Məsələn, speaker
1. danışan; 2. natiq; 3. diktor; 4. spiker (parlamentin sədri).
1
Lüğətdən verilmiş istinad göstərir ki. ingilis dilində sözün 
dörd müxtəlif mənası vardır. Həmin mənalardan yalnız dördün-
cüsü Azərbaycan dilinə keçmişdir və bu dildə “spiker” yalnız 
həmin mənada istifadə edilir. Onu da qeyd edək ki, lüğətdən gö-
türülmüş parçada daha üç alınmanın dəqiqləşdirici sözə ehtiyacı-
nı göstərir. Lüğətdə “
lider
” sözü “
başqan/rəhbər
” kimi tərcümə 
edilmiş, “spiker” mənasından sonra mötərizədə dəqiqləşdirici 

parlament sədri
” ifadəsi verilmişdir. İngilis dilində “leader” sö-
zü lüğətdə “rəhbər, başçı, lider” kimi izah edilir. Azərbaycan di-
lində lider yalnız “başçı, rəhbər” mənalarında deyildir. Bu söz 
çox zaman müəyyən bir qrupda, dəstədə öncül olanları bildirir. 
Bu da yalnız başçı və ya birinci şəxs kimi qəbul oluna bilməz. 
Onun dəqiq mənasının kontekstdən təyin edilməsi mümkündür. 
Lakin bəzən heç kontekst də dəqiq mənanı vermir. Ona görə də 
Azərbaycan dilində rus dili vasitəsilə Avropa dillərindən alınmış 
1
İngiliscə-Azərbaycanca
lüğət

B.

“Qismət”, 2003. 1996, səh.1349. 


314 
“lider” terminində siyasi mənada “qabaqcıl” öndə olan anlayışı 
ifadə edilir. Terminin alınması dildaxili ekstralinqvistik amillə 
izah edilə bilər. Alınma prosesində birbaşa keçmə yəni alınma 
sözlər bir dildən başqa birisinə üçüncü dilin köməyi olmadan gə-
lir; Dildə üçüncü dilin vasitəsilə sözlərin keçməsi də daha çox 
diqqəti cəlb edir. İki və daha çox dilin təmasda olması hadisəsi-
nin nəticəsini Boduen de Kurtene “dil yaxınlığı”
1
, və Praqa dil-
çilik məktəbinin nümayəndələri isə bu nəticəni “dil ittifaqı” ad-
landırmışlar. 
Y. S. Stepanovun fikrincə, bu əlaqələrin bəziləri birbaşa, di-
gərləri isə dolayı yolla ola bilər. Birbaşa əlaqələr dedikdə alim 
müxtəlif dillərdə danışan əhalinin real tərzdə bir-biri ilə təmasda 
olmasını nəzərdə tutur. Onun fikrincə bu vaxt elə bir təbəqə ya-
ranır ki, o, bərabər şəkildə təmasda olan dillərdə danışır. Dolayı 
yolla olan əlaqələr isə o əlaqələrdir ki, bu vaxt bənzərlik mədə-
niyyət ümumiliyinə söykənərək inkişaf edir. Burada bədii tərcü-
mələr, elmi və bədii ədəbiyyat, kinofilmlər, gündəlik mətbuatın 
məlumatları, radio, televiziya və s. əsas rolu oynayır
2

L.İ.Barannikova dillər və dialektlər arası dil əlaqələrinin 
ikitərəfli (binar) mexanizmini öyrənərkən, bu əlaqələr vaxtı aşa-
ğıdakıların mövcudluğunu ayırd edir: 1) müxtəlif strukturlu dil-
lər, yəni tipoloji cəhətdən strukturları bir-birindən fərqli olan dil-
lər; 2) struktur cəhətdən yaxın dillər, yəni tipoloji cəhətdən bir-
birinə oxşar olan iki dil; 3) struktur cəhətdən müxtəlif dillərə 
mənsub olan dillər; 4) struktur cəhətdən bir-birinə yaxın dialekt-
lər; 5) Bir dilin dialektləri
3

Bilinqvizm məsələlərini öyrənən A.V. Desnitskaya ehtimal 
edir ki, dillərin bir-birinə təsirinin öyrənilməsi, haqqında söhbət 
gedən xalqların tarixinin birbaşa öyrənilməsi ilə bağlıdır. Şübhə-
siz, bu təqdirdə xalqların ictimai inkişaf mərhələləri, həmçinin, 
1
Бодуен де Куртене И. А. О смешaнном характере языков.- Избранные 
труды по общему языкознанию. Изд-во АН СССР. М. 1963. Том I. - 384 стр.
 
2
Степанов Ю. С. Структура французского языка. М. 1965. - стр.14-15
3
Баранникова Л. И. О языковых контактах. В кн.: Взаимодействие и 
взаимообогащение языков народов СССР. М. Наука. 1969. стр. 200-201. 


315 
nəzərdə tutulan dillərin spesifikası da nəzərə alınmalıdır. Bunlar-
la yanaşı dillərin nə dərəcədə bir-biri ilə qohum olub-olmaması 
da əsas amillərdən biri sayılır. A.V. Desnitskaya hesab edir ki, 
hər bir halda dillərin bir-biri ilə əlaqə və təsirində bilinqvizm 
məsələsi xüsusi rol oynayır
1

Bu tədqiqatların təhlili aşağıdakı nəticəyə gəlməyə imkan 
verir: a) bilinqvizmin müxtəlif tipologiyaları mümkündür: linq-
vistik, sosiolinqvistik və psixoloji; b) linqvistik nöqteyi-nəzər-
dən söhbət gedəndə koordinativ (qarışmayan) və subordinativ 
(qarışıq olan) bilinqvizm nəzərdə tutulur; c) sosiolinqvistik nöq-
teyi-nəzərdən söhbət gedəndə fərdi və ya kollektiv bilinqvizm 
nəzərdə tutulur. Kollektiv bilinqvizmdən danışanda, bu vaxt par-
sial (hissəvi) və total (tam, ümumi) bililnqvizm nəzərdə tutulur; 
ç) nəhayət, söhbət psixoloji nöqteyi-nəzərdən gedəndə reseptiv 
(perseptiv), reproduktiv və produktiv bilinqvizm nəzərdə tutulur. 
Hətta Q.Vaynrayx leksik alınmaları onların həm interferen-
siya mexanizminə aparan yol baxımından, həm də onların fone-
tik, qrammatik, semantik və üslubi cəhətdən də alan dildə qay-
nayıb-qarışması nöqteyi-nəzərdən öyrənmə lüzumunu təklif 
edirdi
2

Bir dildən başqa dilə alınmalar daxil olma prosesində iki 
cəhət müşahidə olunur: a) 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin