Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə154/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   150   151   152   153   154   155   156   157   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

a.
 
tərkib hissələrinə ayrılan termin-söz birləşmələri; 
b.
 
tərkib hissələrinə ayrılmayan termin-söz birləşmələri. 
Birinci qrupa daxil olan terminlərin tərkib hissələrindən hər 
biri özlüyündə müstəqil məna daşıyır. Birləşmənin bütövlükdə 
termin kimi xüsusiləşməsi bu və ya digər komponentin mənasını 
dəyişdirmir. Burada bütövlükdə terminin məzmunu xüsusiləşir. 
Məsələn, "kvadrat tənlik", "həndəsi silsilə", "paralel xətt", "kürə 
sektoru", "kristal cisimlər", "istilik hərəkəti", "molekulyar fizi-
ka" terminlərinin tərkib hissələrindən hər biri digərindən asılı ol-
mayaraq ayrıla bilər. Belə ki, istər birləşmə daxilində, istərsə də 
birləşmədən kənar termin və ya söz öz əvvəlki mənasını saxlayır. 
Ona görə də belə birləşmələri tərkib hissələrinə ayrılan termin-söz 
1
Даниленко В.П. Русская терминология. Опыт лингвистического описа-
ния. Москва, Наука, 1977, стр.77. 
2
Лотте Д.С. Основы построения научно-технической терминологии. 
Москва, 1961.


279 
birləşmələri adlandırmaq olar. Bu birləşmələr komponentlərinin 
termin olub-olmamasına görə də bir-birindən fərqlənir:



 
 
 
Tərkib hissələrindən biri termin, digəri isə konkret ter-
minoloji məna kəsb etməyən adi sözdən ibarət termin-söz birləş-
mələri:
əsas dalğa, dəyişən amplitud, tam uzunluq, əks cərəyan, 
ani güc və s.



 
 
 
Tərkib hissələrinin hər ikisi termin olan termin-söz bir-
ləşmələri:
elektrik yükü, səs tezliyi, cərəyan mənbəyi, rəqs gər-
ginliyi, sürtünmə bucağı, funksiya elementi, həndəsi silsilə, in-
teqrallaşma teoremi. 
İkinci qrupa tərkib hissələrinə ayrılmayan terminlər daxil-
dir. Belə termin-söz birləşmələrindən komponentlərdən bəzən 
biri, bəzən də ikisi öz ilkin mənasından uzaqlaşır, yəni məcazla-
şır. Belə terminləri də iki qrupa ayırmaq olar:




Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin