Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə97/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   93   94   95   96   97   98   99   100   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

dipdiniz
.
“Dipdiniz” mürəkkəb zərfınin türkdilli başqa abidələrdə iş-
lənməsinə dair bir qeydə rast gəlmirik. 
Qeyd edək ki, “Əsrarnamə”nin tənqidi mətnində 
“dipdiniz
” 
sözü 
didünüz
şəklində verilmişdir. Göründüyü kimi, “didünüz” 
sözü burada yerinə düşmür və heç bir məna vermir. 
Kömrənmək
 
- donquldanmaq, deyinmək, öz-özünə şikayət-
lənmək: 
 
Kömrənə
, suxranə gedərdi yola,
Gördi bir xacə gəlir qulı bilə. 
Tərcümədə yalnız bu beytdə işlənən 
“kömrənmək” 
sözünə 
digər Azərbaycan yazılı abidəsində rast gəlməmişik. Bununla 
belə, bu sözün başqa bir variantı olan 
“kömürdənmək”
leksemi 
XIV əsr türk şairi-mütərcimi Xoca Məsudun farscadan tərcümə 


178 
etdiyi “Süheyl və Novbahar” məsnəvisində eyni mənada işlən-
mişdir . V.Radlovun məşhur lüğətində də 
“kömürdənmək” 
sözü-
nün yuxarıdakı mənası qeydə alınmışdır
1

 
Qatla
- dəfə: 
 
Nəfsi qayətdə təzərrö eylədi,
Bəni bir 
qatla 
toyur, əlbət, dedi. 
 
Nişə kim bir 
qatla
 gəlmədün mana,
Gəlmədinsə gör ki, neylədim sana.
 
“Qatla”
sözü Şəyyad Həmzənin (XIII əsr) “Yusif və Zü-
leyxa” əsərində, Dədə Qorqud dastanlarında və Rövşəninin (XV 
əsr) dilində işlənmişdir. 
 
Qılavuz
 -
bələdçi: 
 
Bu qədər daniş ilə uydun xərə,
Xər 
qılavuz 
olamı heç sərvərə.
Bu söz Mahmud Kaşğaridə 
“qulabuz”,
“Kutadğu bilig” və 
“Orta Asiya təfsiri”ndə isə 
“qulavuz”
şəklində işlənmişdir. “Ki-
tabi-Dədə Qorqud”da isə bu söz 
“qulağuz”
şəklindədir. Akade-
mik H.Araslı bu sözün Nizami Gəncəvinin dilində də işləndiyini 
qeyd etmişdir. Ə.Nəcibin fıkrincə bu söz “qulaq” və “ağız” söz-
lərindən ibarət mürəkkəb sözdür. Ə.Dəmirçizadə yazır ki, 
“qula-
ğuz”
əsli itmiş mürəkkəb sözdür. H.Zərinəzadə isə bu sözün Sə-
fəvilər dövründə fars dilində işləndiyini qeyd edərək hesab edir 
ki, o, daha qədim 
“yalavac”
(peyğəmbər, bələdçi, yol göstərici) 
sözünün fonetik dəyişikliyə uğramış formasıdır. 
1
Радлов В.В.
 
Опыт словаря тюркских наречий. I- IV т. Спб.,1888-1911. 
с.152. 


179 
Bu məsələ ilə bağlı Ə.Nəcibin fıkrini daha ağlabatan say-
maq olar. Birincisi, bu söz ən qədim qaynaqlarda (məsələn, elə 
Nizami Gəncəvinin dilində və ya “Kutadğu bilig”də) 
“qulavuz”
şəklindədir. İkincisi isə, 
qulaqağuz- qulağuz
fonetik dəyişikliyi 
daha inandırıcıdır (təkrar olunan 
aq-ağ
hissəciklərindən biri düş-
müşdür). Və nəhayət, üçüncüsü, bu iki sözün ayrı-ayrılıqdakı 
mənaları arasında da müəyyən qədər oxşarlıq və uyğunluq var-
dır. Məlum olduğu kimi, əski çağlarda “bələdçi” qabaqda gedə-
rək qulağı ilə eşitdiyini ağzı (dili) ilə çatdırırmış. Qeyd edək ki, 
“qulaq” 
sözü vaxtilə 
“göz”
sözü ilə də birlikdə mürəkkəb söz 
kimi 
(qulaqgöz -
nəzarət) işlənmişdir. 
“Qılavuz”
sözü dilimizin 
qərb qrupu şivələrində 
“qılvız”, “alağuz”
şəklində öz varlığını 
qoruyub saxlamışdır. Maraqlıdır ki, bu söz çağdaş fars dilində 
də 
“qəlağuz”, “qəlavoz” 
şəklində “bələdçi” mənasında işlənir. 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin