184
tərbiyə məsələlərini təlqin etməyə, yaymağa yönəlmişdir. Bu isə
dolayısı ilə o deməkdir ki, Həzini "Hədisi-ərbəin" tərcüməsində
ilk növbədə ümumxalq danışıq dilinə söykənməli, bu zəngin və
tükənmək bilməyən qaynağa üz tutmalı,
məhz ondan bəhrələn-
məli idi. Tərcümənin dil-üslub xüsusiyyətləri üzərindəki müşa-
hidələr bu fikrin tamamilə doğruluğunu əyani şəkildə sübut edir.
Həzini "Hədisi-ərbəin" tərcüməsində müəyyən məqamlarda
mövzu ilə bağlı çoxlu ərəb və fars sözləri, izafət tərkibləri işlətsə
də, bütövlükdə götürdükdə tərcüməni olduqca sadə bir dillə,
xalq danışıq dilinə yaxın bir üslubda qələmə almışdır. Tərcümə-
nin həcmcə əsas hissəsini təşkil edən hədislərə qoşulan mənzum
hekayətlərin dil-üslub xüsusiyyətləri üzərindəki müşahidələr
göstərir ki, şair-mütərcim tərcümə üzərində işlərkən başlıca ola-
raq ana dilinin zəngin söz xəzinəsinə, canlı ümumxalq danışıq
dilinə
üz tutmuş, bu qaynaqdan ustalıqla və yetərincə bəhrələn-
mişdir. Məsələn, aşağıdakı nümunədə o, şırf xalq danışıq dilində
olan bir ifadədən bacarıqla istifadə etmişdir:
Pəs dedi kim, anıŋ içün ağladım,
Bağrımı həsrət odilə dağladım
.
Beytin ikinci misrası xalq danışıq dilində işlənən "bağrı
həsrət odu ilə dağlamaq "sabit söz birləşməsinin tam eynidir.
Tərcümənin dilində işlənən ayrı-ayrı atalar sözləri, xalq de-
yim və ifadələri Həzininin şifahi xalq ədəbiyyatına, ana dilinin
zəngin söz sənətinə, onun çeşidli çalarlarına, rəngarəng incəlik-
lərinə yetərincə bələdliyindən xəbər verir. Fikrimizə sübut ola-
raq aşağıdakı nümunələrə nəzər salaq:
Olmazam qəmgin aŋa həm sərnigün,
El ilən olan qəra gündür dügün...
Yaxşı fe 'lin ol yamanı məhv edər,
Pəs yaman, yaxşı gələn yerdən gedər...
185
Birinci nümunənin ikinci misrası müasir ədəbi dilimizdə iş-
lənən: "Elnən gələn qara gün toy - bayramdı" atalar sözünə tam
uyğun gəlir. Göründüyü kimi, burada yeganə fərq misradakı
"olan" sözünün əvəzinə atalar sözündə "gələn" sözünün və
"gün" sözünün əvəzinə "toy - bayram" sözünün işlənməsidir.
İkinci nümunədə işlənən: "Yaman, yaxşı gələn yerdən gedər"
ifadəsi də hikmətli məzmunu ilə seçilir və atalar sözü təsirini ba-
ğışlayır. Misrada
yaman
və
yaxşı
antonimlərinin
işlənməsi də
diqqəti çəkir.
Aşağıdakı nümunələrdə də Həzini xalq danışıq dili üçün sə-
ciyyəvi olan deyimlərdən uğurla istifadə etmişdir:
Deyələr qılma bizə şox sərzəniş,
Gəldi bizim başimizə uşbu iş...
Kufədə dedi nəgahin bir gecə,
Bir isim düşdi nəgahin, ey xacə ...
Bir kişiyə vardı anam, ey ulu,
Heç məni aŋmadı, qaldım qayğulu
.
İlk nümunədəki sonuncu misra hazırda xalq dilində işlənən
bu deyimə uyğun gəlir: "Gör başımıza nələr gəldi?!" İkinci nü-
munədə işlənmiş "bir işim düşdi" ifadəsi də xalq dilindən alın-
mışdır və indi də dilimizdə işlənir. Sonuncu nümunədəki "bir ki-
şiyə vardı anam" deyimi də sırf xalq dilinə məxsus ifadədir.
Müasir dilimizdə bu ifadədəki "vardı" sözünün əvəzində onun
sinonimi olan "getdi" sözü işlənir. Beytdə işlənən bütün sözlərin
türkmənşəli olması da diqqətçəkici məqamlar sırasındadır.
Tərcümənin dilində sırf türkmənşəli sözlər üzərində qurulan
misra və beytlər çoxdur. Qeyd edək ki, bu qəbildən olan nümu-
nələrdə müasir ədəbi dilimizdə ümumişlək
xüsusiyyətini itirən
arxaik sözlərə də rast gəlirik. Məsələn, aşağıdakı nümunədə ol-
duğu kimi:
Üç gün, üç dün qarşularında durub,
Qıldı tapu, yüzini yerə urub.
186
Bu nümunədəki bütün sözlər türkmənşəli olsalar da, onlar-
dan ikisi -"dün" (gecə) və "tapu" (səcdə, sitayiş) müasir ədəbi di-
limiz üçün arxaik səciyyə daşıyan leksemlərdir.
Tərcümə bütün əsər boyu dilinin sadəliyi və türkmənşəli
sözlərin bolluğu ilə seçilir. Nümunə olaraq tərcümədəki altıncı
hədisdən götürülmüş aşağıdakı kiçik parçaya nəzər salaq:
Maliki - Dinar vəqtində məgər,
İki qərdaş var idi, ey mö 'təbər.
Oda daparlar idi anlar sübhü şam,
Biri səksən üç yaşamışdı təmam.
Otuz üç idi kiçisiniŋ yaşi,
Oda dapmağ idi munlaruŋ işi.
Dedi bir gün kiçisi kim, ey əxi,
Biz bu odı sınayalım gəl axı,
Bizə bu hörmət qılurmi görəlüm,
Biz bu işiŋ mə 'nisinə irəlüm.
Bizə dəxi dapmayanlar kimi ol,
Görəlim yandurmağə eylərmi yol?
Gər bizi yandurməz isə biləlüm,
Aŋa dəxi yaxşı xizmət qıləlüm.
Yox əgər yandursə, tərk etmək gərək,
Özgə taŋrı istəyü getmək gərək.
Səkkiz beytlik bu şeir parçasındakı yalnız
bir neçə söz və
ya ifadə ərəb və fars mənşəlidir (
vəqt, mötəbər, sübhü şam, tə-
mam, əxi, hörmət, mə'ni, xizmət, tərk
), digərləri isə türkmənşəli-
dir. Göründüyü kimi, nümunə həm də xalq danışıq üslubunda
qələmə alınması ilə diqqəti cəlb edir.
Tərcümənin dili üzərindəki müşahidələr göstərir ki,
Həzini
istər klassik Şərq ədəbiyyatına, istərsə də Azərbaycan-türk şifahi
xalq yaradıcılığına yetərincə bələd olmuş, hər iki qaynaqdan
uğurla və bacarıqla bəhrələnmişdir. Tərcümənin dili sadəliyi və
anlaşıqlığı ilə yanaşı, səlisliyi və axıcılığı, yüksək poetik xüsu-
siyyətləri ilə də diqqəti çəkir. Orta yüzilliklərdə folklor-danışıq
187
üslubunda qələmə alınan əsərlərdə, xüsusilə də XV əsr şairi-mü-
tərcimi Şirazinin "Gülşəni-raz" tərcüməsində (1426-cı il) olduğu
kimi, Həzininin tərcüməsində də
Dostları ilə paylaş: