Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə160/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   156   157   158   159   160   161   162   163   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

"sönən rəqs"
/колебание затуха-
юшее/ termin-söz birləşməsinin tərkibindəki "sönən", "rəqs", 
yaxud 
"sonlu silsilə"
/конечная прогрессия/ termin-söz birləş-
məsinin tərkibindəki "sonlu", "silsilə" terminləri, sözləri şübhə-
siz yeni deyildir. Bu sözlər dilimizin lüğət tərkibinə daxil olmuş 
müstəqil mənalı sözlərdir. Lakin "sönən" və "rəqs", "sonlu" və 
"silsilə" terminlərinin bir-biri ilə birləşməsi "sönən rəqs", "sonlu 
silsilə" termin söz birləşmələrini əmələ gətirməsi hadisəsi, eləcə 
də onların ifadə etdiyi, daşıdığı məna yenidir. Rus dilindən tər-
cümə nəticəsində, lakin öz dilimizin daxili imkanlarından istifa-
də etmək yolu ilə yaradılmış terminlər dilimizin terminologiya-
sını daha da zənginləşdirir. 


295 
M.Qasımov kalkaların üç əsas növünü göstərir: 
1.
leksik kalkalar 
2.
sintaktik kalkalar 
3.
frazeoloji kalkalar. 
N.Xudiyev kalkaların növləri haqqında yazır: “Kalkalar iki 
qrupa bölünür: 
1.
Normativ məna əsasında əmələ gələnlər 
2.
Məcazi məna əsasında əmələ gələnlər. 
Normativ məna əsasında əmələ gələn kalkalardan istifadə 
olunan anlayış və məfhum üçün ikinci bir söz işlənir. Yəni bir 
məfhum və anlayış bir ifadə vasitəsinə malik olur. 
Məcazi məna əsasında yaranan kalkalar obyekti ifadə etmə 
xüsusiyyətinə görə nominativ mənalı kalkalardan fərqlidir. Bu-
rada obyekt bir, ifadə vasitələri müxtəlif ola bilər. Bir obyektə 
aid olan bir neçə ifadə vasitəsi emosional xüsusiyyətlərinə görə 
biri digərindən seçilir. Onların emosionallığında məcazi məna 
xüsusi rol oynayır.
1

Terminologiyada kalka yolu ilə yaranan terminləri üç cəhət-
dən qruplaşdırmaq olar: 
1/ qrammatik quruluşlarına və onların tərkibindəki sözlərin 
bir-birinə bağlanmasına görə; 
2/ nitq hissələrinin iştirakına görə; 
3/ tərkibindəki elementlərin hansı mənbədən olmasına görə; 
Kalka yolu ilə yaranan terminlər quruluşuna görə də müxtə-
lifdir. Belə ki, kalkalar ya bir sözdən /sadə/, ya da bir neçə ter-
min-sözdən /mürəkkəb/ ibarət ola bilər. 
Sadə kalkalar əsasən, morfoloji yolla yaradılan kalkalardır. 
Məsələn, излучения- 
şüalanma
, излучатель - 
şüalandırıcı

коффициент 
- əmsal
, числочь - 
qələvi,
инерции - 
ətalət. 
Kalka üsulu ilə yaradılan terminlərinin böyük bir qismini 
iki və daha artıq sözün birləşməsi, yaxud yanaşması nəticəsində 
əmələ gələn terminlər təşkil edir. Bitişik yazılan, yaxud ayrı ya-
zılan bu terminləri təşkil edən sözlər ayrılıqda müstəqil məna 
1
Xudiyev N. Azərbaycan ədəbi dili. Sovet dövrü. Bakı, 1989, səh.203-204 


296 
ifadə etsələr də, tərkib daxilində bir məna ifadə edirlər. Məsələn, 
altçoxluq /подмножество/, çoxhədli /полином/, düzbucaqlı 
/прямоуголник/, beşbucaqlı /пятиуголник/, ədəd oxu /число-
вая ось/, adi kəsr /обыкновенная дробь/, kvadrat kök /квад-
ратный корень/.

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin