Dipdiŋiz
- dinməz-söyləməz, səssiz-səmirsiz:
Sərbəsər razi olayım ikimiz,
Mən deməyim, sən dəxi dur
dipdiŋiz
.
“Əsrarnamə”də yalnız bircə yerdə işləmniş
“dipdiniz”
na-
dir sözlərdəndir, buna görə də onun üzərində bir qədər ətraflı da-
yanmaq məqsədəuyğundur. Fikrimizcə,
“dipdiniz”
mürəkkəb
sözdür və
dip+din+iz
tərkib hissələrindən ibarətdir. Sözün birin-
1
Турецко-русский словарь М., 1980, с.173
174
ci hissəsi
“dip”
qədim türk abidələrində daha çox
“tüp”
şəklin-
də işlənmiş və əsasən, bir şeyin dibi, kökü, özülü, bünövrəsi mə-
nalarını bildirmişdir. Məsələn,
qaya tüpi
- “qayanın dibi”,
tam
tüpi
“damın (evin) dibi”,
yıqac tüpi
- “ağacın dibi”. Həmin abi-
dələrdə “tüp” həm də “əsil-kök”, “nəsil” anlamlarında da işlən-
mişdir. Bundan əlavə orta əsrlərin türkdilli yazılı abidələrində
“dip” sözünün ayrı-ayrı isimlərlə birgə də onun daşıdığı əsas
məna çalarını bildirməsi qeydə alınmışdır. Məsələn, “dip alay”
(mərkəz alayı, iç). Qədim türk lüğətində “tüp” və “tip” sözləri-
nin qüvvətləndirici ədat rolunda çıxış etməsinə dair misal da
vardır:
tüp tüz
- “düpdüz”, - “çox düz” mənasında,
tip tirig
-
“dipdiri” - “lap diri” mənasında. XVI əsr şairi Mahmud Çələbi-
nin “Səlimnamə” əsərində də
“dip”
ədatı “diri” isminə qoşula-
raq
“dipdirilicə”
şəklində işlənmişdir:
“Dipdirilicə tutub qeyd
qılub...”
. Bəri başdan qeyd edək ki, “dipdiniz”, eləcə də çağdaş
dilimizdəki “düpdüz” sözlərindəki “dip” tərkibi də eyni məna
çalarını daşıyır. “Dip” ismi “dib”, “kök” mənalarında orta yüzil-
liklərin yazılı abidələrində də işlənmişdir. “Kitabi-Dədə Qor-
qud”da isə bu söz iki cümlədə
“düp”, “tüp”
şəklində “qoşunun
mərkəzi” anlamında işlənmişdir:
“İç oğuz bəgləri ilə Qazan dü-
pə dəpdi”. “Qazan kəndi düpə təpdi”.
Qeyd edək ki, bu söz ki-
tabın 1962-ci il Bakı nəşrində bir yerdə “tüp”, başqa bir yerdə
isə
“düp”
şəklində, 1988-ci il nəşrində isə hər iki halda “dop”
kimi verilmişdir. Abidənin M.Erginin hazırladığı Türkiyə nəş-
rində bu söz yalnız
düp
şəklindədir. Dastanın mətninin müasir
şəklində isə “dop” sözü “mərkəzdə düşmənlərin topası” kimi ve-
rilmişdir. Fikrimizcə, bu sözün çağdaş dilimizdəki qarşılığı kimi
“ordu mərkəzi” və ya “qoşun mərkəzi” istilahı daha uyğun gəlir.
Mətndən də göründüyü kimi, abidənin bu hissəsində döyüş səh-
nəsi təsvir olunur və oğuzların düşmən qoşununun sağına, solu-
na hücumu, Qazanın isə “düpə”, yəni mərkəzə “təpməsi” göstə-
rilir. Deməli “düp” sözünün “qoşunun mərkəzi” anlamını bildir-
məsi sözsüzdür. “Şühədanamə”də bu söz “tip” şəklində məhz
“ordu mərkəzi” mənasında işlənmişdir:
“Züheyr Ömər Nəhsün
tipi qarşusında durub, bir nərə urub dedi
, Şahzadə özünü xəs-
mün ləşkərinə urub, sağ qolu və sol qolu zirü zibər eyləyüb, qola
175
və tipə yüz qoydı”
. Akademik H.Araslı “tüp” sözünün “ordu
mərkəzi” mənasını göstərmiş və onun “Koroğlu” dastanında da
işləndiyini qeyd etmişdir. Tərkibin ikinci hissəsinin -
“din”
is-
minin “Qədim türk sözlüyü”ndə
“tın”
şəklində, “Tarama sözlü-
yü”ndə isə
“dın”
şəklində “səs” mənası qeydə alınmışdır . Qeyd
edək ki, “Tarama sözlüyü”ndəki bu sözün həmin mənada işlən-
məsinə dair verilmiş yeganə nümunədə o, “sağır nun” suz yazıl-
mışdır: ﻦﻳد. Sözlükdə eyni mənşəli “dın durmaq” (sükut etmək,
səs çıxarmamaq) feilinin və “dınsüz” (səssiz, sakit) düzəltmə is-
minin isə “sağır nun”la yazıldığı göstərilir. Sözlükdə verilmiş
“dınsüzcək”
(səssizcə),
“dınsüzin”
(səssizcə),
“dinsüzlük”
(sü-
kut) sözləri də
“sağır nun”
ladır .
“Din” sözü “Kitabi-Dədə Qorqud”da da aşağıdakı cümlədə
işiənmişdir.
“Quv quvaladı” din dinlədi”
. M.Ergin “din” sözünün
“yavaş sesle konuşulan, gizli konuşulan şey, kıybet” mənasını
göstərir. Deməli, “din” ismi burada da “səs” anlayışının məna ça-
larını bildirir: “Din”in “səs” mənasını və mətndəki söhbətin nədən
getdiyini nəzərə alsaq,
“din dinlədi”
ifadəsini belə başa düşmək
olar:
“Dedi-qodu dinlədi”.
Dastanın mətninin müasir şəklində bu
ifadə belə verilmişdir:
“qapılara qulaq qoydu”
1
. Qeyd edək ki,
“din” ismindən düzəlmiş “dinmək”, “tınmaq” feili isə türk dillə-
rində qədimdən bəri bir-birinin täm əksi olan iki mənada işlən-
mişdir: 1. susmaq, 2. danışmaq. Hələ XI əsrdə Mahmud Kaşğari
“dinmək” felinin bu iki mənası barədə belə yazmışdır:
“Oğuzlar
bir adamın danışmamasını istədikləri zaman “tınma” deyirlər.
Bu, “sus” deməkdir”. O biri türklər “tın” deyirlər “danış” mə-
nasında”
. Göründüyü kimi, Kaşğari dövründə bu söz eyni şəkildə
deyilmiş, lakin iki əks məna daşımışdır. Orta Asiya təfsirində də
bu feil
“tinmək”
şəklində iki mənada “cavab vermək”, “demək”
və “dinmək, sakitləşmək” işlənmişdir
2
. XIV əsr şairi Cəmali də
aşağıdakı misralarında buna işarə etmişdir:
1
Kitabi-Dədə Qorqud (tərtibçilər: F.Zeynalov, S.Əlizadə). Bakı, 1988.
səh.131.
2
Дмитриева Л.В. Описание тюркских рукописей, Института востокове-
дения, т. I I I , М., 1980. с.289.
176
Vəli bu iki nəsnəyi ulular,
Qəvi əqlə müxalif dedi bular.
Biri “dınmaq” - yerində xamuş olmak,
Biri “dinmək” - yerində sözə gəlmək
.
Şair bu misralarla
“dınmaq”
sözünün “sakit olmaq” məna-
sını,
“dinmək”
sözünün isə onun əksi olan “danışmaq” anlamını
nəzərə çarpdırır. Qeyd edək ki, “susmaq” mənasını bildirən
“dınmaq”
feili “sağır nun”suz, onun əksi olan feil isə“sağır
nun”la yazılmış və bu yolla seçdirilmişdir. “Tarama sözlü-
yü”ndəki nümunələrdən göründüyü kimi, orta əsr katibləri bu
yolla həmin eyniliyi aradan qaldırmağa çalışmışlar. Maraqlıdır
ki, dilimizin Qazax şivəsində “sakitləşmək” mənasında işlənən
“dinmək” felində indi də sonorluq qorunub saxlanmışdır.
Tərkibin üçüncü hissəsi - “
iz
” isə fikrimizcə, isimdən sifət
düzəldən və əlamətin, keyfiyyətin yoxluğunu bildirən “-siz” şə-
kilçisinin dəyişikliyə uğramış, qısaldılmış formasıdır. Fikrimizə
sübut olaraq qeyd edək ki, “dipdiniz” tərkibi XV yüzil abidəsi
“Töhfətül-lətayif”də məhz bu şəkildə, yəni “dipdinsiz” kimi işlən-
mişdir:
“Dəniz dipdinsüz oldu ol ünün heybətindən”, “Rəsul həz-
rəti bu sözü eşidəcək dipdinsüz oldu”
. Qeyd edək ki, hər iki cüm-
lə “Tarama sözlüyü”ndə qeyd olunmuş və elə oradaca “dip dəniz”
tərkibinin
“böyük dəniz”
mənasında işləndiyi də göstərilmişdir:
Oldu çalğanlıqla yaşım bir dəniz,
Yarı görsə Nəzmi olur dip dəniz.
1
Bu beytin ikinci misrasındakı
“dip dəniz”
ifadəsinin “dipdi-
niz” olmasında bizdə heç bir şübhə yoxdur. Birincisi, elə beytin
məzmunundan da göründüyü kimi, ikinci misradakı bu ifadə
“dinməz”, “sakit” mənalarını bildirir, yəni buradakı “dip dəniz”
birləşməsi “dipdiniz” olmalıdır. Şair beytdəki misraları təzad
1
XIII asırdan günümüze kadar kitaplardan toplanmış tanıklariyle Tarama
sözlüğü, I-IV c., Ankara, 1941-1945, səh.1165
177
üzərində qurmuşdur. Birinci misrada o deyir:
“Göz yaşım (həs-
rətdən) axıb bir dəniz oldu”.
İkinci misranın mənası isə belədir:
“Yarı görsə, Nəzmi ağlamaz, “səssiz-səmirsiz” olar”.
İkincisi
isə, XVI yüzilin tanınmış şairlərindən olan Ədirnəli Mahmud
bəy Nəzmi eyni mənalı “dəniz” sözünü qafiyə kimi işlədə bil-
məzdi. Qeyd edək ki,
“dipdiniz”
mürəkkəb zərfinin XV əsr nəsr
nümunəsi “Töhfətül-lətayif”də
“dipdinsiz”
şəklində işlənməsi
göstərir ki, bu şəkli dəyişiklik (dipdinsiz-dipdiniz) orta əsrlər şe-
rinin vəzn, qafiyə və s. ilə bağlı tələbləri üzündəndir.
Beləliklə, göründüyü kimi, “dipdiniz” mürəkkəb zərfdir,
onun ilkin şəkli “dipdinsiz”dir və orta yüzillərdə çox nadir hal-
larda işlənmiş bu söz “dinməz-söyləməz”, “səssiz-səmirsiz” mə-
nalarını daşımışdır.
Maraqlıdır ki, “ivərmək” sözü kimi bu söz də yazılı abidə-
lərimizdən yalnız XVI əsr şairi-mütərcimi Həzininin “Hədisi-ər-
bəin” tərcüməsində bir beytdə işlənmişdir:
Dedi siz mən dedigim bilməzsiniz,
Söyləmin pəs, şimdi durun
Dostları ilə paylaş: |