193
alınmışdır. "Qayır" sözünə Sultan Vələd “Divan”ında, eləcə də
XIV əsr müəllifı Mustafa Zərirə aid edilən “Əntərnamə” tərcü-
mə əsərində də rast gəlirik . Maraqlıdır ki, "Əntərnamə"də də bu
söz Həzinidə olduğu kimi "qum" sözü ilə birgə işlənmişdir:
"
Əgər kumlar və kayırlar sağışınca dəxi olursa
". Əsirəddin Əbu
Həyyan da "qayır" sözünün "iri qum" mənasını göstərmişdir.
V.Radlov isə bu sözün Osmanlı türkcəsində və Krım türklərinin
dilində "qum", "narın qum", "çayın dibindəki qum" mənalarında
işləndiyini qeydə almışdır. "Qayır" sözünə orta yüzilliklərə aid
digər Azərbaycan yazılı abidələrində rast gəlmədik. Qeyd edək
ki, bu sözün çağdaş türk dilində "qum çöküntüsü", "çayın dibin-
dəki qum" anlamında işlənməsi göstərilir.
Dostları ilə paylaş: