Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə109/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   105   106   107   108   109   110   111   112   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

 
Yüzləmək
 - zarafat etmək

Həqq aydır ki, doğru söylə, 
yüzləmə

Varmıdır nöqsani anıŋ, gizləmə. 
Bu sözü eyni mənada V.Radlov qeydə almışdır . Qeyd edək 
ki, V.Radlov "yüzləmək" sözünün "eybi üzə demək" mənalarını 
da göstərmişdir. L.Budaqov isə “yüzləmək” sözünün yalnız "za-
rafat etmək" mənasını qeyd edir. Azərbaycan yazılı abidələrində 
bu leksemə rast gəlmədik.
1
Əsirəddin Əbu Həyyan əl-Əndəlusi. Kitab əl-idrak li-lisan əl-ətrak (ərəb-
cədən tərcümə edəni: akad. Z.Bünyadov). Bakı, 1992,səh.57 


198 
İndi isə tərcümədə qeydə aldığımız və orta əsrlər Azərbay-
can yazılı abidələrində işlənən türk mənşəli 
semantik arxaizm-
lərə 
nəzər salaq. Qeyd edək ki, bu qəbildən olan sözlər daha 
çoxdur və onlar içərisində feillər üstünlük təşkil edir.
 
Ağırlamaq
 – əzizləmək, hörmət etmək

Mən təam almaz idim səndən dedi,
Bir kişi mundə məni 
ağırladı

 
Ağırlamaq 
sözü istər qədim türk mətnlərində, istərsə də 
Azərbaycan yazılı abidələrindən "Kitabi-Dədə Qorqud”da, Şira-
zinin "Gülşəni-raz" tərcüməsində işlənmişdir. Feilin kökündə 
çağdaş ədəbi dilimizdəki "ağır" sifəti dayanır. "Ağırlamaq" feili 
çağdaş türk dilində eyni mənada işlənir
1
.
 
Arıtmaq 
– təmizləmək

Dişlərini 
arıdur
 anıŋ təmam,
Uçubən gedər, həvayə şadkam

"Arıtmaq" feili istər XI-XIV əsrlərə aid türkdilli mətnlərdə, 
istərsə də Azərbaycan yazılı abidələrindən Nəsimi “Divan”ında 
və "Şühədanamə"də işlənmişdir. “Arıtmaq" feili dilimizin şivə-
lərində "arıtdamaq” şəklində işlənir
2
. Tərcümədə "arı" ismindən 
düzəlmiş “arınmaq” (təmizlənmək) feili də işlənmişdir: 
 
Nəhri-heyvanə girə anlar yenə,
Tənlərindən damu zəxmi 
arına.
 
Bu feil, Nəsimi “Divan”ında və "Oğuznamə"də də işlənmiş-
dir. Qədim türk mətnlərində feilin daha çox "arımaq" şəklində 
işləndiyi qeyd olunur. Kaşğari isə onu iki şəkildə: "arımaq", 
1
Турецко-русский словарь. М., 1980, с.29
2
Azərbaycan dilinin qərb qrupu dialekt və şivələri. Ic., Bakı. 1967, səh.188 


199 
"arınmaq" işlətmişdir. "Arınmaq" feili XIV-XVII əsrlər türkdilli 
yazılı abidələrdə geniş yayılmışdır
1


Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin