Sayali sadiqova


  3.2.3. SİNTAKTİK ÜSULLA YARANAN



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə153/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   149   150   151   152   153   154   155   156   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

 


272 
3.2.3. SİNTAKTİK ÜSULLA YARANAN 
TERMİNLƏR 
Termin yaradıcılığında iki və daha artıq sözün birləşərək 
mürəkkəb söz və söz birləşməsi şəklində elmi anlayışı ifadə et-
məsi terminologiyanın zənginləşməsində mühüm rol oynayır. 
Terminoloji sistemin təhlili göstərir ki, elm və texnikanın müx-
təlif sahələrinə aid terminlərin yaranmasında sintaktik üsul xüsu-
si əhəmiyyət daşıyır. Dilin lüğət tərkibində sintaktik üsulla yara-
nan terminlər dedikdə, mürəkkəb və termin birləşmələri şəklində 
olan terminlər nəzərdə tutulur. İstər sadə, istər mürəkkəb və söz 
birləşməsi şəklində olan terminlər işarəvilik baxımından eyni 
funksiyanı – hər hansı anlayışı, məfhumu təyin edir. Elmin bir 
çox sahələrində anlayışların mühüm hissəsini söz birləşmələri 
şəklində terminlər təşkil edir. Bu nəzərə alınaraq “Azərbaycan 
ədəbi dilində termin-söz birləşmələri” adlı namizədlik işində bu 
birləşmələr geniş şəkildə təhlil olunmuşdur. Bu tədqiqatda, xü-
susilə, termin birləşmələrinin nominativ xarakter daşıyaraq bir 
məna ifadə etməsi nəzərə alınaraq müxtəlif cəhətdən qruplaşdı-
rılmışdır. Sintaktik üsulla termin yaradıcılığı problemlərini araş-
dıran tədqiqatçılar bu xüsusiyyətləri nəzərə almadıqları üçün bu 
üsulun məhdud dairədə özünü göstərdiyini qeyd edirlər. 
M. Qasımov yazır ki, indiyədək bu üsulla Azərbaycan dilin-
də çoxlu miqdarda termin yaranmışdır. Lakin nisbət etibarilə gö-
türüldükdə sintaktik üsul termin yaradıcılığında məhdud sahəni 
əhatə edir. Belə ki, dilimizdə sintaktik üsulla yaradılan terminlə-
rin miqdarı morfoloji üsulla yaradılan terminlərin miqdarından 
azdır.
Elm və texnikanın, cəmiyyətimizin müasir inkişaf prosesi-
nin mürəkkəbliyi fonunda yaranan terminlər çoxkomponentliyi 
ilə seçilir. Hər hansı anlayışın mürəkkəb terminlə və ya termin 
birləşməsi ilə ifadə olunması həm terminlə bağlı səciyyəvi tələb-
lərinin pozulmasına, həm də elmi dilin ağırlaşmasına gətirib çı-
xarsa da, nəticə etibarilə anlayışın mənasını daha dəqiq, mahiy-
yətini daha dolğun əks etdirir. Bununla da, terminin definitiv 


273 
funksiyasının qarşısında qoyulan bu və ya digər anlayışı adlan-
dırmaq və onu dəqiq təyin etmək tələbi yerinə yetirilir. 
V.D.Bondaletovun qeyd etdiyi kimi, “sintaktik yolla söz yaradı-
cılığı ikisözlü və çoxsözlü adların yaranmasına səbəb olsa da
terminoloji sistemdə terminlərin yerinin müəyyənləşdirilməsin-
də əhəmiyyətli olması ilə seçilir
1
.”
Bu üsulla yaranan hər bir termin bu və ya digər daxili se-
mantik əlaqə ilə bir-birinə bağlanır. Tərəflərin hər biri nüvə sö-
zün mənası ətrafında birləşərək bütöv bir struktur vahid kimi əş-
ya və hadisələr haqqında ətraflı məlumat verərək adlandırır.
Müasir terminoloji sistemin mühüm bir hissəsini sintaktik 
üsulla əmələ gələn leksik terminlər təşkil edir. Bu isə terminlərin 
mürəkkəb proseslərin, hadisələrin ifadə forması olmasından irəli 
gəlir. Müasir Azərbaycan ədəbi dilində sintaktik yolla yeni ter-
minlərin yaradılmasının iki üsulu vardır:
1. Leksik-sintaktik üsul. Bu qayda ilə yaranan terminlərdə 
heç bir morfoloji vasitədən istifadə olunmur. Burada ancaq söz-
lər və ya terminlər birləşərək yeni bir anlayışı ifadə edən termin 
əmələ gətirir. Bu zaman leksik vahidlər heç bir qrammatik vasitə 
olmadan birləşərək yeni termin əmələ gətirir. Məsələn, çoxbu-
caq, vakuummetr, altfəza, qaraciyər, üçboğaz, altazimut, çox-
funksiya və s. 
2. Morfoloji-sintaktik üsul. Bu üsulla yaradılan terminlərdə 
komponentlərin birləşməsində morfoloji əlamətlərdən - həm lek-
sik, həm də qrammatik şəkilçilərdən istifadə olunur. Belə ki, 
sözlər birləşdirilərkən komponentlərə bu və ya digər şəkilçi qo-
şularaq yeni termin əmələ gətirir. Məsələn, altıüzlü, altardıcıllıq, 
ikifazalı, yüksəkvoltlu, buğavermə, hündürlükölçən, bərabərtə-
rəfli, borudüzən və s.
Sintaktik üsulla əmələ gələn terminləri tədqiq edən zaman 
qarşıya çıxan məsələlərdən biri də söz birləşmələri şəklindəki 
terminlərlə mürəkkəb terminlər arasında oxşar və fərqli cəhətlə-
1
Бондалетов В.Д. Социальная лингвистика. Москва, Просвещение, 
стр.133.


274 
rin araşdırılmasıdır. Şübhəsiz, bu Azərbaycan dilində sintaktik 
üsulla yaranan terminlərin strukturunun və yaranma üsullarının 
düzgün müəyyənləşdirilməsinə imkan verir. 
Mürəkkəb terminlərin "zahiri görkəmi", ifadə üsulu termin-
söz birləşmələri ilə çox yaxınlıq təşkil edir, bəzən ən incə cəhət-
ləri nəzərdən keçirmədən onları bir-birindən ayırmaq çətin olur. 
Buna görə də burada həm zahiri cəhətlər, həm də daxili məna 
cəhəti, bu iki kateqoriyanın ən mühüm spesifik cəhətləri nəzərə 
alınmalıdır.
Ümumiyyətlə, terminlə termin-söz birləşmələrinin fərqlən-
dirilməsi bir qədər asandırsa, mürəkkəb terminlə termin-söz bir-
ləşmələrinin münasibətini müəyyənləşdirmək, onları fərqləndir-
mək nisbətən çətindir. Y.Seyidov yazır: “Təsadüfi deyildir ki, 
mürəkkəb sözlər komponentlərin formasına, birləşmə xüsusiy-
yətlərinə və qrammatik əlamətlərinə görə söz birləşmələrinə uy-
ğun şəkildə qurulur.”
1
Çünki, termin-söz birləşmələri ilə mürək-
kəb terminlər arasında bir sıra ümumi cəhətlər vardır: a/ həm ter-
min-söz birləşməsi, həm də mürəkkəb termin iki və daha artıq 
komponentdən ibarət olur. Onları təşkil edən komponentlər hər 
iki halda müstəqil mənalı terminlərdir. Məsələn, yarımkürə, üç-
bucaq, süxurqaldırıcı, dördtəpəli; alçaq tezlik, cərəyan şiddəti, 
elektrik yükü, yaddaş zonası, universal çoxluq, tökmə çuqun, ri-
yazi induksiya və s. b/ həm termin-söz birləşmələrinin, həm də 
mürəkkəb terminlərin komponentləri eyni qrammatik əlaqə ilə 
birləşir. Məsələn, həm tənbölən, əlavəetmə, qısaqapayıcı, qanov-
qazan, saniyəölçən, kürəşəkilli kimi mürəkkəb terminlərin, həm 
də kinetik enerji, bircins tənlik, bombardmançı təyyarə, sönən 
rəqs, qələvi məhlul, ilkin yükləmə kimi termin-söz birləşmələri-
nin arasındakı əlaqə yanaşma əlaqəsidir. 
c/ həm termin-söz birləşmələrinin, həm də mürəkkəb ter-
minlərin komponentləri bir-birinə uyğun şəkildə sıralanır. Yəni, 
təyin edən termin təyin olunan termindən əvvəl gəlir. Məsələn, 
1
Seyidov Y. Azərbaycan ədəbi dilində söz birləşmələri. Bakı, Maarif, 1966, 
səh.44.


275 
itibucaq, düzbucaq, korbucaq, konusşəkilli, qabarıq çoxluq, 
azadlıq dərəcəsi, sıxlıq funksiyası, ağırlıq mərkəzi, kəsilməz 
funksiya və s. Yalnız belə konkret qarşılaşdırma deyil, ümumi 
şəkildə götürüldükdə də termin-söz birləşmələri ilə mürəkkəb 
terminlər bir sıra cəhətlərdən eyni əlamətlərlə müəyyənləşdirilir. 
Hətta bunlara bir-birinə uyğun şəkildə tərif də vermək olar: həm 
termin-söz birləşməsi, həm də mürəkkəb terminlər müstəqil ter-
minlərin qrammatik və məna cəhətdən əlaqələnməsindən əmələ 
gəlir. Bu əlamətlər bu iki anlayışın hər ikisi üçün mühüm və va-
cibdir.Lakin termin-söz birləşmələri /TB/ ilə mürəkkəb terminlər 
/MT/ arasındakı bu yaxınlıq onların eyni olduğunu iddia etməyə 
haqq vermir. Mürəkkəb anlayışları ifadə etməyə xidmət edən bu 
dil vahidlərinin arasında aşağıdakı fərqlər mövcuddur: 

Birinci növbədə mürəkkəb terminin tərkibindəki əlamət-
lərin tam sabitləşməsi onun həm məzmun, həm də formaca inki-
şafını təmin edir. Bu barədə S. Cəfərov yazır: "Mürəkkəb sözün 
komponentləri monolitləşir və onların mənsub olduqları nitq his-
sələrinə xas olan xüsusiyyətlərini tamamilə itirir, mürəkkəb söz 
başqa sözlərlə əlaqədə sadə sözlərin əlaqəsinə xas olan xüsusiy-
yətlər kəsb edir
1
"
Termin-söz birləşmələrində /TB/ isə belə bir əlamət yoxdur, 
yəni birləşməni əmələ gətirən hər bir termin-söz müstəqil məna-
sını saxlayır və başqa sözlərlə əlaqədə birləşmə kimi çıxış edir. 

İkincisi, TB MT-dən onları əmələ gətirən komponentlə-
rin müstəqil vurğuya malik olub-olmamasına görə də fərqlənir. 
Belə ki, TB-nin tərkibindəki terminlərin hər biri müstəqil vurğu-
ya malik olur və terminlər ayrı yazılır. Məsələn, durğun dalğa, 
xətti funksiya, tezişləyən sipər, sürtünmə qüvvəsi, yağıntı zona-
sı, faza gərginliyi, trapeslər düsturu, tənzimləyici güc və s.
MT-in tərkibindəki terminlərdən birincisi isə müstəqil vurğusu-
nu itirir, vurğu yalnız ikinci terminin üzərinə düşür, beləliklə də 
I termin təyin etdiyi II terminlə birləşməli olur. Məsələn, makro-
həndəsə, suburaxmayan, tənbölən, radioprojektor, kökalma, və s.
1
Cəfərov S. Müasir Azərbaycan dili (leksika). Bakı, Maarif, 1982, səh.200


276 

Üçüncüsü, TB-nin komponentləri mütəhərrik olur. Yəni 
bir komponenti başqa komponentlə, terminlə əvəz etmək müm-
kündür. Məsələn, "elektrik sahəsi" birləşməsinin II komponenti 
olan "sahə"ni "yük", "cərəyan" terminləri ilə, “sualtı aparat” bir-
ləşməsindəki “aparat” sözünü qaynaq, vulkan, partlayış, betonla-
ma, təpə sözləri ilə əvəz etmək mümkündür. Lakin MT-nin tər-
kibindəki komponentlərdən birini həmin vəziyyətdə başqa bir 
terminlə əvəz etmək mümkün deyildir.

Dördüncüsü, TB-nin tərəfləri arasında sintaktik əlaqələr 
özünü qabarıq şəkildə göstərir, bu əlaqələri əmələ gətirən qram-
matik vasitələr isə dinamik xüsusiyyət daşıyır. Məsələn, “kəsrin 
sürəti”, “qruntun doldurulması”, “bucağın təpəsi, “sətirlərin tez-
liyi”, “səsin gücü”, “maddənin bərk halı”, “qurğunun çəkisi” ki-
mi TB-ni təşkil edən terminlər arasında sintaktik əlaqə aydın şə-
kildə özünü göstərir. /-ın
4
hal şəkilçisi kimi xüsusi qeyd edilir/. 
Birləşmənin xüsusiyyətini müəyyənləşdirməkdə həm kompo-
nentlərin forması, həm əlaqəsi, həm də şəkilçi nəzərə alınır. Mə-
sələn, "ionun yükü" TB-də "ionun" və "yükü" komponentləri 
arasında idarə əlaqəsi vardır. Tabeedici komponentin tələbinə 
görə tabe komponent ismin yiyəlik halında işlənmişdir. “Sugötü-
rücü”, “xəbərverici”, “elektromaqnit”, “betonqarışdıran”, “dal-
ğaqıran”, “bərabəryanlı”, “dördvalentli” MT-də isə əlaqə gizli 
formaya keçmişdir.Deməli, həm zahiri cəhətləri, həm də daxili 
cəhətləri, ümumiyyətlə, bu iki kateqoriyanın ən mühüm spesifik 
cəhətlərini nəzərdən keçirdikdə aydın olur ki, TB-lər ilə MT-lər 
bir-birindən fərqlənir. Söz birləşmələri şəklində olan terminlərin 
müxtəlif cəhətdən tədqiq etmək, onları ayrı-ayrı prinsiplər əsa-
sında qruplaşdırmaq mümkündür. Ancaq belə terminlərin növ-
lərini müəyyənləşdirməzdən əvvəl, ümumiyyətlə, söz birləşmə-
ləri ilə əlaqədar mövcud təsnifatı nəzərdən keçirək: Türk dillə-
rinə aid əsərlərdə söz birləşmələri müxtəlif cəhətlərdən qrup-
laşdırılmışdır. 
M.B.Balakayev qazax dilindəki söz birləşmələrinin təsnifatı 
və izahında sintaktik əlaqələrə əsaslanır. Burada diqqəti cəlb 
edən cəhət bundan ibarətdir ki, M.B.Balakayev söz birləşmələri-


