270
Çox vaxt bu şəkilçili ümumişlək
sözlər müxtəlif mənşəli
sözlərə birləşir və terminoloji birləşmələr yaradır: dartqı qüvvəsi,
sorğu vərəqəsi, dartqı yarımstansiyası, əksetdirmə qurğusu və s.
-an, -ən, -yan, -yən
şəkilçiləri də fel köklərinə artırılaraq
yeni terminlər əmələ gətirir. Məsələn, gözlənilən /siqnal/, çıxı-
lan, yığılan /rəqəm/, verilən, dəyişən, bölünən, gecikən /arqu-
ment/,bölən, artan /ədəd/, azalan və s.
H.Həsənov -an
2
şəkilçisini həm fellərdən ad düzəldən, həm
də zərf düzəldən şəkilçilər sırasına daxil etmişdir. M.Hüseynza-
də isə həm bu şəkilçini bir nitq hissəsindən yeni bir nitq hissəsi
əmələ gətirdiyini, həm də eyni bir nitq hissəsinin sadə köklərin-
dən düzəltmə köklər yaratdığını qeyd edir. Terminologiyada isə
-an,-ən şəkilçisi morfoloji-sintaktik
üsulla yeni terminlər yara-
dır. Məsələn: səsboğan, yükvuran, yağsıxan, buzqıran, vintkə-
sən, yağışölçən, qaykavuran və s.
Dilçilik ədəbiyyatında bu şəkilçinin qrammatik xüsusiyyəti
haqqında fikir müxtəlifliyi mövcuddur. S.Cəfərov bu şəkilçini
qrammatik-leksik şəkilçilər qrupuna daxil edərək yazır ki, bu əs-
lində feili sifət
şəkilçisi olduğuna baxmayaraq,
eyni zamanda
leksik qrammatik və hətta leksik şəkilçi yerinə də işlənir. Bu şə-
kilçi vasitəsilə substantiv və atributiv isimlər əmələ gətirilir.
Dostları ilə paylaş: