Çələb
-Allah, Tanrı
:
Dedi, qurutsun əliŋi ol
Çələb
,
Dünyada olsun saŋa Həqdən qəzəb.
Qədim türk leksemlərindən sayılan "çələb" sözü istər qə-
dim türk mətnlərində, istərsə də orta əsrlərə aid Azərbaycan və
türk yazılı abidələrində bol-bol işlənmişdir. Bu sözə "Şühədana-
mə"də yalnız bir şeir parçasında təsadüf etdik:
Utanuŋız xəlayiqdən dəxi həm,
Çələbdən
qorxuŋız, qılmıŋ bu sitəm
.
1
Zərinəzadə H. Fars dilində Azərbaycan sözləri. Bakı, 1962, səh.249
2
Nağısoylu M. Əhmədinin "Əsrarnamə" tərcüməsi. Bakı, 2005, səh.92
202
Çizginmək
– dönmək, fırlanmaq, dolaşmaq
:
Göndərübdür oğrılar muni əyan,
Anıŋ içün
çizginür
munda həman.
“Çizginmək” feili Şirazinin "Gülşəni-raz" və Əhmədi Təb-
rizinin "Əsrarnamə" tərcümə əsərlərində işlənmişdir
1
.
Damu
– cəhənnəm
:
Ol zəman kim, ədlü mizan qurıla,
Damu
ya kim, asi qullar sürilə.
"Damu" sözü "damu"/"tamu" fonetik variantlarında istər əs-
ki türk mətnlərində, istərsə də ortaçağ Azərbaycan yazılı abidə-
lərində eyni mənada işlənmişdir.
Daŋ
– sübh tezdən, səhər
:
Lütf ilən ol Xudayi-dadgər,
Daŋ
- axşam yerlərə eylər nəzər.
Bu söz “tan” şəklində istər əski türk mətnlərində, istərsə də
orta əsrlər türkdilli yazılı abidələrdə qeydə alınmışdır.
Daŋla
– sabah
:
Var ümüdim
daŋla
verə ol xocə,
Yatdılar pəs ac, məhzun ol gecə.
“Daŋla” sözü əski türk run yazılarından tutmuş XVI əsrdə
köçürülmüş yazılara qədər bir dövrü əhatə edən müxtəlif türkdil-
li yazılı abidələrdə "tanla" şəklində işlənmişdir. Nəsimi “Divan”ı
və “Şühədanamə"də isə bu söz "danla" şəklindədir.
1
Nağısoylu M. Əhmədinin "Əsrarnamə" tərcüməsi. Bakı, 2005, səh.236
203
Derilmək
- toplanmaq, toplaşmaq, gəlmək yığılmaq:
Cümə güni dedi çün bang verilə,
Məscidə ol dəm cəmaət
Dostları ilə paylaş: |