Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə95/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   91   92   93   94   95   96   97   98   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

 
Bukavul/bukavıl
- şəxsi qvardiya, şahı müşayiət edən əsgə-
ri dəstə: 
Padşah atlandı ol dəm xəşm ilə,
Biləsində çox 
bukavullar
 bilə. 
Öncə qeyd edək ki, bu söz “Əsrarnamə” tərcüməsinin birin-
ci nüsxəsində 
“bukavul”,
ikincisində isə 
“bukavıl” 
şəklindədir. 
Bukavul/bukavıl
lekseminə bizə məlum olan məşhur qaynaqlar-
dan yalnız Radlovun lüğətində rast gəldik. Görkəmli türkoloq 
alim bu sözün 
“aryerqad”
(şəxsi qvardiya) mənasını qeyd etsə 
də, onun konkret olaraq, türk dillərindən hansında işləndiyini 
göstərmir. Qeyd edək ki yuxarıdakı beyt Əhmədinin tərcüməyə 
etdiyi əlavədəndir, yəni sözün farsca qarşılığı Əttarın “Müsibət-
namə” məsnəvisində yoxdur. 
 
Çav
- şan, şöhrət; səs: 
 
Tez ivərgil bir tolu səhn pilav,
İki ətmək dəxi, qılma xəlqə 
çav

C.Qəhrəmanov bu sözü “Əsrarnamə”nin sözlüyünə daxil et-
sə də, onun mənasını “borc” (tarixi: İranda monqol xanı Keyxa-
tu tərəfindən tətbiq olunan kredit pul) kimi göstərmişdir.
“Çav”
sözünün “borc” mənası fars dili lüğətlərində də qeyd olunmuş-
dur. H.Əmid bu sözün çin mənşəli olduğunu yazır, Həsən Zəri-


173 
nəzadəyə görə isə, o, türkmənşəlidir.Lakin istər bütövlükdə beyt 
olan hekayətin, istərsə də ayrılıqda beytin məzmunundan aydın 
olur ki, 
“çav”
sözü burada tamam başqa mənada - “şan”, “şöh-
rət” anlamında (“qılma çav” - “şöhrət bilmə”, “şan-şöhrət say-
ma”, “minnət qoyma”) işlənmişdir və Keyxatunun buraxdığı ka-
ğız pulla heç bir əlaqəsi yoxdur. 
“Çav”
qədim türk sözlərindən-
dir. Orxon-Yenisey abidələrində o, eyni mənada 
“çab”
şəklində, 
“Kutadğu bilig”də və Mahmud Kaşğari “Divan”ında isə 
“çav”
fonetik variantında işlənmişdir. Bu söz eyni mənada XIV əsr 
Azərbaycan yazılı abidələrindən Yusif Məddahın “Vərqa və 
Gülşah”, Suli Fəqih və Mustafa Zəririn “Yusif və Züleyxa” məs-
nəvilərində, “Dastani- Əhməd Hərami”də qeydə alınmışdır. 
“Çav”
sözü Həzininin “Hədisi-ərbəin” tərcüməsində də 
aşağıdakı beytdə “səs” mənasında işlənmişdir: 
Həm sənin 
çavın
 dəxi çıxdı qəvi,
Dedilər ki, çıxdı şahi-mənəvi. 
Orxon-Yenisey abidələrində bu sözdən düzəlmiş 
“çavlı” -
şöhrətli sifəti də işlənmişdir.
“Çav”
sözü çağdaş türk dilində 
“səs”, “xəbər” mənasında işlənir. Sözün “şöhrət” mənası çağdaş 
türk dilində işlənən 
“çavlanmaq”
feilinin daşıdığı mənalardan 
birində (dilə düşmək, şöhrət qazanmaq) qorunub saxlanmışdır
1


Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin