Sayali sadiqova


  Birinci tərəfi say, ikinci tərəfi isimdən ibarət olan birinci  növ termin-söz birləşmələri



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə157/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   153   154   155   156   157   158   159   160   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

3. 
Birinci tərəfi say, ikinci tərəfi isimdən ibarət olan birinci 
növ termin-söz birləşmələri:
 
Məsələn, birinci növ xəta, bir inter-
val, iki tərtibli, ikinci dərəcəli dövrə, dördüncü tərtib, dörddəbir 
hissə, onluq kəsr, dördüncü harmonik nöqtə, ikinci dib və s. 
Bu növ termin-söz birləşmələrdə termin-saylar da termin-
sifətlər kimi isimlərin əvvəlində heç bir dəyişikliyə uğramır, 
isimlərin növ və xüsusiyyəti onlara təsir etmir. Bu vəziyyətdə 
termin-saylar heç bir formal əlamət-şəkilçi qəbul etmir. Termi-
nologiyada saylar bilavasitə terminlərin yaranmasında fəal işti-
rak edir və başqa terminlərlə yanaşma əlaqəsində olur. Məsələn, 
iki dayanıqlı vəziyyət, üçüncü dərəcədən qüvvət, beşinci tərtib 
əyri, beşdərəcəli tənlik, ikinci dərəcəli dövrə əyri və s. 
Bu növ termin-söz birləşmələrində termin-sayların termin 
isimlərə yanaşma qüvvətinə gəldikdə göstərmək lazımdır ki, 
bunların arasında yanaşma həm isimlərin, həm də sifətlərin isim-
lərə yanaşmasından zəifdir. Daha doğrusu, onların yanaşma sıra-
sı belədir. 
1. Say - isim 
2. Say - isim - isim 
3. Say - sifət - isim. 


286 
Bəzən say isimlərin arasında da işlənib yeni birləşmə əmələ 
gətirə bilir. 
4. 
Feli sifətin termin-isimlərə birləşməsindən əmələ gələn 
birinci növ termin- söz birləşmələri.
Məlum olduğu kimi feli si-
fət feldən əmələ gəlib, felin bir sıra xüsusiyyətlərini saxladığı 
üçün fel daxilində xüsusi qrup təşkil edir. Lakin bu sözlərdə si-
fətə məxsus əlamətlər olduğuna görə sifətlər kimi bunlar da 
isimlərin əvvəlində gəlib termin-söz birləşməsi əmələ gətirir. 
Məsələn, dəyişən sürət, artan funksiya, toplanmış qüvvə, çevril-
miş hərəkət, gecikən arqument, parçalanan səth, gətirilmiş qüv-
vət, modullaşdırılmış rəqslər, doymamış buxar və s. 
II.
 İkinci növ termin-söz birləşmələri şəklində olan termin-
lər
birinci növ birləşmələrdən həm struktur cəhətdən, həm də 
nitq hissələri ilə ifadəsinə görə fərqlənir. Belə ki, ikinci növ ter-
min-söz birləşmələrində bir tərəfdən mənsubiyyət kateqoriyasını 
ifadə edən şəkilçilər iştirak edir, digər tərəfdən birinci növ ter-
min-söz birləşmələrinin birinci tərəfi isim, sifət, sayla ifadə 
olunduğu halda, bunların birinci tərəfləri əsasən isimlərdən iba-
rət olur. Məsələn, kapital tutumu, səs dalğası, faktorinq komissi-
yası, atmosfer təzyiqi, elektrik sahəsi, gömrük güzəştləri, enerji 
zonası, ölçü vahidi, gömrük rüsumu, atom müstəvisi, ixrac kvo-
tası, kvant mexanikası, elektrik lampası və s. İkinci növ termin-
söz birləşmələrini əmələ gətirən terminlərdən biri digərini müx-
təlif cəhətdən təyin edir. Buna görə də bu tip terminləri mənaca 
aşağıdakı növlərə bölmək olar: 
1. Birinci tərəf ikinci tərəfin səciyyəvi əlamətlərini ifadə 
edir.
Bu o deməkdir ki, birinci tərəf ikinci tərəfin konkret növü-
nü müəyyən edir. Məsələn, indikator lampası, limit nöqtəsi, tez-
lik generatoru, şüalar şəbəkəsi, elektrik linzası, maqnit sahəsi, 
sürtünmə qüvvəsi, şüalanma termodinamikası və s. 
2. Birinci tərəf ikinci tərəfin xüsusi adını bildirir.
Bu vari-
antda birləşmələrin birinci tərəfi xüsusi isimlə, ikinci tərəfi isə 
ümumi isimlə ifadə olunur. Birləşmənin birinci tərəfindəki isim-
lər həm birləşmənin tərkibində, həm də ondan xaricdə xüsusi 
isim olaraq qalır. Məsələn, Koşi məsələsi, Kurlov düsturu, Şarl 


287 
qanunu, Coul-Lents qanunu, Coul-Tanson effekti, Laplas çevir-
məsi, Lame funksiyası, Loşmidt ədədi, Laplas təzyiqi, Loqarifm 
cədvəli. 
3. Birinci tərəf ikinci tərəfin konkret növünü bildirir
: kök 
işarəsi, koordinat oxu, hesablaşma çeki, dairə sektoru, kürə sek-
toru, innovasiya bankı, cərəyan şiddəti, cisim bucağı, katod şüa-
ları, müqavimət termometri və s. İkinci növ termin-söz birləş-
mələri yanaşma və uzlaşma əlaqəsi ilə yaranır. Belə ki, bu tip 
termin-söz birləşmələrinin birinci tərəfləri yanaşma əlaqəsi ilə 
ikinci tərəfə, ikinci tərəf isə uzlaşma əlaqəsi ilə birinci tərəfə tabe 
olur. Məsələn, "funksiyanın genişlənməsi" tipli birləşmələrdə bi-
rinci tərəf ikinci tərəf vasitəsi ilə idarə olunur. Burada -"nın" bi-
rinci terminin idarə olunmasını göstərən yiyəlik hal şəkilçisidir. 
Lakin "cərəyan şiddəti" kimi termin-söz birləşmələrinin bi-
rinci tərəfində isə belə bir şəkilçi yoxdur. Deməli, burada idarə 
əlaqəsinin əlaməti yoxdur. Digər tərəfdən uzlaşma əlaqəsi ilə 
əmələ gələn bu tip termin-söz birləşmələri arasında heç bir ter-
min artırmaq mümkün deyildir. İdarə əlaqəli terminlər arasında 
isə termin əlavə etmək olur. Deməli, bu birləşmələrin birinci tə-
rəfləri müəyyənlik bildirmədikləri üçün üçüncü növ termin-söz 
birləşmələrindən fərqlənir. 
III.
Üçüncü növ termin-söz birləşmələri şəklində olan ter-
minlər;
Bu növ terminlər də iki və daha artıq terminin semantik 
və qrammatik cəhətdən birləşməsi yolu ilə əmələ gəlir. Lakin bu 
növ terminləri həm formal əlamətinə, həm də əlaqənin növünə 
görə birinci və ikinci növ termin-söz birləşmələrindən fərqlənir. 
Bu növ terminlər, əsasən, idarə əlaqəsi ilə yaranır. İdarə 
əlaqəsində olan terminlərdə tabeedici terminin tələbi ilə tabe ter-
min ismin bu və ya digər halının şəkilçisini qəbul edir. Bu əlaqə-
nin xüsusiyyətindən asılı olaraq birləşmənin tabe tərəfi həmişə 
hallana bilən terminlərdən ibarət olur. Hallana bilməyən termin-
lər heç vaxt bu yolla əmələ gələn birləşmələrin tabe tərəfi kimi 
çıxış edə bilməz. Bəs onda üçüncü növ terminlər hansı nitq his-
sələri ilə yaranır. Bu məsələni aydınlaşdırmaq üçün əvvəlcə gö-
rək terminlər hansı nitq hissələri əsasında yaranır. Terminologi-


288 
yada bu barədə müxtəlif fikirlər irəli sürülmüşdür: Q.O.Vinokur 
elmi-texniki anlayışları ifadə edən və termin funksiyası daşıyan 
sözlərin əsasən isimlərdən ibarət olduğunu qeyd edir.
Ə.H.Orucov isə bütün nitq hissələrinin terminləşdiyini qeyd 
edir: “Hər bir müstəqil mənalı söz: isim, sifət, fel, zərf termin 
ola bilər: çünki həm əşya, həm də keyfiyyət, həm proses, həm də 
hal terminləşdirilə bilər
1
”.
Bu barədə M.Qasımov yazır: “İsim dildə təkcə əşyalar haq-
qında deyil, eyni zamanda keyfiyyət, hal və hərəkət haqqında el-
mi anlayışlar ifadə edən yeganə leksik-qrammatik vasitədir, da-
ha doğrusu, terminlərin əsas dil forması isimlər əsasında yaranan 
söz birləşmələridir”.
2
İdarə əlaqəsi ilə yaranan bu növ termin- söz birləşmələri 
əsasən, isimlərlə yaranır. Çünki bütün nitq hissələri idarə əlaqə-
sində eyni dərəcədə iştirak etmir. Eyni zamanda sintaktik üsulla 
yaranan bu terminlər elmi anlayışların adını bildirir. Deməli, bu 
növ termin-söz birləşmələri ancaq isimlərdən əmələ gəlir. Bu da 
felin öz xarakterindən irəli gəlir. Belə ki, feil iş, hal və hərəkətlə 
bağlıdır, bu isə müəyyən obyekt üzərində görülür və yaxud ob-
yekt və ya məkanla bağlı olur. İkinci tərəfdən, feildə təsir kate-
qoriyası vardır. Bu xüsusiyyət feilə imkan verir ki, o, cümlə da-
xilində öz ətrafına müxtəlif sözlər toplamaqla feili birləşmələr 
yaratsın. Belə feili birləşmələrdə feil özü əsas aparıcı olur, onun 
ətrafında toplanmış sözlər isə həmin feili bu və ya başqa cəhət-
dən izah edir. Feil ətrafında toplanmış sözlərin əksəriyyəti məhz 
idarə əlaqəsi ilə ona bağlıdır. İdarə əlaqəli üçüncü növ termin bir-
ləşmələrdə isə nə feil, nə də başqa nitq hissələri /isimdən başqa/ 
iştirak edir. Deməli, bu növ birləşmələr ancaq isimlərlə yaranır. 
Məsələn, üçbucağın sahəsi, dalğanın uzunluğu, funksiyanın arqu-
menti, maddənin böhran halı, naqilin müqaviməti, səsin gücü
dairənin bölünməsi, çoxhədlinin dərəcəsi, tezliyin çevrilməsi və s.
1
Orucov Ə.N. Azərbaycan dilində terminologiya yaradılması və işlənən ter-
minlərin qaydaya salınması. Azərbaycan SSR EA Xəbərləri, 1951, №1, səh.72. 
2
Qasımov M. Azərbaycan dili terminologiyasının əsasları. Bakı, Elm, 1973, 
səh.33


289 
Beləliklə, sintaktik üsulla əmələ gələn bu növ terminlərin 
elmi əsasda öyrənilməsi müasir elmi dilimizdə terminlərin ya-
ranması prosesini müəyyənləşdirmək baxımından xüsusi əhə-
miyyətə malikdir. 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin