266
sonsuz /silsilə/, hüdudsuz /bölünən/, itkisiz /maddə/, şərtsiz /eh-
timal/, sonsuz /çoxluq/, ölçüsüz (əmsal).
Bu şəkilçinin sözyaratmadakı rolunu aşağıdakı kimi qrup-
laşdırmaq olar:
Bu şəkilçi ilə düzələn ümumişlək sözlər terminoloji lek-
sikaya keçərək terminoloji səciyyə qazanır. Məsələn: davamsız
qaynaq,
məsaməsiz nüvə, fasiləsiz qaynaq və s.
-sız
4
şəkilçisi texniki terminlərə artırılır və atributiv möv-
qedə işlənir: informasiyasız verilənlər, məsaməsiz örtük və s.
Göründüyü kimi, -sız
4
şəkilçisi termin yaradıcılığında söz
yaradıcılığındakı kimi təkcə əşyanın yoxluğu anlayışını ifadə et-
məyə deyil, həm də prosesin növünü bildirməyə xidmət edir.
Məsələn: bloksuz qəliblənmə, fasiləsiz tökmə və s.
-ıcı, -ici, -ucu, -ücü /-yıcı, -yici, -yucu, -yücü
şəkilçiləri fe-
illərə əlavə olunaraq ayrı-ayrı prosesləri və alətlərin adlarını bil-
dirən terminlər əmələ gətirir: cəmləyici, gücləndirici, hesablayı-
cı, tamamlayıcı /bucaqlar/, aşkarlayıcı, yarımkeçirici, sorucu,
ötürücü, tükədici /maye/ və s.
Bu şəkilçi vasitəsi ilə ümumişlək sözlər terminləşərək tex-
niki anlayışların adlarını bildirir. Texniki terminologiyanın zən-
ginləşməsində fəal iştirak edən -ıcı
4
şəkilçisi
vasitəsilə yaranan
terminləri aşağıdakı qruplara ayırmaq olar:
Müxtəlif mənalı fellərə qoşularaq düzəltmə termin yara-
dır: ionlaşdırıcı, maqnitləşdirici,
qoruyucu, göstərici, verici,
nəmləşdirici, paylayıcı, dərinləşdirici, ötürücü, aktivləşdirici və s.
Bu şəkilçi mürəkkəb terminlərin yaranmasında
da aktiv
rol oynayır. Məsələn: yarımkeçirici, minaatıcı, izoləedici, inver-
siyaedici, elektrikötürücü, gəmiqaldırıcı, həlledici və s.
Termin birləşmələrinin tərəflərindən biri kimi işlənir. Bu
zaman bu şəkilçi vasitəsilə yaranan sözlər alət adı bildirməklə
yanaşı, həm də atributivlik daşıyaraq
obyektin, hərəkət və ya
prosesin xarakterik xüsusiyyətini, əlamətini ifadə edir. Məsələn:
avtomatik
izləyici
sistemlər,
ayırıcı
süzgəc,
bərabərləşdirici
im-
pulslar, raket elektrik
keçiriciliyi,
fotoelektrik
gücləndiricisi,
av-
tomat
yönəldici,
qaynaq
düzləndiricisi
və s.