277 
ni ilk növbədə "ismi" və "feli" birləşmələr adı altında iki böyük 
qrupa ayırır, sonra bu bölgülər daxilində sintaktik əlaqələrə əsas-
lanan mikro bölgülər verir . Müəllif söz birləşmələrinin ilkin 
bölgüsünü başqa prinsip əsasında versə də, onların konkret for-
malarının izahında sintaktik əlaqələrə əsaslanır. 
Q.İ.Ubryatova söz birləşmələrinin bölgüsü ilə əlaqədar ya-
zır: Yakut dilində söz birləşmələri əmələgəlmə üsuluna görə 
aşağıdakı qruplara ayrılır: 1. yanaşma əsasında qurulan söz bir-
ləşmələri, 2. izafət əsasında qurulan söz birləşmələri, 3. idarə 
əsasında qurulan söz birləşmələri, 4. uzlaşma əsasında qurulan 
söz birləşmələri, 5. başqa üsullarla qurulan, həmcins üzvlərin 
birləşməsi.Doğrudur, söz birləşmələrinin əmələ gəlməsində bu 
əlaqələr mühüm rol oynayır, məhz buna görə də onların rolunu 
müəyyənləşdirmək vacibdir. Lakin söz birləşmələrinin mahiyyə-
tini açmaq, onu hərtərəfli tədqiq etmək üçün sintaktik əlaqələrə 
əsaslanmaq məsələyə ancaq formal münasibətdir. 
Söz birləşmələrinin N.A.Baskakov tərəfindən verilmiş böl-
güsü daha maraqlıdır. Müəllif söz birləşmələrini sintaktik və 
leksik birləşmələrə ayırır. Leksik söz birləşmələrini mürəkkəb 
sözlərə və idiomlara; sintaktik söz birləşmələrini predikativ və 
atributiv söz birləşmələrinə, atributiv söz birləşmələrini isə bir 
sıra qruplara bölür. 
Azərbaycan dilçiliyində də söz birləşmələri müxtəlif şəkil-
də tədqiq edilmişdir. M.A.Kazımbəyin "Грамматика турецко-
татарского языка" adlı əsərində "söz birləşməsi" termini "sin-
taksis" termininin ekvivalenti kimi işlənir: "Hər bir dilin söz bir-
ləşməsi yaxud sintaksisi /kursiv mənimdir - S.S./ əslində, mən-
tiqlə etimologiyanın birləşmə üsuludur . 
Onu da qeyd edək ki, M.A.Kazımbəy "söz birləşməsi" ter-
minini "sintaksisə" ekvivalent kimi işlətdiyinə görə sözlərin hər 
cür əlaqəsini söz birləşmələri, sintaksisi isə söz birləşmələrindən 
bəhs edən sahə kimi tədqiq etmişdir. 
M.Hüseynzadə təyini söz birləşmələri sahəsində geniş elmi-
tədqiqat işi aparmışdır. Azərbaycan dilçiliyində söz birləşmələri 
ilk dəfə geniş və elmi şəkildə Y.Seyidov tərəfindən tədqiq edil-


278 
mişdir. Müəllif söz birləşmələrini predikativ və qeyri-predikativ 
birləşmələr, sərbəst və sabit birləşmələr, sadə və mürəkkəb bir-
ləşmələr, ismi və feli birləşmələr adı altında dörd qrupa bölmüş-
dür. Göründüyü kimi, dilçiliyə dair yazılmış ədəbiyyatlarda söz 
birləşmələri müxtəlif şəkildə təsnif olunmuşdur. 
Terminologiyada termin-söz birləşmələrinin təsnifi də diq-
qəti cəlb edir. V.P.Danilenko termin-söz birləşmələrini iki qrupa 
ayırır: 1.Ayrılanlar: a/sərbəst söz birləşmələri, termin kompo-
nentləri müstəqil mənaya malik olanlar; b/sabit söz birləşmələri, 
hansı ki, komponentlərini dəyişmək qeyri-mümkündür; 2/ Ayrıl-
mayanlar - termin frazeologizmlər
1

D.S.Lotte termin-söz birləşmələrini tərkib hissələrinə görə 
4 tipə ayırmışdır: 
1/ ayrılan termin-söz birləşmələri; 2/ şərti ayrılan termin-
söz birləşmələri; 3/ yarım ayrılan termin-söz birləşmələri; 4/ ay-
rılmayan termin-söz birləşmələri 
2

Azərbaycan dilinin terminologiyasında işlənən termin-söz 
birləşmələri iki qrupa ayrılmaq olar: 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin