Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə145/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   141   142   143   144   145   146   147   148   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

-çı, -çi, -çu, -çü
. Elm və texnikanın müxtəlif sahələri inkişaf 
etdikcə bu sahələrdə çalışanların peşə və sənətləri ilə bağlı anla-
yışları ifadə edən terminlər yaranır. Bu şəkilçi də müxtəlif elm 
sahələrində söz kökünə qoşularaq yeni terminlər əmələ gətirir. 
Məsələn, iqtisadçı, tankçı, rabitəçi, inhisarçı, islahatçı, rabitəçi, 
mülkiyyətçi və s. Xüsusilə, ayrı-ayrı terminoloji sahələrdə isim-
lərə artırılaraq sənət, ixtisas, vəzifə və ictimai-siyasi mövqe bil-
dirən terminlər yaradır. -çı
4
şəkilçisi ayrı-ayrı sahələr üzrə həm 
dilimizə məxsus sözlərə, həm də alınmalara artırılır. Bunları aşa-
ğıdakı kimi qruplaşdırmaq olar:
texnikada 
- qaynaqçı, lehimçi; montajçı, dizelçi; krançı və s.;
dənizçilikdə 
– qayıqçı, paromçu, ocaqçı, avarçı və s.;
1
Qasımov M. Azərbaycan dili terminologiyasının əsasları. Bakı, Elm, 1973, 
səh.130. 


263 
ədəbiyyatşünaslıqda 
– mollanəsrəddinçi, felyetonçu, füyu-
zatçı, bayronçu, mədhiyyəçi, folklorçu; 
dini terminologiyada
– ilahiyyatçı, mərsiyəçi, azançı, ziya-
rətçi, ehkamçı;
ictimai-siyasi terminologiyada
– terrorçu, təbliğatçı, siya-
sətçi, mitinqçi, işğalçı, inqilabçı, xalqçı;
musiqişünaslıqda
– kamançaçı, klarnetçi; musiqiçi, qar-
monçu;
idmanda
– güləşçi, finalçı, şərhçi, müdafiəçi, futbolçu, 
məşqçi, üzgücü, icmalçı və s.
Onu da qeyd etmək lazımdır ki, bu şəkilçi hər nə qədər 
məhsuldar olsa da, elm və texnikanın müxtəlif sahələrində yeni 
terminlərin yaranmasında heç də bərabər şəkildə iştirak etmir. 
Bu isə, şəkilçinin xarakterindən asılıdır. Belə ki, "-çı

şəkilçisi 
peşə və sənət məzmunu yaratdığına görə yalnız ümumi isimlərlə 
işlənib cansız varlıqdan canlı varlıq təsəvvürü yaradır.” Bir sıra 
sahələrdə isə terminlər tamamilə başqa məfhumları, cansız var-
lıqda gedən prosesləri ifadə edir. Belə sahələrdə -çı

şəkilçisi iş-
ləkliyini itirir. Ona görə də, fizika-riyaziyyat, kibernetika, kim-
ya, biologiya və s. kimi sahələrdə terminlərinin əmələ gəlməsin-
də bu şəkilçinin rolu əsasən sıfırdır.

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin